quranm◉

Səhifə 253

Range
from 13:29 to 13:34
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

13:29

ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ طُوبَىٰ لَهُمۡ وَحُسۡنُ مَـَٔابٖ ﴿29﴾

İman gətirib saleh əməl­lər edən­lər üçün xoş güzəran və gö­zəl qayı­dış yeri hazırlan­mışdır.

13:30

كَذَٰلِكَ أَرۡسَلۡنَٰكَ فِيٓ أُمَّةٖ قَدۡ خَلَتۡ مِن قَبۡلِهَآ أُمَمٞ لِّتَتۡلُوَاْ عَلَيۡهِمُ ٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ وَهُمۡ يَكۡفُرُونَ بِٱلرَّحۡمَٰنِۚ قُلۡ هُوَ رَبِّي لَآ إِلَٰهَ إِلَّا هُوَ عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ مَتَابِ ﴿30﴾

Beləliklə, Biz səni özün­dən əvvəl neçə-neçə ümmətlər gəlib getmiş bir üm­­mətə gön­dərdik ki, onlar Mərhə­mətli Allahı inkar et­dik­ləri halda, sə­nə vəhy et­di­yimizi onlara oxu­yasan. De: “O, mə­nim Rəb­bim­dir. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Mən yal­nız Ona təvəkkül edir və Ona üz tutub tövbə edirəm”.

13:31

وَلَوۡ أَنَّ قُرۡءَانٗا سُيِّرَتۡ بِهِ ٱلۡجِبَالُ أَوۡ قُطِّعَتۡ بِهِ ٱلۡأَرۡضُ أَوۡ كُلِّمَ بِهِ ٱلۡمَوۡتَىٰۗ بَل لِّلَّهِ ٱلۡأَمۡرُ جَمِيعًاۗ أَفَلَمۡ يَاْيۡـَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَن لَّوۡ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعٗاۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ تُصِيبُهُم بِمَا صَنَعُواْ قَارِعَةٌ أَوۡ تَحُلُّ قَرِيبٗا مِّن دَارِهِمۡ حَتَّىٰ يَأۡتِيَ وَعۡدُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يُخۡلِفُ ٱلۡمِيعَادَ ﴿31﴾

Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və ya­xud da onun sayə­sində ölü­lər da­nış­saydılar, o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Alla­ha məx­susdur. İman gə­ti­rənlər hələ bil­mir­lərmi ki, əgər Allah istə­səy­di, bütün in­san­la­rı doğru yola yönəl­dərdi? Alla­hın vədi gəlin­cə­yə qədər etdik­ləri əməllərə görə kafir olan­la­ra müsibət üz ver­mək­də davam edəcək və ya onların yur­du­nun yaxınlığında da­ya­na­caqdır. Şüb­hə­siz ki, Allah vədinə xilaf çıx­maz.

13:32

وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَأَمۡلَيۡتُ لِلَّذِينَ كَفَرُواْ ثُمَّ أَخَذۡتُهُمۡۖ فَكَيۡفَ كَانَ عِقَابِ ﴿32﴾

Səndən əvvəlki elçilərə də isteh­za edilmişdi. Mən ka­fir­lə­rə möh­lət ver­dim, sonra isə on­ları yaxaladım. Gö­rəydin on­ları cə­za­landırmağım necə ol­du!

13:33

أَفَمَنۡ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۗ وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ قُلۡ سَمُّوهُمۡۚ أَمۡ تُنَبِّـُٔونَهُۥ بِمَا لَا يَعۡلَمُ فِي ٱلۡأَرۡضِ أَم بِظَٰهِرٖ مِّنَ ٱلۡقَوۡلِۗ بَلۡ زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ مَكۡرُهُمۡ وَصُدُّواْ عَنِ ٱلسَّبِيلِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ ﴿33﴾

Hər kəsin qazandığını qo­ru­yub saxlayan Allah, buna qa­dir ol­mayan bütlər kimi ola bilər­mi? Müşriklər isə Allaha şə­rik­lər qo­şur­lar. De: “Onların ad­larını söyləyin! Yoxsa siz Allaha yer üzündə bil­mə­diyi şey­ləri ya­xud boş sözlərimi xəbər ve­rir­si­niz?” Doğrusu, ka­firlərə öz hiylələri gözəl göstərildi və on­lar doğru yoldan çı­xa­rıl­dı­­lar. Allah kimi azdırsa, onu doğ­ru yola yönəl­dən olmaz.

13:34

لَّهُمۡ عَذَابٞ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَعَذَابُ ٱلۡأٓخِرَةِ أَشَقُّۖ وَمَا لَهُم مِّنَ ٱللَّهِ مِن وَاقٖ ﴿34﴾

Onlara dünya həyatında əzab var­dır. Axirət əzabı isə da­ha mə­şəqqətlidir. Onları Allah­dan qoruyan olmaz.