quranm◉

Səhifə 236

Range
from 12:5 to 12:14
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

12:5

قَالَ يَٰبُنَيَّ لَا تَقۡصُصۡ رُءۡيَاكَ عَلَىٰٓ إِخۡوَتِكَ فَيَكِيدُواْ لَكَ كَيۡدًاۖ إِنَّ ٱلشَّيۡطَٰنَ لِلۡإِنسَٰنِ عَدُوّٞ مُّبِينٞ ﴿5﴾

O dedi: “Oğlum! Yuxunu qardaş­larına danışma, yoxsa sə­nə hiylə qurar­lar. Həqiqətən, şeytan insanın açıq-ay­dın düş­mənidir.

12:6

وَكَذَٰلِكَ يَجۡتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأۡوِيلِ ٱلۡأَحَادِيثِ وَيُتِمُّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَعَلَىٰٓ ءَالِ يَعۡقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيۡكَ مِن قَبۡلُ إِبۡرَٰهِيمَ وَإِسۡحَٰقَۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٞ ﴿6﴾

Beləcə, Rəbbin səni seçə­cək, sənə yu­xuları yozmağı öy­rə­də­cək və Öz ne­mətini bun­dan əvvəl ata­ların İbra­himə və İs­haqa ta­mam­ladığı kimi, sənə və Yaqub nəs­linə də tamam­la­ya­caqdır. Şüb­hə­siz ki, Rəb­bin hər şeyi biləndir, hikmət sahibidir”.

12:7

لَّقَدۡ كَانَ فِي يُوسُفَ وَإِخۡوَتِهِۦٓ ءَايَٰتٞ لِّلسَّآئِلِينَ ﴿7﴾

Sözsüz ki, Yusuf və onun qar­daş­la­rının hekayətində soru­­şan­lar üçün ib­rət­lər vardır.

12:8

إِذۡ قَالُواْ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحۡنُ عُصۡبَةٌ إِنَّ أَبَانَا لَفِي ضَلَٰلٖ مُّبِينٍ ﴿8﴾

Bir vaxt onun qardaşları de­dilər: “Biz bütöv bir dəstə ol­ma­ğı­mı­za bax­mayaraq Yusuf və onun doğma qardaşı ata­mıza biz­dən da­ha sevimlidir. Aydın görü­nür ki, atamız aşkar bir yanlışlıq için­də­dir.

12:9

ٱقۡتُلُواْ يُوسُفَ أَوِ ٱطۡرَحُوهُ أَرۡضٗا يَخۡلُ لَكُمۡ وَجۡهُ أَبِيكُمۡ وَتَكُونُواْ مِنۢ بَعۡدِهِۦ قَوۡمٗا صَٰلِحِينَ ﴿9﴾

Yusufu ya öldürün, ya da onu uzaq bir yerə aparıb atın ki, ata­nız ancaq sizə məhəbbət bəslə­sin və bundan sonra siz əməlisa­lehlərdən olasınız”.

12:10

قَالَ قَآئِلٞ مِّنۡهُمۡ لَا تَقۡتُلُواْ يُوسُفَ وَأَلۡقُوهُ فِي غَيَٰبَتِ ٱلۡجُبِّ يَلۡتَقِطۡهُ بَعۡضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمۡ فَٰعِلِينَ ﴿10﴾

Onlardan biri dedi: “Yu­sufu öl­dür­məyin! Əgər ona qar­şı hök­mən nə isə etmək is­təyir­si­nizsə, onda onu bir qu­yuya atın ki, karvanlardan biri onu gö­türsün!”

12:11

قَالُواْ يَـٰٓأَبَانَا مَا لَكَ لَا تَأۡمَ۬نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ ﴿11﴾

Onlar dedilər: “Ey ata­mız! Sənə nə olub ki, Yusufu bizə eti­bar etmirsən? Həqiqə­tən də, biz ona xeyir arzulayırıq.

12:12

أَرۡسِلۡهُ مَعَنَا غَدٗا يَرۡتَعۡ وَيَلۡعَبۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ﴿12﴾

Sabah onu bizimlə gön­dər­sən, bir qədər əylənib oy­na­­yar. Biz onu mütləq qoruya­rıq!”

12:13

قَالَ إِنِّي لَيَحۡزُنُنِيٓ أَن تَذۡهَبُواْ بِهِۦ وَأَخَافُ أَن يَأۡكُلَهُ ٱلذِّئۡبُ وَأَنتُمۡ عَنۡهُ غَٰفِلُونَ ﴿13﴾

O dedi: “Onu aparma­ğı­nız məni narahat edər. Həm də qor­xu­ram ki, si­zin başınız oyu­na qarışıb onu nəza­rət­siz qoy­duqda, canavar onu yesin”.

12:14

قَالُواْ لَئِنۡ أَكَلَهُ ٱلذِّئۡبُ وَنَحۡنُ عُصۡبَةٌ إِنَّآ إِذٗا لَّخَٰسِرُونَ ﴿14﴾

Onlar dedilər: “Biz bü­töv bir dəstə olduğumuz hal­da ca­na­var onu yesə, onda biz ziyana uğrayarıq”.