quranm◉

Səhifə 241

Range
from 12:44 to 12:52
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

12:44

قَالُوٓاْ أَضۡغَٰثُ أَحۡلَٰمٖۖ وَمَا نَحۡنُ بِتَأۡوِيلِ ٱلۡأَحۡلَٰمِ بِعَٰلِمِينَ ﴿44﴾

Onlar dedilər: “Bunlar qar­maqarı­şıq yuxulardır. Biz belə yu­xu­ların yo­zu­munu bil­mi­rik”.

12:45

وَقَالَ ٱلَّذِي نَجَا مِنۡهُمَا وَٱدَّكَرَ بَعۡدَ أُمَّةٍ أَنَا۠ أُنَبِّئُكُم بِتَأۡوِيلِهِۦ فَأَرۡسِلُونِ ﴿45﴾

O iki nəfərin edamdan qurtulanı, uzun müddətdən sonra xa­tır­la­ya­raq de­di: “Mən sizə onun yozu­munu bil­dirə­rəm. Bircə məni Yu­sufun yanına gön­də­rin!”

12:46

يُوسُفُ أَيُّهَا ٱلصِّدِّيقُ أَفۡتِنَا فِي سَبۡعِ بَقَرَٰتٖ سِمَانٖ يَأۡكُلُهُنَّ سَبۡعٌ عِجَافٞ وَسَبۡعِ سُنۢبُلَٰتٍ خُضۡرٖ وَأُخَرَ يَابِسَٰتٖ لَّعَلِّيٓ أَرۡجِعُ إِلَى ٱلنَّاسِ لَعَلَّهُمۡ يَعۡلَمُونَ ﴿46﴾

O, zindana gəlib dedi: “Ey Yusuf! Ey düz danışan kişi! Yed­di arıq inəyin yeddi kök inəyi yedi­yi, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də quru sünbüllər barədə bizə xəbər ver. Ola bil­sin ki, mən o adamların yanına qayı­dım, bəlkə onlar da bilsinlər”.

12:47

قَالَ تَزۡرَعُونَ سَبۡعَ سِنِينَ دَأَبٗا فَمَا حَصَدتُّمۡ فَذَرُوهُ فِي سُنۢبُلِهِۦٓ إِلَّا قَلِيلٗا مِّمَّا تَأۡكُلُونَ ﴿47﴾

Yusuf dedi: “Yeddi il ba­cardığınız qədər əkin. Biçdiyi­nizi isə, yeyəcəyiniz az bir miq­dar is­tisna olmaqla, sünbüldə saxlayın.

12:48

ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ سَبۡعٞ شِدَادٞ يَأۡكُلۡنَ مَا قَدَّمۡتُمۡ لَهُنَّ إِلَّا قَلِيلٗا مِّمَّا تُحۡصِنُونَ ﴿48﴾

Sonra bunun ardınca, to­xumluq sax­layacağınız az bir miq­dar istisna ol­maqla, əvvəl­cədən həmin illər üçün tə­da­rük gördü­yü­nüzü yeyəcək yeddi ağır il – quraqlıq illəri gələcək.

12:49

ثُمَّ يَأۡتِي مِنۢ بَعۡدِ ذَٰلِكَ عَامٞ فِيهِ يُغَاثُ ٱلنَّاسُ وَفِيهِ يَعۡصِرُونَ ﴿49﴾

Bunun ardınca da elə bir il gə­lə­cək ki, onda insanlara bol ya­­ğış ve­ri­lə­cək və onlar çoxlu meyvə şirəsi sıxa­caq­lar”.

12:50

وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦۖ فَلَمَّا جَآءَهُ ٱلرَّسُولُ قَالَ ٱرۡجِعۡ إِلَىٰ رَبِّكَ فَسۡـَٔلۡهُ مَا بَالُ ٱلنِّسۡوَةِ ٱلَّـٰتِي قَطَّعۡنَ أَيۡدِيَهُنَّۚ إِنَّ رَبِّي بِكَيۡدِهِنَّ عَلِيمٞ ﴿50﴾

Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin!” Elçi onun yanı­na gəl­dik­də Yusuf de­di: “Ağa­nın yanına qayıt və soruş gör ki, əllərini kə­sən qadınların məq­­sədi nə idi? Şübhəsiz ki, Rəbbim on­ların hiy­lə­sini bi­lir”.

12:51

قَالَ مَا خَطۡبُكُنَّ إِذۡ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفۡسِهِۦۚ قُلۡنَ حَٰشَ لِلَّهِ مَا عَلِمۡنَا عَلَيۡهِ مِن سُوٓءٖۚ قَالَتِ ٱمۡرَأَتُ ٱلۡعَزِيزِ ٱلۡـَٰٔنَ حَصۡحَصَ ٱلۡحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفۡسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ ﴿51﴾

Padşah qadınlara dedi: “Yu­sufu yoldan çıxartmaqla nə məq­səd gü­dür­dünüz?” Onlar de­dilər: “Allah uzaq eləsin! Biz onun haq­­qında pis bir şey bil­mirik”. Zadəgan ki­şi­nin ar­va­dı dedi: “İn­di haqq bəlli ol­du. Onu mən yoldan çıxart­maq istə­yirdim. Hə­qi­­qətən də, o, doğru danışan­lar­dan­dır.

12:52

ذَٰلِكَ لِيَعۡلَمَ أَنِّي لَمۡ أَخُنۡهُ بِٱلۡغَيۡبِ وَأَنَّ ٱللَّهَ لَا يَهۡدِي كَيۡدَ ٱلۡخَآئِنِينَ ﴿52﴾

Bu etiraf ona görədir ki, ərim ya­nımda olmadıqda ona xə­ya­nət etmə­di­yimi və Allahın xain­lərin hiylələrinə yol ver­mə­diyini bil­sin.