quranm◉

Səhifə 287

Range
from 17:50 to 17:58
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

17:50

قُلۡ كُونُواْ حِجَارَةً أَوۡ حَدِيدًا ﴿50﴾

De: “İstər daş olun, istər dəmir,

17:51

أَوۡ خَلۡقٗا مِّمَّا يَكۡبُرُ فِي صُدُورِكُمۡۚ فَسَيَقُولُونَ مَن يُعِيدُنَاۖ قُلِ ٱلَّذِي فَطَرَكُمۡ أَوَّلَ مَرَّةٖۚ فَسَيُنۡغِضُونَ إِلَيۡكَ رُءُوسَهُمۡ وَيَقُولُونَ مَتَىٰ هُوَۖ قُلۡ عَسَىٰٓ أَن يَكُونَ قَرِيبٗا ﴿51﴾

və ya sizə nəhəng görü­nən bir məxluq olun, yenə də Allah si­zi di­riltmə­yə qadirdir”. On­lar deyəcəklər: “Bizi hə­yata kim qay­ta­ra­caq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə baş­la­rını yır­ğa­la­yıb: “Bəs bu nə vaxt ola­caq­?”– deyə­cək­lər. De: “Bəlkə də, ya­xın za­man­da oldu!”

17:52

يَوۡمَ يَدۡعُوكُمۡ فَتَسۡتَجِيبُونَ بِحَمۡدِهِۦ وَتَظُنُّونَ إِن لَّبِثۡتُمۡ إِلَّا قَلِيلٗا ﴿52﴾

O gün Allah sizi çağıra­caq. Siz də Ona həmd edərək çağırı­şı­na cavab ve­rəcək və dün­yada çox az qaldığınızı gü­man edəcək­si­niz.

17:53

وَقُل لِّعِبَادِي يَقُولُواْ ٱلَّتِي هِيَ أَحۡسَنُۚ إِنَّ ٱلشَّيۡطَٰنَ يَنزَغُ بَيۡنَهُمۡۚ إِنَّ ٱلشَّيۡطَٰنَ كَانَ لِلۡإِنسَٰنِ عَدُوّٗا مُّبِينٗا ﴿53﴾

Qullarıma de ki, ən gö­zəl sözləri danışsınlar. Çünki şeytan onların ara­sı­na ədavət sala bilər. Həqiqətən, şeytan in­sanın açıq-ay­dın düşmənidir.

17:54

رَّبُّكُمۡ أَعۡلَمُ بِكُمۡۖ إِن يَشَأۡ يَرۡحَمۡكُمۡ أَوۡ إِن يَشَأۡ يُعَذِّبۡكُمۡۚ وَمَآ أَرۡسَلۡنَٰكَ عَلَيۡهِمۡ وَكِيلٗا ﴿54﴾

Rəbbiniz sizi çox yaxşı ta­nıyır. İstəsə, sizə rəhm edər, is­təsə, sizə əzab ve­rər. Biz səni on­lara qoruyan gön­dər­mə­mi­şik.

17:55

وَرَبُّكَ أَعۡلَمُ بِمَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَلَقَدۡ فَضَّلۡنَا بَعۡضَ ٱلنَّبِيِّـۧنَ عَلَىٰ بَعۡضٖۖ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا ﴿55﴾

Rəbbiniz göylərdə və yer­də olan­ları çox yaxşı tanı­yır. Biz pey­ğəm­bər­lə­rin bəzi­sini di­gərlə­rindən üstün etdik və Da­vuda Zə­bur verdik.

17:56

قُلِ ٱدۡعُواْ ٱلَّذِينَ زَعَمۡتُم مِّن دُونِهِۦ فَلَا يَمۡلِكُونَ كَشۡفَ ٱلضُّرِّ عَنكُمۡ وَلَا تَحۡوِيلًا ﴿56﴾

De: “Allahdan başqa mə­bud say­dıq­larınızı çağırın. On­lar bə­lanı sizdən nə uzaq­laş­dır­mağa, nə də onu başqasına yö­nəlt­məyə qa­dir deyillər”.

17:57

أُوْلَـٰٓئِكَ ٱلَّذِينَ يَدۡعُونَ يَبۡتَغُونَ إِلَىٰ رَبِّهِمُ ٱلۡوَسِيلَةَ أَيُّهُمۡ أَقۡرَبُ وَيَرۡجُونَ رَحۡمَتَهُۥ وَيَخَافُونَ عَذَابَهُۥٓۚ إِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحۡذُورٗا ﴿57﴾

Onların yalvardıqları mə­budların öz­ləri də Rəbbinə – hansı daha yaxın ola­caq deyə vəsilə ax­tarırlar, Onun rəh­mə­tini umurlar, əzabından qor­xur­lar. Həqiqətən, Rəbbinin əza­bın­dan qo­run­maq gə­rəkdir.

17:58

وَإِن مِّن قَرۡيَةٍ إِلَّا نَحۡنُ مُهۡلِكُوهَا قَبۡلَ يَوۡمِ ٱلۡقِيَٰمَةِ أَوۡ مُعَذِّبُوهَا عَذَابٗا شَدِيدٗاۚ كَانَ ذَٰلِكَ فِي ٱلۡكِتَٰبِ مَسۡطُورٗا ﴿58﴾

Elə bir məmləkət yox­dur ki, Qi­yamət günündən əv­vəl Biz onu məhv etməyək və ya onu şiddətli əzaba düçar et­mə­yək. Bu, Ki­tabda yazıl­mışdır.