quranm◉

Səhifə 244

Range
from 12:70 to 12:78
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

12:70

فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمۡ جَعَلَ ٱلسِّقَايَةَ فِي رَحۡلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلۡعِيرُ إِنَّكُمۡ لَسَٰرِقُونَ ﴿70﴾

Yusuf onları azuqə ilə tə­min edər­kən qardaşının yü­kü­nün içi­nə bir pi­ya­lə qoydu. Son­ra bir carçı qışqırıb dedi: “Ey karvan əh­li! Siz oğrusu­nuz!”

12:71

قَالُواْ وَأَقۡبَلُواْ عَلَيۡهِم مَّاذَا تَفۡقِدُونَ ﴿71﴾

Qardaşlar onlara tərəf dö­­nüb: “Nə itirmisiniz?”– de­di­lər.

12:72

قَالُواْ نَفۡقِدُ صُوَاعَ ٱلۡمَلِكِ وَلِمَن جَآءَ بِهِۦ حِمۡلُ بَعِيرٖ وَأَنَا۠ بِهِۦ زَعِيمٞ ﴿72﴾

Onlar dedilər: “Padşa­hın piya­lə­sini itirmişik. Onu gəti­rənə bir dəvə yü­kü ərzaq veri­ləcək”. Carçı: “Mən buna za­mi­nəm!”– dedi.

12:73

قَالُواْ تَٱللَّهِ لَقَدۡ عَلِمۡتُم مَّا جِئۡنَا لِنُفۡسِدَ فِي ٱلۡأَرۡضِ وَمَا كُنَّا سَٰرِقِينَ ﴿73﴾

Onlar dedilər: “Allaha and ol­sun! Siz bilirsiniz ki, biz bu yer­lərə fitnə-fə­sad tö­rətmək üçün gəlməmişik və biz oğ­ru da de­yi­lik”.

12:74

قَالُواْ فَمَا جَزَـٰٓؤُهُۥٓ إِن كُنتُمۡ كَٰذِبِينَ ﴿74﴾

Onlar dedilər: “Əgər ya­lan­çısı­nız­sa, onda onun cəzası nə­dir?”

12:75

قَالُواْ جَزَـٰٓؤُهُۥ مَن وُجِدَ فِي رَحۡلِهِۦ فَهُوَ جَزَـٰٓؤُهُۥۚ كَذَٰلِكَ نَجۡزِي ٱلظَّـٰلِمِينَ ﴿75﴾

Qardaşlar dedilər: “Onun cəzası – it­miş piyalə yükündə ta­­pı­lan kimsənin özünün kölə edi­­lərək cəzalan­dırıl­ması­dır. Biz za­lımları be­lə cəzalan­dırırıq”.

12:76

فَبَدَأَ بِأَوۡعِيَتِهِمۡ قَبۡلَ وِعَآءِ أَخِيهِ ثُمَّ ٱسۡتَخۡرَجَهَا مِن وِعَآءِ أَخِيهِۚ كَذَٰلِكَ كِدۡنَا لِيُوسُفَۖ مَا كَانَ لِيَأۡخُذَ أَخَاهُ فِي دِينِ ٱلۡمَلِكِ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ نَرۡفَعُ دَرَجَٰتٖ مَّن نَّشَآءُۗ وَفَوۡقَ كُلِّ ذِي عِلۡمٍ عَلِيمٞ ﴿76﴾

O, qardaşının yükündən əv­vəl on­ların yüklərini axtar­mağa baş­ladı, sonra da piya­lə­ni qarda­şının yükündən çı­xart­dı. Biz Yu­su­fa belə bir tədbir öy­rətdik. Allahın istəyi olma­saydı, padşa­hın qa­nunlarına gö­rə, o, qar­daşını tu­tub öz ya­nın­da sax­laya bilməzdi. Biz is­tə­di­yimiz kəsi dərəcə-dərəcə yük­səl­di­rik. Hər bilik sahi­bin­dən də üstün bir bilən vardır.

12:77

قَالُوٓاْ إِن يَسۡرِقۡ فَقَدۡ سَرَقَ أَخٞ لَّهُۥ مِن قَبۡلُۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفۡسِهِۦ وَلَمۡ يُبۡدِهَا لَهُمۡۚ قَالَ أَنتُمۡ شَرّٞ مَّكَانٗاۖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا تَصِفُونَ ﴿77﴾

Onlar dedilər: “Əgər piyaləni o oğur­la­yıb­sa, daha öncə onun qardaşı da oğurluq etmişdi”. Yusuf bunu öz içində giz­lə­dib onlara açıb söy­ləmədi və öz-özünə: “Siz daha pis mövqedə­siniz. Allah si­zin nə de­diyinizi çox yaxşı bilir”– dedi.

12:78

قَالُواْ يَـٰٓأَيُّهَا ٱلۡعَزِيزُ إِنَّ لَهُۥٓ أَبٗا شَيۡخٗا كَبِيرٗا فَخُذۡ أَحَدَنَا مَكَانَهُۥٓۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلۡمُحۡسِنِينَ ﴿78﴾

Onlar dedilər: “Ey hökm­dar! Onun çox qoca atası var. Onun yerinə bizim birimizi gö­tür. Həqiqətən, Biz səni yaxşı adam he­sab edirik”.