quranm◉

Səhifə 270

Range
from 16:27 to 16:34
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

16:27

ثُمَّ يَوۡمَ ٱلۡقِيَٰمَةِ يُخۡزِيهِمۡ وَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تُشَـٰٓقُّونَ فِيهِمۡۚ قَالَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ إِنَّ ٱلۡخِزۡيَ ٱلۡيَوۡمَ وَٱلسُّوٓءَ عَلَى ٱلۡكَٰفِرِينَ ﴿27﴾

Sonra Qiyamət günü Allah onları rüsvay edəcək və deyə­cək: “Haqqında mü­bahisə et­di­yiniz şə­riklərim harada­dır?” Elm ve­rilmiş kimsələr deyə­cək­lər: “Şübhəsiz ki, bu gün kafir­lərə rüs­vay­çılıq və əzab üz ve­rə­cək!”

16:28

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿28﴾

Mələklər özlərinə zülm edən kim­sələrin canlarını aldıq­ları za­man onlar bo­yun əyib: “Biz heç bir pislik et­mir­dik!”– deyə­cəklər. On­­la­ra belə deyiləcək: “Xeyr! Şübhəsiz ki, Allah sizin nələr et­diyinizi bi­lir.

16:29

فَٱدۡخُلُوٓاْ أَبۡوَٰبَ جَهَنَّمَ خَٰلِدِينَ فِيهَاۖ فَلَبِئۡسَ مَثۡوَى ٱلۡمُتَكَبِّرِينَ ﴿29﴾

Elə isə içində əbədi qa­la­cağınız Cəhənnəmin qapıla­rına gi­rin! Təkəb­bürlülərin qa­lacağı yer necə də pisdir!”

16:30

وَقِيلَ لِلَّذِينَ ٱتَّقَوۡاْ مَاذَآ أَنزَلَ رَبُّكُمۡۚ قَالُواْ خَيۡرٗاۗ لِّلَّذِينَ أَحۡسَنُواْ فِي هَٰذِهِ ٱلدُّنۡيَا حَسَنَةٞۚ وَلَدَارُ ٱلۡأٓخِرَةِ خَيۡرٞۚ وَلَنِعۡمَ دَارُ ٱلۡمُتَّقِينَ ﴿30﴾

Müttəqilərə: “Allah nə nazil etmiş­dir?”– deyildikdə, onlar: “Xe­yir nazil et­mişdir!”– deyərlər. Bu dünyada xeyirli iş­lər görənlər üçün gözəl mü­ka­fat ha­zır­­lanmış­dır. Axirət yur­du isə daha xe­yir­li­dir. Müt­tə­qi­lərin yurdu necə də gö­zəldir.

16:31

جَنَّـٰتُ عَدۡنٖ يَدۡخُلُونَهَا تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ لَهُمۡ فِيهَا مَا يَشَآءُونَۚ كَذَٰلِكَ يَجۡزِي ٱللَّهُ ٱلۡمُتَّقِينَ ﴿31﴾

Onlar ağacları altından çay­lar axan Ədn cən­nətlərinə gi­rə­cək­lər. Orada onla­rın ürəklə­ri­nin istədiyi hər şey var­dır. Allah müt­tə­qiləri belə müka­fat­lan­dırır.

16:32

ٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ طَيِّبِينَ يَقُولُونَ سَلَٰمٌ عَلَيۡكُمُ ٱدۡخُلُواْ ٱلۡجَنَّةَ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ ﴿32﴾

O kəslər ki, tər-təmiz ol­duqları halda, mələklər onla­rın ca­nı­nı alıb de­yirlər: “Sizə sa­lam olsun! Əməllərinizə görə Cənnətə gi­rin!”

16:33

هَلۡ يَنظُرُونَ إِلَّآ أَن تَأۡتِيَهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ يَأۡتِيَ أَمۡرُ رَبِّكَۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ وَمَا ظَلَمَهُمُ ٱللَّهُ وَلَٰكِن كَانُوٓاْ أَنفُسَهُمۡ يَظۡلِمُونَ ﴿33﴾

Yoxsa kafirlər mələklə­rin onların yanına gəlməsindən və ya­xud Rəbbi­nin əmrinin (Qiyamət gününün) gəl­mə­sin­dən başqa bir şeymi göz­lə­yirlər? On­lardan əvvəlki­lər də be­lə etmiş­dilər. Allah onlara zülm etmədi, la­kin onlar özləri özlərinə zülm edir­di­lər.

16:34

فَأَصَابَهُمۡ سَيِّـَٔاتُ مَا عَمِلُواْ وَحَاقَ بِهِم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿34﴾

Onlara törətdikləri əməl­lə­rin pis cəzası nəsib oldu və is­teh­za etdikləri əzab onları ağu­şuna aldı.