quranm◉

Səhifə 271

Range
from 16:35 to 16:42
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

16:35

وَقَالَ ٱلَّذِينَ أَشۡرَكُواْ لَوۡ شَآءَ ٱللَّهُ مَا عَبَدۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖ نَّحۡنُ وَلَآ ءَابَآؤُنَا وَلَا حَرَّمۡنَا مِن دُونِهِۦ مِن شَيۡءٖۚ كَذَٰلِكَ فَعَلَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡۚ فَهَلۡ عَلَى ٱلرُّسُلِ إِلَّا ٱلۡبَلَٰغُ ٱلۡمُبِينُ ﴿35﴾

Müşriklər dedilər: “Əgər Allah is­təsəydi, biz də, ataları­mız da Ondan baş­qa heç nəyə ibadət etməz və Onun izni ol­madan heç nəyi haram say­maz­dıq!” Bəli, on­lardan əvvəl­kilər də eynilə dav­ran­mışdılar. Məgər elçilərin vəzi­fə­si ancaq açıq-aydın təbliğ et­mək de­yil­mi?

16:36

وَلَقَدۡ بَعَثۡنَا فِي كُلِّ أُمَّةٖ رَّسُولًا أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ وَٱجۡتَنِبُواْ ٱلطَّـٰغُوتَۖ فَمِنۡهُم مَّنۡ هَدَى ٱللَّهُ وَمِنۡهُم مَّنۡ حَقَّتۡ عَلَيۡهِ ٱلضَّلَٰلَةُۚ فَسِيرُواْ فِي ٱلۡأَرۡضِ فَٱنظُرُواْ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُكَذِّبِينَ ﴿36﴾

Biz hər ümmətə: “Allaha ibadət edin, tağutdan uzaq olun”– deyə, elçi gön­dərdik. Onlardan kimisini Allah doğ­ru yola yö­nəlt­miş, kimisinə də az­maq nə­sib etmişdir. Yer üzün­də gə­zib dola­şın və görün haq­qı yalan sayan­ların aqibəti ne­cə oldu!

16:37

إِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ ﴿37﴾

Sən onların doğru yola gəl­məsinə nə qədər çalışsan da, bil ki, Allah az­dır­dığı kimsələri doğru yola yönəltməz və on­lara kö­mək edən də olmaz.

16:38

وَأَقۡسَمُواْ بِٱللَّهِ جَهۡدَ أَيۡمَٰنِهِمۡ لَا يَبۡعَثُ ٱللَّهُ مَن يَمُوتُۚ بَلَىٰ وَعۡدًا عَلَيۡهِ حَقّٗا وَلَٰكِنَّ أَكۡثَرَ ٱلنَّاسِ لَا يَعۡلَمُونَ ﴿38﴾

Onlar Allaha möhkəm and içdi­lər ki: “Allah ölən bir kəsi di­rilt­mə­yə­cəkdir!” Xeyr! Allahın ölüləri diriltməsi Onun doğru və­di­nə görə olacaq, la­kin insanların çoxu bunu bil­mir.

16:39

لِيُبَيِّنَ لَهُمُ ٱلَّذِي يَخۡتَلِفُونَ فِيهِ وَلِيَعۡلَمَ ٱلَّذِينَ كَفَرُوٓاْ أَنَّهُمۡ كَانُواْ كَٰذِبِينَ ﴿39﴾

Allah ölüləri dirildəcək­dir ki, ixti­laf­da olduqları şey­ləri on­lara bildirsin və kafir­lər də özlə­rinin yalançı olduqlarını dərk et­sinlər.

16:40

إِنَّمَا قَوۡلُنَا لِشَيۡءٍ إِذَآ أَرَدۡنَٰهُ أَن نَّقُولَ لَهُۥ كُن فَيَكُونُ ﴿40﴾

Biz bir şeyi yaratmaq is­tə­dik­də, ona ancaq: “Ol!”– de­yirik, o da olur.

16:41

وَٱلَّذِينَ هَاجَرُواْ فِي ٱللَّهِ مِنۢ بَعۡدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمۡ فِي ٱلدُّنۡيَا حَسَنَةٗۖ وَلَأَجۡرُ ٱلۡأٓخِرَةِ أَكۡبَرُۚ لَوۡ كَانُواْ يَعۡلَمُونَ ﴿41﴾

Zülmə uğradıldıqdan son­ra Allah yolunda hicrət edən­ləri dün­ya­da gözəl bir məs­kəndə sakin edəcəyik. Axi­rət mü­kafatı isə da­ha böyük­dür. Kaş bi­ləy­dilər!

16:42

ٱلَّذِينَ صَبَرُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ﴿42﴾

Onlar səbirli olanlar və an­caq Rəbbinə təvəkkül edən­lərdir.