quranm◉

Səhifə 235

Range
from 11:118 to 12:4
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

11:118

وَلَوۡ شَآءَ رَبُّكَ لَجَعَلَ ٱلنَّاسَ أُمَّةٗ وَٰحِدَةٗۖ وَلَا يَزَالُونَ مُخۡتَلِفِينَ ﴿118﴾

Əgər Rəbbin istəsəydi, in­sanları vahid bir ümmət edər­di. Am­ma onlar elə hey ixti­laf­da­dırlar.

11:119

إِلَّا مَن رَّحِمَ رَبُّكَۚ وَلِذَٰلِكَ خَلَقَهُمۡۗ وَتَمَّتۡ كَلِمَةُ رَبِّكَ لَأَمۡلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ أَجۡمَعِينَ ﴿119﴾

Yalnız Rəbbinin rəhm etdiyi şəxs­lərdən başqa. Allah on­ları bunun üçün yaratdı. Rəb­bi­nin: “Mən Cəhən­nə­mi bütün gü­nahkar cin­lər və insanlarla dol­du­racağam!” Sözü yerinə yetə­cək.

11:120

وَكُلّٗا نَّقُصُّ عَلَيۡكَ مِنۡ أَنۢبَآءِ ٱلرُّسُلِ مَا نُثَبِّتُ بِهِۦ فُؤَادَكَۚ وَجَآءَكَ فِي هَٰذِهِ ٱلۡحَقُّ وَمَوۡعِظَةٞ وَذِكۡرَىٰ لِلۡمُؤۡمِنِينَ ﴿120﴾

Elçilərin xəbərlərindən hər birini sənə söyləyirik ki, bu­nun­la sənin ürə­yi­ni möh­kəm­ləndirək. Bu ayələrdə sənə hə­qi­qət, mö­min­lərə də öyüd-nəsi­hət və xatır­latma vəhy edil­miş­dir.

11:121

وَقُل لِّلَّذِينَ لَا يُؤۡمِنُونَ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنَّا عَٰمِلُونَ ﴿121﴾

İman gətirməyənlərə de: “Əli­niz­dən gələni edin, biz də edə­cəyik.

11:122

وَٱنتَظِرُوٓاْ إِنَّا مُنتَظِرُونَ ﴿122﴾

Gözləyin! Biz də gözlə­yirik”.

11:123

وَلِلَّهِ غَيۡبُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَإِلَيۡهِ يُرۡجَعُ ٱلۡأَمۡرُ كُلُّهُۥ فَٱعۡبُدۡهُ وَتَوَكَّلۡ عَلَيۡهِۚ وَمَا رَبُّكَ بِغَٰفِلٍ عَمَّا تَعۡمَلُونَ ﴿123﴾

Göylərin və yerin qey­bi Allaha məxsusdur. Bütün iş­lər də Ona qayı­dacaq­dır. Elə isə yal­nız Ona ibadət et və yal­nız Ona tə­vək­kül et. Rəbbin sizin et­dik­lə­rinizdən qafil deyil­dir.

12:1

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ ﴿1﴾

Əlif. Ləm. Ra. Bu, açıq-ay­dın Kita­bın ayələridir.

12:2

إِنَّآ أَنزَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ ﴿2﴾

Həqiqətən, Biz onu ərəb­cə Quran olaraq nazil etdik ki, anlaya biləsiniz.

12:3

نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ ﴿3﴾

Biz bu Quranı sənə vəhy et­məklə sənə ən gözəl heka­yə­ti da­nı­şırıq. Hal­buki, sən bun­dan əvvəl xəbərsiz olan­lardan idin.

12:4

إِذۡ قَالَ يُوسُفُ لِأَبِيهِ يَـٰٓأَبَتِ إِنِّي رَأَيۡتُ أَحَدَ عَشَرَ كَوۡكَبٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ رَأَيۡتُهُمۡ لِي سَٰجِدِينَ ﴿4﴾

Bir zaman Yusuf atasına demişdi: “Ata­can! Mən yuxu­da on bir ul­duz, günəş və ay gör­düm. Onların mənə səcdə etdiyini gör­düm”.