quranm◉

Səhifə 242

Range
from 12:53 to 12:63
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

12:53

وَمَآ أُبَرِّئُ نَفۡسِيٓۚ إِنَّ ٱلنَّفۡسَ لَأَمَّارَةُۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّيٓۚ إِنَّ رَبِّي غَفُورٞ رَّحِيمٞ ﴿53﴾

Mən özümə bəraət qa­zan­dırmıram. Çünki, Rəbbimin rəhm et­diyi kəs istisna olmaq­la, nəfs adama pis işləri əmr edər. Həqi­qə­tən, Rəbbim Bağış­layan­dır, Rəhm­­lidir”.

12:54

وَقَالَ ٱلۡمَلِكُ ٱئۡتُونِي بِهِۦٓ أَسۡتَخۡلِصۡهُ لِنَفۡسِيۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلۡيَوۡمَ لَدَيۡنَا مَكِينٌ أَمِينٞ ﴿54﴾

Padşah dedi: “Onu ya­nı­ma gə­ti­rin! Onu özümə yaxın adam edə­cəyəm”. Onunla söh­bət etdikdə: “Sən bu gün ya­nı­mızda yük­sək mə­qam sahibi, etibarlı bir adamsan”– dedi.

12:55

قَالَ ٱجۡعَلۡنِي عَلَىٰ خَزَآئِنِ ٱلۡأَرۡضِۖ إِنِّي حَفِيظٌ عَلِيمٞ ﴿55﴾

Yusuf dedi: “Bu yerin xə­zi­nələri­ni qo­rumağı mənə tap­şır. Çün­ki mən qo­ru­ya­nam, bu işi bilənəm”.

12:56

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِي ٱلۡأَرۡضِ يَتَبَوَّأُ مِنۡهَا حَيۡثُ يَشَآءُۚ نُصِيبُ بِرَحۡمَتِنَا مَن نَّشَآءُۖ وَلَا نُضِيعُ أَجۡرَ ٱلۡمُحۡسِنِينَ ﴿56﴾

Beləliklə, Yusufa yer üzün­də hökm­ranlıq verdik. O, istə­diyi yerdə qala bilərdi. Biz is­tədiyi­mizə mərhə­mə­timizi nə­sib edirik və yaxşı iş görən­lə­rin mükafatını əsirgəmirik.

12:57

وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ خَيۡرٞ لِّلَّذِينَ ءَامَنُواْ وَكَانُواْ يَتَّقُونَ ﴿57﴾

İman gətirənlər və müt­təqi olan­lar üçün, əlbəttə, axi­rət mü­ka­fatı daha xeyirlidir.

12:58

وَجَآءَ إِخۡوَةُ يُوسُفَ فَدَخَلُواْ عَلَيۡهِ فَعَرَفَهُمۡ وَهُمۡ لَهُۥ مُنكِرُونَ ﴿58﴾

Yusufun qardaşları Mi­sirə gəlib onun yanına daxil ol­du­lar. Yu­suf on­la­rı tanıdı, on­lar isə onu tanımadılar.

12:59

وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ قَالَ ٱئۡتُونِي بِأَخٖ لَّكُم مِّنۡ أَبِيكُمۡۚ أَلَا تَرَوۡنَ أَنِّيٓ أُوفِي ٱلۡكَيۡلَ وَأَنَا۠ خَيۡرُ ٱلۡمُنزِلِينَ ﴿59﴾

Yusuf onların ərzaq yük­lə­rini ha­zırlayarkən dedi: “Ata­bir qar­daşınızı yanıma gəti­rin! Məgər görmürsü­nüz­ ki, mən ölçü­yə tam riayət edirəm və mən qonaq­pərvərlərin ən yax­şısıyam?

12:60

فَإِن لَّمۡ تَأۡتُونِي بِهِۦ فَلَا كَيۡلَ لَكُمۡ عِندِي وَلَا تَقۡرَبُونِ ﴿60﴾

Əgər onu yanıma gətir­mə­səniz, mənim yanımda si­zin üçün bir qab belə ərzaq ve­ril­məyəcək, özünüz də mənə ya­xınlaşmayın”.

12:61

قَالُواْ سَنُرَٰوِدُ عَنۡهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ ﴿61﴾

Onlar dedilər: “Ona gö­rə atasını razı salmağa çalı­şa­rıq. Biz əl­bət­tə, bunu edərik”.

12:62

وَقَالَ لِفِتۡيَٰنِهِ ٱجۡعَلُواْ بِضَٰعَتَهُمۡ فِي رِحَالِهِمۡ لَعَلَّهُمۡ يَعۡرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمۡ لَعَلَّهُمۡ يَرۡجِعُونَ ﴿62﴾

O, öz xidmətçilərinə de­di: “On­la­rın taxıl əvəzinə ödə­dik­ləri mallarını da yüklərinin içinə qo­yun ki, ailələrinin ya­nına dön­dük­də onu başa düş­sünlər və ola bilsin ki, qayıt­sınlar”.

12:63

فَلَمَّا رَجَعُوٓاْ إِلَىٰٓ أَبِيهِمۡ قَالُواْ يَـٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلۡكَيۡلُ فَأَرۡسِلۡ مَعَنَآ أَخَانَا نَكۡتَلۡ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ ﴿63﴾

Onlar atalarının yanına qa­yıt­dıq­da dedilər: “Ey ata­mız! Da­ha bizə ər­zaq verilmə­yəcək. Ölçüb ərzaq almaq üçün qar­da­şı­mızı bi­zimlə birlikdə gön­dər. Şüb­həsiz ki, biz onu qoruya­ca­ğıq”.