quranm◉

Səhifə 282

Range
from 17:1 to 17:7
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

17:1

سُبۡحَٰنَ ٱلَّذِيٓ أَسۡرَىٰ بِعَبۡدِهِۦ لَيۡلٗا مِّنَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ إِلَى ٱلۡمَسۡجِدِ ٱلۡأَقۡصَا ٱلَّذِي بَٰرَكۡنَا حَوۡلَهُۥ لِنُرِيَهُۥ مِنۡ ءَايَٰتِنَآۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ﴿1﴾

Dəlillərimizdən bəzisini Pey­ğəmbə­rə göstərmək üçün Öz qu­lu­nu gecə vax­tı Məscidul­ha­ram­dan ətrafına xe­yir-bərə­kət ver­di­yi­miz Məsci­dul­əq­saya apa­ran Allah pak və müqəddəsdir. Hə­qiqə­tən, O, Eşidəndir, Gö­rən­dir.

17:2

وَءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَٰهُ هُدٗى لِّبَنِيٓ إِسۡرَـٰٓءِيلَ أَلَّا تَتَّخِذُواْ مِن دُونِي وَكِيلٗا ﴿2﴾

Biz Musaya Kitab verdik və İsrail oğullarına: “Məndən baş­qa­­sını özü­nü­zə hi­mayədar gö­türmə­yin!”– deyə o Ki­tabı doğ­ru yol gös­təricisi etdik.

17:3

ذُرِّيَّةَ مَنۡ حَمَلۡنَا مَعَ نُوحٍۚ إِنَّهُۥ كَانَ عَبۡدٗا شَكُورٗا ﴿3﴾

Ey Nuhla birlikdə gəmidə daşı­dıq­larımızın nəsli! Nuh, doğ­ru­dan da, Bizə min­nətdar olan bir qul idi.

17:4

وَقَضَيۡنَآ إِلَىٰ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ فِي ٱلۡكِتَٰبِ لَتُفۡسِدُنَّ فِي ٱلۡأَرۡضِ مَرَّتَيۡنِ وَلَتَعۡلُنَّ عُلُوّٗا كَبِيرٗا ﴿4﴾

Biz Kitabda İsrail oğul­la­rına: “Siz yer üzündə iki dəfə fəsad tö­rə­də­cək­ və ol­duq­ca təkəbbür göstərə­cəksi­niz”– deyə xəbər ver­dik.

17:5

فَإِذَا جَآءَ وَعۡدُ أُولَىٰهُمَا بَعَثۡنَا عَلَيۡكُمۡ عِبَادٗا لَّنَآ أُوْلِي بَأۡسٖ شَدِيدٖ فَجَاسُواْ خِلَٰلَ ٱلدِّيَارِۚ وَكَانَ وَعۡدٗا مَّفۡعُولٗا ﴿5﴾

İki fəsaddan birincisinin vaxtı gəl­diyi zaman üstünüzə qüv­vət­li qulla­rı­mızı gön­dər­dik. Onlar yur­dunuzda gə­zib dola­şıb sizi ax­ta­rır­dılar. Bu, yerinə yetirilmiş bir vəd idi.

17:6

ثُمَّ رَدَدۡنَا لَكُمُ ٱلۡكَرَّةَ عَلَيۡهِمۡ وَأَمۡدَدۡنَٰكُم بِأَمۡوَٰلٖ وَبَنِينَ وَجَعَلۡنَٰكُمۡ أَكۡثَرَ نَفِيرًا ﴿6﴾

Sonra sizə onların üzə­rin­də yeni­dən qələbə qazandır­dıq, var-dövlət və oğullarla sizə yar­dım etdik və sizin sa­yınızı ço­xaltdıq.

17:7

إِنۡ أَحۡسَنتُمۡ أَحۡسَنتُمۡ لِأَنفُسِكُمۡۖ وَإِنۡ أَسَأۡتُمۡ فَلَهَاۚ فَإِذَا جَآءَ وَعۡدُ ٱلۡأٓخِرَةِ لِيَسُـُٔواْ وُجُوهَكُمۡ وَلِيَدۡخُلُواْ ٱلۡمَسۡجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٖ وَلِيُتَبِّرُواْ مَا عَلَوۡاْ تَتۡبِيرًا ﴿7﴾

Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əley­hinizə etmiş olursunuz. So­nuncu vədin vaxtı gələndə, üzü­nü­zü qara etsinlər, birinci dəfə Qüd­sdəki məscidə girdik­ləri ki­mi yenə də ora gir­sinlər və ələ keçirdikləri hər şeyi dar­­ma­da­ğın etsinlər de­yə düşmən­lərinizi üs­­tü­nüzə göndərdik.