quranm◉

Surə Ibrahim 14:10

۞قَالَتۡ رُسُلُهُمۡ أَفِي ٱللَّهِ شَكّٞ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَدۡعُوكُمۡ لِيَغۡفِرَ لَكُم مِّن ذُنُوبِكُمۡ وَيُؤَخِّرَكُمۡ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗىۚ قَالُوٓاْ إِنۡ أَنتُمۡ إِلَّا بَشَرٞ مِّثۡلُنَا تُرِيدُونَ أَن تَصُدُّونَا عَمَّا كَانَ يَعۡبُدُ ءَابَآؤُنَا فَأۡتُونَا بِسُلۡطَٰنٖ مُّبِينٖ ﴿١٠﴾

◉

Tərcümə

Elçiləri onlara dedilər: “Göy­ləri və yeri yaradan Alla­ha şəkk etməkmi olar? O, gü­nahları­nızı bağışlamaq və sizə müəyyən vax­ta qədər möhlət vermək üçün sizi iman gətir­mə­yə çağırır”. Onlar de­dilər: “Siz də bizim kimi ancaq bir insan­sınız. Bizi atala­rımızın ibadət et­diklərindən dön­dər­mək istə­yirsiniz. Elə isə bizə açıq-ay­dın bir dəlil gətirin”.
— Alikhan Musayev
Peyğəmbərləri də (onlara) belə cavab vermişdilər: “Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?! (Allah) günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər (ömrünüzün sonuna kimi) möhlət vermək (sizi əzabla deyil, öz əcəlinizlə öldürmək) üçün imana də’vət edir”. Onlar demişdilər: “Siz də bizim kimi adi bir insansınız. Bizi atalarımızın ibadət etdiklərindən (bütlərdən) döndərmək istəyirsiniz. (Əgər bacarırsınızsa, sizin ibadət etdiyiniz Allahın haqq, bizim tapındığımız bütlərin isə batil olmasını sübut edən) açıq-aşkar bir dəlil gətirin!”
— Azerbaijani

◉ Surə · ∞