quranm◉

Səhifə 254

Range
from 13:35 to 13:42
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

13:35

مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ أُكُلُهَا دَآئِمٞ وَظِلُّهَاۚ تِلۡكَ عُقۡبَى ٱلَّذِينَ ٱتَّقَواْۚ وَّعُقۡبَى ٱلۡكَٰفِرِينَ ٱلنَّارُ ﴿35﴾

Müttəqilərə vəd edilmiş Cən­nə­tin vəsfi belədir; onun ağac­la­rı altından çaylar axar və onun yeməkləri də, köl­gəsi də daimidir. Müt­təqilərin aqi­bəti budur. Kafir­lərin aqibəti isə Oddur.

13:36

وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَفۡرَحُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَۖ وَمِنَ ٱلۡأَحۡزَابِ مَن يُنكِرُ بَعۡضَهُۥۚ قُلۡ إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ وَلَآ أُشۡرِكَ بِهِۦٓۚ إِلَيۡهِ أَدۡعُواْ وَإِلَيۡهِ مَـَٔابِ ﴿36﴾

Kitab verdiyimiz kəslər sə­nə na­zil edilənə sevinirlər. Firqə­lər arasında elə­si də var­ ki, onun bir qismini in­kar edirlər. De: “Mə­­nə Allaha iba­dət et­mək və Ona şərik qoşma­maq əmr edil­miş­dir. Mən sizi yalnız Ona ibadət etmə­yə çağı­rıram və qayı­dışım da yalnız Onadır!”

13:37

وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ حُكۡمًا عَرَبِيّٗاۚ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا وَاقٖ ﴿37﴾

Beləliklə biz Qu­ranı ərəb­cə bir qa­nun olaraq nazil et­dik. Əgər sənə gələn bu elmdən son­ra onların istəklə­rinə tabe ol­san, sə­ni Allahdan nə bir hi­mayə edən, nə də bir qoruyan olar.

13:38

وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ وَجَعَلۡنَا لَهُمۡ أَزۡوَٰجٗا وَذُرِّيَّةٗۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ لِكُلِّ أَجَلٖ كِتَابٞ ﴿38﴾

Biz səndən əvvəl də el­çilər gön­dərdik və onlara zöv­cələr və övladlar ver­dik. Heç bir elçi Alla­hın izni olma­dan bir ayə gətirə bil­məzdi. Hər vaxtın bir yazısı var.

13:39

يَمۡحُواْ ٱللَّهُ مَا يَشَآءُ وَيُثۡبِتُۖ وَعِندَهُۥٓ أُمُّ ٱلۡكِتَٰبِ ﴿39﴾

Allah bu yazıdan istə­di­yini silər, istədiyini də sabit sax­layar. Ki­tabın anası da Onun yanın­dadır.

13:40

وَإِن مَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ وَعَلَيۡنَا ٱلۡحِسَابُ ﴿40﴾

Biz onlara vəd etdiyimi­zin bir qismini sənə göstərsək və ya on­dan öncə səni öldür­sək, bil ki, sənin öhdənə dü­şən an­caq təbliğ et­məkdir. Haqq-he­sab çəkmək isə Bizə aiddir.

13:41

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَاۚ وَٱللَّهُ يَحۡكُمُ لَا مُعَقِّبَ لِحُكۡمِهِۦۚ وَهُوَ سَرِيعُ ٱلۡحِسَابِ ﴿41﴾

Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəf­lə­rin­dən azalt­dığı­mızı (müsəl­man­ların ixti­yarına ver­diyi­mi­zi) gör­mür­lər­mi? Allah istədiyi kimi hökm verir. Onun hök­münü ləğv edən ol­maz. O, tez haqq-hesab çəkəndir.

13:42

وَقَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَلِلَّهِ ٱلۡمَكۡرُ جَمِيعٗاۖ يَعۡلَمُ مَا تَكۡسِبُ كُلُّ نَفۡسٖۗ وَسَيَعۡلَمُ ٱلۡكُفَّـٰرُ لِمَنۡ عُقۡبَى ٱلدَّارِ ﴿42﴾

Onlardan əvvəlkilər də hiylə qur­dular. Halbuki bütün hiy­lə­lər Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Ka­fir­lər Axi­rət yurdunun kimin ola­ca­ğını bilə­cəklər.