quranm◉

Səhifə 283

Range
from 17:8 to 17:17
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

17:8

عَسَىٰ رَبُّكُمۡ أَن يَرۡحَمَكُمۡۚ وَإِنۡ عُدتُّمۡ عُدۡنَاۚ وَجَعَلۡنَا جَهَنَّمَ لِلۡكَٰفِرِينَ حَصِيرًا ﴿8﴾

Ola bilsin ki, Rəbbiniz si­zə rəhm etsin. Əgər siz fəsad tö­rət­mə­yə qayıt­sa­nız, Biz də sizi cə­za­landırmağa qayıdarıq. Biz Cə­hən­­nəmi ka­firlər üçün bir zin­dan etdik.

17:9

إِنَّ هَٰذَا ٱلۡقُرۡءَانَ يَهۡدِي لِلَّتِي هِيَ أَقۡوَمُ وَيُبَشِّرُ ٱلۡمُؤۡمِنِينَ ٱلَّذِينَ يَعۡمَلُونَ ٱلصَّـٰلِحَٰتِ أَنَّ لَهُمۡ أَجۡرٗا كَبِيرٗا ﴿9﴾

Həqiqətən, bu Quran in­san­ları ən doğru yola yönəldir və yax­şı işlər gö­rən mömin­lərə, öz­ləri üçün böyük mü­ka­fat olacağı ilə müjdə verir.

17:10

وَأَنَّ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا ﴿10﴾

Axirətə iman gətirmə­yən­lər üçün isə ağrılı-acılı bir əzab ha­zır­lamışıq.

17:11

وَيَدۡعُ ٱلۡإِنسَٰنُ بِٱلشَّرِّ دُعَآءَهُۥ بِٱلۡخَيۡرِۖ وَكَانَ ٱلۡإِنسَٰنُ عَجُولٗا ﴿11﴾

İnsan özünə xeyir dilə­di­yi kimi, şər də diləyir. Doğ­ru­su, in­san tələsən­dir.

17:12

وَجَعَلۡنَا ٱلَّيۡلَ وَٱلنَّهَارَ ءَايَتَيۡنِۖ فَمَحَوۡنَآ ءَايَةَ ٱلَّيۡلِ وَجَعَلۡنَآ ءَايَةَ ٱلنَّهَارِ مُبۡصِرَةٗ لِّتَبۡتَغُواْ فَضۡلٗا مِّن رَّبِّكُمۡ وَلِتَعۡلَمُواْ عَدَدَ ٱلسِّنِينَ وَٱلۡحِسَابَۚ وَكُلَّ شَيۡءٖ فَصَّلۡنَٰهُ تَفۡصِيلٗا ﴿12﴾

Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf di­lə­yə­siniz, il­lə­rin sayını və he­sabı biləsiniz deyə ge­cə­nin əla­mətini si­lib gündüzün işıqlı əla­mətini gətirdik. Biz hər şeyi təf­silatı ilə izah et­dik.

17:13

وَكُلَّ إِنسَٰنٍ أَلۡزَمۡنَٰهُ طَـٰٓئِرَهُۥ فِي عُنُقِهِۦۖ وَنُخۡرِجُ لَهُۥ يَوۡمَ ٱلۡقِيَٰمَةِ كِتَٰبٗا يَلۡقَىٰهُ مَنشُورًا ﴿13﴾

Biz hər bir insanın əmə­lini öz boy­nundan asdıq. Qi­ya­mət gü­­nü isə açıq vəziy­yət­də qarşısına qoyulan kita­bı ona gös­tə­rə­cə­yik.

17:14

ٱقۡرَأۡ كِتَٰبَكَ كَفَىٰ بِنَفۡسِكَ ٱلۡيَوۡمَ عَلَيۡكَ حَسِيبٗا ﴿14﴾

Kitabını oxu! Bu gün sə­nə özün-özünü hesaba çək­mə­yin ye­tər.

17:15

مَّنِ ٱهۡتَدَىٰ فَإِنَّمَا يَهۡتَدِي لِنَفۡسِهِۦۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيۡهَاۚ وَلَا تَزِرُ وَازِرَةٞ وِزۡرَ أُخۡرَىٰۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبۡعَثَ رَسُولٗا ﴿15﴾

Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim az­ğın­lı­ğa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir gü­nah­kar baş­qa­sının günahını da­şı­maz. Biz elçi gön­dər­məmiş heç kəsə əzab ver­mərik.

17:16

وَإِذَآ أَرَدۡنَآ أَن نُّهۡلِكَ قَرۡيَةً أَمَرۡنَا مُتۡرَفِيهَا فَفَسَقُواْ فِيهَا فَحَقَّ عَلَيۡهَا ٱلۡقَوۡلُ فَدَمَّرۡنَٰهَا تَدۡمِيرٗا ﴿16﴾

Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-ca­lal için­də yaşayan sakinlərinə Alla­ha itaət etməyi əmr edərik. On­lar isə ora­da günah işlər gö­rər­lər. Be­ləcə, o məmləkə­tin ba­rə­sindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik.

17:17

وَكَمۡ أَهۡلَكۡنَا مِنَ ٱلۡقُرُونِ مِنۢ بَعۡدِ نُوحٖۗ وَكَفَىٰ بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِۦ خَبِيرَۢا بَصِيرٗا ﴿17﴾

Biz Nuhdan sonra neçə-neçə nə­sli məhv etdik. Rəb­bi­nin, qullarının günahlarını bil­məsi və görməsi kifa­yət­dir.