quranm◉

Səhifə 245

Range
from 12:79 to 12:86
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

12:79

قَالَ مَعَاذَ ٱللَّهِ أَن نَّأۡخُذَ إِلَّا مَن وَجَدۡنَا مَتَٰعَنَا عِندَهُۥٓ إِنَّآ إِذٗا لَّظَٰلِمُونَ ﴿79﴾

O dedi: “Allah eləməsin ki, xurcununda malımızı tapdığı­mız kəs­dən başqa­sı­nı tutub sax­layaq. Onda biz zalımlar­dan ola­rıq”.

12:80

فَلَمَّا ٱسۡتَيۡـَٔسُواْ مِنۡهُ خَلَصُواْ نَجِيّٗاۖ قَالَ كَبِيرُهُمۡ أَلَمۡ تَعۡلَمُوٓاْ أَنَّ أَبَاكُمۡ قَدۡ أَخَذَ عَلَيۡكُم مَّوۡثِقٗا مِّنَ ٱللَّهِ وَمِن قَبۡلُ مَا فَرَّطتُمۡ فِي يُوسُفَۖ فَلَنۡ أَبۡرَحَ ٱلۡأَرۡضَ حَتَّىٰ يَأۡذَنَ لِيٓ أَبِيٓ أَوۡ يَحۡكُمَ ٱللَّهُ لِيۖ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ ﴿80﴾

Ondan ümidlərini kəs­dik­də məs­lə­hətləşmək üçün bir kə­na­ra çəkildilər. Onların bö­yü­yü dedi: “Atanızın sizə Allaha and iç­dir­məsi, bundan əvvəl də Yusufa qarşı haqsız­lıq etdi­yi­niz yadı­nız­dadırmı? Atam mə­nə izin vermə­yin­cə və ya mə­nə aid Allah hökm ver­mə­yincə, mən bu yerdən ayrıl­maya­ca­ğam. O, hökm ve­rən­lərin ən yaxşısıdır.

12:81

ٱرۡجِعُوٓاْ إِلَىٰٓ أَبِيكُمۡ فَقُولُواْ يَـٰٓأَبَانَآ إِنَّ ٱبۡنَكَ سَرَقَ وَمَا شَهِدۡنَآ إِلَّا بِمَا عَلِمۡنَا وَمَا كُنَّا لِلۡغَيۡبِ حَٰفِظِينَ ﴿81﴾

Atanızın yanına qayıdın və de­yin: “Ey atamız! Oğlun oğur­luq etdi. Biz ancaq bildi­yi­miz şeyə şahidlik et­dik. Biz qeybi bi­lən­lər deyilik.

12:82

وَسۡـَٔلِ ٱلۡقَرۡيَةَ ٱلَّتِي كُنَّا فِيهَا وَٱلۡعِيرَ ٱلَّتِيٓ أَقۡبَلۡنَا فِيهَاۖ وَإِنَّا لَصَٰدِقُونَ ﴿82﴾

Olduğumuz kənddən və bir­likdə gəl­diyimiz karvandan so­ruş. Biz, hə­qi­qətən də, doğ­ru danı­şırıq”.

12:83

قَالَ بَلۡ سَوَّلَتۡ لَكُمۡ أَنفُسُكُمۡ أَمۡرٗاۖ فَصَبۡرٞ جَمِيلٌۖ عَسَى ٱللَّهُ أَن يَأۡتِيَنِي بِهِمۡ جَمِيعًاۚ إِنَّهُۥ هُوَ ٱلۡعَلِيمُ ٱلۡحَكِيمُ ﴿83﴾

Yaqub dedi: “Xeyr, si­zin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gə­rəkdir. Ola bilsin ki, Allah on­ların ha­mı­sını mənə qay­tarsın. Həqi­qə­tən də, O, Biləndir, Hikmət sahibidir”.

12:84

وَتَوَلَّىٰ عَنۡهُمۡ وَقَالَ يَـٰٓأَسَفَىٰ عَلَىٰ يُوسُفَ وَٱبۡيَضَّتۡ عَيۡنَاهُ مِنَ ٱلۡحُزۡنِ فَهُوَ كَظِيمٞ ﴿84﴾

Yaqub onlardan üz dön­dərdi və: “Heyif Yusufdan!”– dedi. Kə­dərdən onun gözlə­ri­nə ağ gəldi. O, dərdini öz içində saxlayırdı.

12:85

قَالُواْ تَٱللَّهِ تَفۡتَؤُاْ تَذۡكُرُ يُوسُفَ حَتَّىٰ تَكُونَ حَرَضًا أَوۡ تَكُونَ مِنَ ٱلۡهَٰلِكِينَ ﴿85﴾

Onlar dedilər: “Allaha and olsun ki, Yusufu sən tez-tez yada sal­maqla axır­da ya əldən dü­şəcək, ya da öləcəksən”.

12:86

قَالَ إِنَّمَآ أَشۡكُواْ بَثِّي وَحُزۡنِيٓ إِلَى ٱللَّهِ وَأَعۡلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعۡلَمُونَ ﴿86﴾

O dedi: “Mən dərd-qə­mimi yal­nız Allaha açıb söylə­yirəm və Allahdan nazil olan vəhy sayə­sin­də sizin bilmədik­lərinizdən agah olu­ram.