quranm◉

Səhifə 259

Range
from 14:25 to 14:33
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

14:25

تُؤۡتِيٓ أُكُلَهَا كُلَّ حِينِۭ بِإِذۡنِ رَبِّهَاۗ وَيَضۡرِبُ ٱللَّهُ ٱلۡأَمۡثَالَ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ ﴿25﴾

O ağac Rəbbinin izni ilə öz bəhrə­sini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar.

14:26

وَمَثَلُ كَلِمَةٍ خَبِيثَةٖ كَشَجَرَةٍ خَبِيثَةٍ ٱجۡتُثَّتۡ مِن فَوۡقِ ٱلۡأَرۡضِ مَا لَهَا مِن قَرَارٖ ﴿26﴾

Pis söz isə yerdən qopa­rıl­mış və artıq kökü üstə dura bil­mə­yən pis bir ağaca bən­zə­yir.

14:27

يُثَبِّتُ ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡقَوۡلِ ٱلثَّابِتِ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَفِي ٱلۡأٓخِرَةِۖ وَيُضِلُّ ٱللَّهُ ٱلظَّـٰلِمِينَۚ وَيَفۡعَلُ ٱللَّهُ مَا يَشَآءُ ﴿27﴾

Allah iman gətirənləri dünya hə­yatında da, axirətdə də möh­kəm sözlə sabit saxla­yar. Allah zalımları sapdırar. Allah is­tə­di­yini edər.

14:28

أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ بَدَّلُواْ نِعۡمَتَ ٱللَّهِ كُفۡرٗا وَأَحَلُّواْ قَوۡمَهُمۡ دَارَ ٱلۡبَوَارِ ﴿28﴾

Məgər sən Allahın ne­mət­lərini küfrə dəyişənləri və öz xal­qı­nı həlak yurduna sü­rüklə­yənləri görmürsənmi?

14:29

جَهَنَّمَ يَصۡلَوۡنَهَاۖ وَبِئۡسَ ٱلۡقَرَارُ ﴿29﴾

Onlar Cəhənnəmə girə­cək­lər. Ora necə də pis yaşayış yeri­dir.

14:30

وَجَعَلُواْ لِلَّهِ أَندَادٗا لِّيُضِلُّواْ عَن سَبِيلِهِۦۗ قُلۡ تَمَتَّعُواْ فَإِنَّ مَصِيرَكُمۡ إِلَى ٱلنَّارِ ﴿30﴾

Onlar insanları Allah yo­lundan sap­dırmaq üçün bütləri Ona tay tut­du­lar. De: “Hələlik əylənin! Şübhəsiz ki, dönüşü­nüz Oda­dır”.

14:31

قُل لِّعِبَادِيَ ٱلَّذِينَ ءَامَنُواْ يُقِيمُواْ ٱلصَّلَوٰةَ وَيُنفِقُواْ مِمَّا رَزَقۡنَٰهُمۡ سِرّٗا وَعَلَانِيَةٗ مِّن قَبۡلِ أَن يَأۡتِيَ يَوۡمٞ لَّا بَيۡعٞ فِيهِ وَلَا خِلَٰلٌ ﴿31﴾

İman gətirən qullarıma de ki, na­maz qılsınlar, alış-ve­rişin və dostluğun olmayacağı bir günün gəlməsindən əv­vəl onlara ver­di­yimiz ruzidən Allah yo­lunda gizli və aşkar xərc­lə­sinlər.

14:32

ٱللَّهُ ٱلَّذِي خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ وَأَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَأَخۡرَجَ بِهِۦ مِنَ ٱلثَّمَرَٰتِ رِزۡقٗا لَّكُمۡۖ وَسَخَّرَ لَكُمُ ٱلۡفُلۡكَ لِتَجۡرِيَ فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦۖ وَسَخَّرَ لَكُمُ ٱلۡأَنۡهَٰرَ ﴿32﴾

O mərhəmətli Allah ki, göy­ləri və yeri yaratdı, göydən su en­di­rib onunla sizin üçün növbənöv məhsullardan ruzi ye­tişdirdi, əm­ri ilə dənizdə üz­mək üçün gəmiləri sizin ixti­yarınıza verdi və çay­ları sizə ram etdi;

14:33

وَسَخَّرَ لَكُمُ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَ دَآئِبَيۡنِۖ وَسَخَّرَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ ﴿33﴾

Müəyyən edilmiş yolla daim hərəkət edən günəşi və ayı si­zə ta­be etdi; ge­cə­ni və gün­dü­zü sizə ram etdi.