quranm◉

Səhifə 256

Range
from 14:6 to 14:10
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

14:6

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ أَنجَىٰكُم مِّنۡ ءَالِ فِرۡعَوۡنَ يَسُومُونَكُمۡ سُوٓءَ ٱلۡعَذَابِ وَيُذَبِّحُونَ أَبۡنَآءَكُمۡ وَيَسۡتَحۡيُونَ نِسَآءَكُمۡۚ وَفِي ذَٰلِكُم بَلَآءٞ مِّن رَّبِّكُمۡ عَظِيمٞ ﴿6﴾

O zaman Musa öz xal­qı­na de­miş­di: “Allahın sizə ver­diyi ne­məti xatır­la­yın. O, sizi Firon əhlindən xilas etdi. On­lar sizə ağır əzab­lar verir, oğ­lan uşaq­la­rınızı öldürür, qa­dın­la­rı­nızı isə sağ bu­ra­xırdılar. Bunda Rəbbiniz­dən sizin üçün böyük bir sınaq var idi”.

14:7

وَإِذۡ تَأَذَّنَ رَبُّكُمۡ لَئِن شَكَرۡتُمۡ لَأَزِيدَنَّكُمۡۖ وَلَئِن كَفَرۡتُمۡ إِنَّ عَذَابِي لَشَدِيدٞ ﴿7﴾

O zaman Rəbbiniz belə bildirmiş­di: “Əgər şükür etsə­niz, si­zə olan nemə­timi artı­ra­ram, yox əgər nankorluq etsə­niz, bilin ki, Mə­nim əzabım şid­dət­lidir”.

14:8

وَقَالَ مُوسَىٰٓ إِن تَكۡفُرُوٓاْ أَنتُمۡ وَمَن فِي ٱلۡأَرۡضِ جَمِيعٗا فَإِنَّ ٱللَّهَ لَغَنِيٌّ حَمِيدٌ ﴿8﴾

Musa dedi: “Əgər siz və yer üzün­də olanların hamısı ka­fir ol­­sanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqə­tən də, Zəngin­dir, Tə­ri­fə­layiqdir”.

14:9

أَلَمۡ يَأۡتِكُمۡ نَبَؤُاْ ٱلَّذِينَ مِن قَبۡلِكُمۡ قَوۡمِ نُوحٖ وَعَادٖ وَثَمُودَ وَٱلَّذِينَ مِنۢ بَعۡدِهِمۡ لَا يَعۡلَمُهُمۡ إِلَّا ٱللَّهُۚ جَآءَتۡهُمۡ رُسُلُهُم بِٱلۡبَيِّنَٰتِ فَرَدُّوٓاْ أَيۡدِيَهُمۡ فِيٓ أَفۡوَٰهِهِمۡ وَقَالُوٓاْ إِنَّا كَفَرۡنَا بِمَآ أُرۡسِلۡتُم بِهِۦ وَإِنَّا لَفِي شَكّٖ مِّمَّا تَدۡعُونَنَآ إِلَيۡهِ مُرِيبٖ ﴿9﴾

Sizdən əvvəlkilərin – Nuh qövmü­nün, Ad və Səmud tay­fa­la­rı­nın, on­lar­dan sonra­kı­ların xəbərləri sizə gəlib çatma­dı­mı? Onlar haqqın­da Allah­dan başqa heç kəs bilmir. Elçiləri on­lara açıq-ay­dın dəlil­lər gətir­di­lər. Onlar isə əllərini ağız­la­rı­nın üstünə qo­yub dedilər: “Biz si­zinlə göndərilənlərə inan­mı­rıq və bizləri də­vət et­diyiniz tövhid barəsində şübhə doğu­ran şəkk içindəyik!”

14:10

قَالَتۡ رُسُلُهُمۡ أَفِي ٱللَّهِ شَكّٞ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَدۡعُوكُمۡ لِيَغۡفِرَ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرَكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۚ قَالُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتُونَا بِسُلۡطَٰنٖ مُّبِينٖ ﴿10﴾

Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vax­ta qədər möhlət vermək üçün sizi iman gətir­mə­yə çağırır”. Onlar de­dilər: “Siz də bizim kimi ancaq bir insan­sınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə açıq-ay­dın bir dəlil gətirin”.