quranm◉

Səhifə 225

Range
from 11:29 to 11:37
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

11:29

وَيَٰقَوۡمِ لَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مَالًاۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَى ٱللَّهِۚ وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلَّذِينَ ءَامَنُوٓاْۚ إِنَّهُم مُّلَٰقُواْ رَبِّهِمۡ وَلَٰكِنِّيٓ أَرَىٰكُمۡ قَوۡمٗا تَجۡهَلُونَ ﴿29﴾

Ey qövmüm! Mən buna görə siz­dən var-dövlət istə­mi­rəm. Mənim mü­kafatım an­caq Allaha aiddir. Mən iman gə­tirən­ləri qo­van deyiləm. Çünki onlar Rəbbi ilə qarşı­laşa­caqlar. Lakin mən si­zin cahil adam­lar olduğunuzu görürəm.

11:30

وَيَٰقَوۡمِ مَن يَنصُرُنِي مِنَ ٱللَّهِ إِن طَرَدتُّهُمۡۚ أَفَلَا تَذَكَّرُونَ ﴿30﴾

Ey qövmüm! Əgər on­la­rı qov­sam, məni Allahdan kim qo­ru­ya bilər? Məgər düşünüb ibrət almırsınız?

11:31

وَلَآ أَقُولُ لَكُمۡ عِندِي خَزَآئِنُ ٱللَّهِ وَلَآ أَعۡلَمُ ٱلۡغَيۡبَ وَلَآ أَقُولُ إِنِّي مَلَكٞ وَلَآ أَقُولُ لِلَّذِينَ تَزۡدَرِيٓ أَعۡيُنُكُمۡ لَن يُؤۡتِيَهُمُ ٱللَّهُ خَيۡرًاۖ ٱللَّهُ أَعۡلَمُ بِمَا فِيٓ أَنفُسِهِمۡ إِنِّيٓ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ ﴿31﴾

Mən sizə demirəm ki, Alla­hın xə­zinələri mənim ya­nım­da­dır. Mən qeybi də bil­mi­rəm. Mən sizə demirəm ki, mən mələyəm. Mən sizin xor bax­dı­­ğınız kəs­lərə demi­rəm ki, Allah onlara əsla xe­yir vermə­yəcək­. Onların canında nə­lər ol­du­ğunu Allah daha yax­şı bilir. Əks təq­dirdə, sözsüz ki, mən zalımlardan olar­dım”.

11:32

قَالُواْ يَٰنُوحُ قَدۡ جَٰدَلۡتَنَا فَأَكۡثَرۡتَ جِدَٰلَنَا فَأۡتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿32﴾

Onlar dedilər: “Ey Nuh! Sən bi­zimlə mübahisə etdin və mü­ba­hisəmizi də çox uzatdın. Əgər doğru danışanlar­dan­san­sa, bizə vəd etdiyin əzabı gə­tir”.

11:33

قَالَ إِنَّمَا يَأۡتِيكُم بِهِ ٱللَّهُ إِن شَآءَ وَمَآ أَنتُم بِمُعۡجِزِينَ ﴿33﴾

O dedi: “Onu istəsə, an­caq Allah sizə gətirəcək və siz də on­dan yaxa qur­tara bilmə­yəcək­siniz.

11:34

وَلَا يَنفَعُكُمۡ نُصۡحِيٓ إِنۡ أَرَدتُّ أَنۡ أَنصَحَ لَكُمۡ إِن كَانَ ٱللَّهُ يُرِيدُ أَن يُغۡوِيَكُمۡۚ هُوَ رَبُّكُمۡ وَإِلَيۡهِ تُرۡجَعُونَ ﴿34﴾

Əgər Allah sizi azdır­maq istə­yir­sə, mən sizə nəsihət ver­mək istəsəm be­lə, nəsihətim sizə fayda verməz. O si­zin Rəb­biniz­dir və Ona da qayta­rı­la­caqsı­nız”.

11:35

أَمۡ يَقُولُونَ ٱفۡتَرَىٰهُۖ قُلۡ إِنِ ٱفۡتَرَيۡتُهُۥ فَعَلَيَّ إِجۡرَامِي وَأَنَا۠ بَرِيٓءٞ مِّمَّا تُجۡرِمُونَ ﴿35﴾

Yoxsa onlar: “Muhəm­məd onu özün­dən uydurdu!”– de­yir­lər. De: “Əgər mən onu özüm­dən uydurmuşamsa, gü­na­hım özü­mə aiddir. Lakin mən sizin etdiyiniz günahlardan uza­ğam”.

11:36

وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُۥ لَن يُؤۡمِنَ مِن قَوۡمِكَ إِلَّا مَن قَدۡ ءَامَنَ فَلَا تَبۡتَئِسۡ بِمَا كَانُواْ يَفۡعَلُونَ ﴿36﴾

Nuha belə vəhy olundu: “Qöv­mün­dən, daha əvvəl iman gə­tirənlər is­tisna olmaqla artıq heç kəs iman gə­tir­məyəcək. Elə isə on­ların etdikləri əməl­lərə görə kədərlənmə.

11:37

وَٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ ﴿37﴾

Gözlərimizin önündə və vəh­yi­miz üzrə gəmini düzəlt. Za­lım olan­lar­dan ötrü Mənə mü­ra­ciət etmə. Şübhəsiz ki, onlar suda ba­tırılacaqlar”.