quranm◉

Səhifə 258

Range
from 14:19 to 14:24
Surahs covered
Tərcümə
6 Tərcümə

◉

14:19

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ ﴿19﴾

Allahın göyləri və yeri haq­q ilə ya­ratdığını görmür­sənmi? Əgər O, is­tə­sə, sizi yox edib yeri­nizə yeni bir məx­luq gətirər.

14:20

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ ﴿20﴾

Bu, Allah üçün çətin de­yildir.

14:21

وَبَرَزُواْ لِلَّهِ جَمِيعٗا فَقَالَ ٱلضُّعَفَـٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا مِنۡ عَذَابِ ٱللَّهِ مِن شَيۡءٖۚ قَالُواْ لَوۡ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيۡنَٰكُمۡۖ سَوَآءٌ عَلَيۡنَآ أَجَزِعۡنَآ أَمۡ صَبَرۡنَا مَا لَنَا مِن مَّحِيصٖ ﴿21﴾

Axirət günü hamı Alla­hın hüzu­runa çıxarılacaq və zəif­lər tə­kəbbürlük göstərən­lərə de­yə­cək­lər: “Biz sizə tabe idik. İndi siz, Alla­hın əzabını, qismən də olsa, bizdən sovuş­dura bilər­si­nizmi?” Onlar de­yə­cəklər: “Əgər Allah bizi doğ­ru yola yönəlt­səydi, biz də si­zə doğ­ru yolu göstərərdik. İndi qəm çəksək də, sə­bir etsək də bi­zim üçün eynidir. Çünki bi­zim üçün qur­tuluş yeri yox­dur”.

14:22

وَقَالَ ٱلشَّيۡطَٰنُ لَمَّا قُضِيَ ٱلۡأَمۡرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمۡ وَعۡدَ ٱلۡحَقِّ وَوَعَدتُّكُمۡ فَأَخۡلَفۡتُكُمۡۖ وَمَا كَانَ لِيَ عَلَيۡكُم مِّن سُلۡطَٰنٍ إِلَّآ أَن دَعَوۡتُكُمۡ فَٱسۡتَجَبۡتُمۡ لِيۖ فَلَا تَلُومُونِي وَلُومُوٓاْ أَنفُسَكُمۖ مَّآ أَنَا۠ بِمُصۡرِخِكُمۡ وَمَآ أَنتُم بِمُصۡرِخِيَّ إِنِّي كَفَرۡتُ بِمَآ أَشۡرَكۡتُمُونِ مِن قَبۡلُۗ إِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ ﴿22﴾

İş bitdikdə şeytan deyə­cək: “Hə­qiqətən də, Allah sizə ger­çək vəd ver­mişdi. Mən də sizə vəd vermişdim, la­kin və­dimə xilaf çıx­dım. Mənim sizin üs­tünüzdə heç bir hökm­ran­lı­ğım yox idi. Mən si­zi az­ğınlığa dəvət etdim, siz də dəvətimi qə­bul etdiniz. Buna gö­rə də məni yox, özünüzü qınayın. Nə mən si­zin köməyi­nizə ça­ta bi­lə­rəm, nə də siz mənim kö­mə­yimə ça­ta bilərsi­niz. Heç şüb­hə­siz ki, mən əv­vəllər də sizin məni Allaha şərik qoşma­ğınızı rədd et­miş­dim”. Həqiqə­tən, zalım­lar üçün ağrılı-acılı bir əzab hazır­lan­mış­dır.

14:23

وَأُدۡخِلَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذۡنِ رَبِّهِمۡۖ تَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٌ ﴿23﴾

İman gətirib saleh əməl­lər edən­lər isə ağacları altın­dan çay­lar axan, Rəbbinin izni ilə içində əbə­di qala­caq­ları cən­nətlərə daxil edilə­cəklər. Onların orada qarşıla­şarkən bir-birinə de­yə­cək­ləri söz: “Sa­lam!” olacaq.

14:24

أَلَمۡ تَرَ كَيۡفَ ضَرَبَ ٱللَّهُ مَثَلٗا كَلِمَةٗ طَيِّبَةٗ كَشَجَرَةٖ طَيِّبَةٍ أَصۡلُهَا ثَابِتٞ وَفَرۡعُهَا فِي ٱلسَّمَآءِ ﴿24﴾

Allahın necə məsəl çək­di­yini gör­mürsənmi? Gözəl söz (lə ila­hə illəllah) kökü yerdə möh­kəm olan, budaqları isə göyə yük­sə­lən gözəl bir ağac kimidir.