quranm◉

Səhifə 226

Range
from 11:38 to 11:45
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

11:38

وَيَصۡنَعُ ٱلۡفُلۡكَ وَكُلَّمَا مَرَّ عَلَيۡهِ مَلَأٞ مِّن قَوۡمِهِۦ سَخِرُواْ مِنۡهُۚ قَالَ إِن تَسۡخَرُواْ مِنَّا فَإِنَّا نَسۡخَرُ مِنكُمۡ كَمَا تَسۡخَرُونَ ﴿38﴾

Nuh gəmini düzəldir, qöv­münün zadəganları isə hər dəfə ya­nından keç­dikcə onu ələ salır­dılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də si­zi, siz bizi ələ saldı­ğınız kimi ələ sala­ca­ğıq.

11:39

فَسَوۡفَ تَعۡلَمُونَ مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ ﴿39﴾

Siz rüsvayedici əzabın ki­mə gələ­cəyini və daimi əza­bın ki­mə üz verə­cə­yini mütləq bi­lə­cək­siniz”.

11:40

حَتَّىٰٓ إِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ قُلۡنَا ٱحۡمِلۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ وَمَنۡ ءَامَنَۚ وَمَآ ءَامَنَ مَعَهُۥٓ إِلَّا قَلِيلٞ ﴿40﴾

Nəhayət, əmrimiz gəl­di­yi və tən­dir qaynayıb daşdığı za­man Biz Nuha dedik: “Hey­vanların hər növündən bir cüt, ba­rə­­lə­rin­də söz keçmiş kəslər istis­na ol­maq­la, öz ailəni və bir də iman gə­­ti­rən­ləri gəmiyə min­dir”. Lakin, onunla bir­likdə az adam iman gə­tirmişdi.

11:41

وَقَالَ ٱرۡكَبُواْ فِيهَا بِسۡمِ ٱللَّهِ مَجۡرٜىٰهَا وَمُرۡسَىٰهَآۚ إِنَّ رَبِّي لَغَفُورٞ رَّحِيمٞ ﴿41﴾

Nuh dedi: “Gəmiyə mi­nin! Onun üzüb getməsi də, da­yan­ma­sı da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışla­yandır, Rəhm­lidir”.

11:42

وَهِيَ تَجۡرِي بِهِمۡ فِي مَوۡجٖ كَٱلۡجِبَالِ وَنَادَىٰ نُوحٌ ٱبۡنَهُۥ وَكَانَ فِي مَعۡزِلٖ يَٰبُنَيَّ ٱرۡكَب مَّعَنَا وَلَا تَكُن مَّعَ ٱلۡكَٰفِرِينَ ﴿42﴾

Gəmi onları dağlar kimi dal­ğalar içə­risində apardığı za­man Nuh kə­nar­da duran oğlu­nu səs­ləyib dedi: “Oğ­lum! Bi­zimlə bir­lik­də gəmiyə min, ka­fir­lərdən olma!”

11:43

قَالَ سَـَٔاوِيٓ إِلَىٰ جَبَلٖ يَعۡصِمُنِي مِنَ ٱلۡمَآءِۚ قَالَ لَا عَاصِمَ ٱلۡيَوۡمَ مِنۡ أَمۡرِ ٱللَّهِ إِلَّا مَن رَّحِمَۚ وَحَالَ بَيۡنَهُمَا ٱلۡمَوۡجُ فَكَانَ مِنَ ٱلۡمُغۡرَقِينَ ﴿43﴾

O dedi: “Məni sudan qo­ru­yacaq bir dağa sığınaca­ğam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bil­­məz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda bo­ğu­lanlardan oldu.

11:44

وَقِيلَ يَـٰٓأَرۡضُ ٱبۡلَعِي مَآءَكِ وَيَٰسَمَآءُ أَقۡلِعِي وَغِيضَ ٱلۡمَآءُ وَقُضِيَ ٱلۡأَمۡرُ وَٱسۡتَوَتۡ عَلَى ٱلۡجُودِيِّۖ وَقِيلَ بُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿44﴾

Sonra deyildi: “Ey yer, su­yunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi, iş bitdi və gəmi Cudi dağı üzərində qə­rar tutdu. Sonra de­yildi: “Məhv olsun zalım adamlar!”

11:45

وَنَادَىٰ نُوحٞ رَّبَّهُۥ فَقَالَ رَبِّ إِنَّ ٱبۡنِي مِنۡ أَهۡلِي وَإِنَّ وَعۡدَكَ ٱلۡحَقُّ وَأَنتَ أَحۡكَمُ ٱلۡحَٰكِمِينَ ﴿45﴾

Nuh Rəbbini çağırıb de­di: “Ey Rəb­bim! Axı oğlum da mə­nim ailəm­dəndir. Sənin və­din, şübhəsiz ki, haq­dır. Sən ha­kimlə­rin Hakimisən!”