quranm◉

Səhifə 286

Range
from 17:39 to 17:49
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

17:39

ذَٰلِكَ مِمَّآ أَوۡحَىٰٓ إِلَيۡكَ رَبُّكَ مِنَ ٱلۡحِكۡمَةِۗ وَلَا تَجۡعَلۡ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ فَتُلۡقَىٰ فِي جَهَنَّمَ مَلُومٗا مَّدۡحُورًا ﴿39﴾

Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allah­la ya­naşı başqa mə­buda iba­dət et­mə, yoxsa qınanmış və qo­­vul­muş hal­da Cəhənnəmə atı­lar­san.

17:40

أَفَأَصۡفَىٰكُمۡ رَبُّكُم بِٱلۡبَنِينَ وَٱتَّخَذَ مِنَ ٱلۡمَلَـٰٓئِكَةِ إِنَٰثًاۚ إِنَّكُمۡ لَتَقُولُونَ قَوۡلًا عَظِيمٗا ﴿40﴾

Doğrudanmı Rəbbiniz oğ­lanları sizin üçün seçib, Özünə isə mə­lək­lər­dən qızlar götü­rüb?! Siz, həqiqətən də, olduqca ya­ramaz söz danışır­sınız.

17:41

وَلَقَدۡ صَرَّفۡنَا فِي هَٰذَا ٱلۡقُرۡءَانِ لِيَذَّكَّرُواْ وَمَا يَزِيدُهُمۡ إِلَّا نُفُورٗا ﴿41﴾

Biz bu Quranda dinin eh­kamlarını izah etdik ki, onlar dü­şü­nüb ibrət al­sın­lar. Lakin bu, on­ların yalnız nifrətini ar­tırır.

17:42

قُل لَّوۡ كَانَ مَعَهُۥٓ ءَالِهَةٞ كَمَا يَقُولُونَ إِذٗا لَّٱبۡتَغَوۡاْ إِلَىٰ ذِي ٱلۡعَرۡشِ سَبِيلٗا ﴿42﴾

De: “Əgər müşriklərin söy­lədikləri kimi Allahla ya­na­şı baş­qa məbudlar ol­saydı, onlar Ərş Sahibinin yanına çat­maq üçün yol ax­ta­rardılar”.

17:43

سُبۡحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يَقُولُونَ عُلُوّٗا كَبِيرٗا ﴿43﴾

Allah müşriklərin söylə­dik­lərin­dən çox uzaq və çox ucadır.

17:44

تُسَبِّحُ لَهُ ٱلسَّمَٰوَٰتُ ٱلسَّبۡعُ وَٱلۡأَرۡضُ وَمَن فِيهِنَّۚ وَإِن مِّن شَيۡءٍ إِلَّا يُسَبِّحُ بِحَمۡدِهِۦ وَلَٰكِن لَّا تَفۡقَهُونَ تَسۡبِيحَهُمۡۚ إِنَّهُۥ كَانَ حَلِيمًا غَفُورٗا ﴿44﴾

Yeddi göy, yer və on­lar­da olan­lar Ona təriflər deyir. Elə bir şey yox­dur ki, həmd ilə Ona tərif deməsin, la­kin siz on­ların tə­ri­fi­ni anlamazsınız. Hə­qiqətən, O, Hə­lim­dir, Bağış­la­yandır.

17:45

وَإِذَا قَرَأۡتَ ٱلۡقُرۡءَانَ جَعَلۡنَا بَيۡنَكَ وَبَيۡنَ ٱلَّذِينَ لَا يُؤۡمِنُونَ بِٱلۡأٓخِرَةِ حِجَابٗا مَّسۡتُورٗا ﴿45﴾

Sən Quran oxuduğun za­man sə­ninlə Axirətə inanma­yan­la­rın arasına gözə­görün­məz pərdə çəkərik.

17:46

وَجَعَلۡنَا عَلَىٰ قُلُوبِهِمۡ أَكِنَّةً أَن يَفۡقَهُوهُ وَفِيٓ ءَاذَانِهِمۡ وَقۡرٗاۚ وَإِذَا ذَكَرۡتَ رَبَّكَ فِي ٱلۡقُرۡءَانِ وَحۡدَهُۥ وَلَّوۡاْ عَلَىٰٓ أَدۡبَٰرِهِمۡ نُفُورٗا ﴿46﴾

Quranı anlamasın­lar de­yə, Biz on­ların qəlblərinə örtük­lər çək­dik, qulaq­ları­na da tıxac vurduq. Sən Quranda Rəb­bi­nin Tək Allah ol­duğunu yada sal­dı­ğın zaman on­lar bu dəvətə nifrət edərək ar­xa­la­­rını çevirib gedərlər.

17:47

نَّحۡنُ أَعۡلَمُ بِمَا يَسۡتَمِعُونَ بِهِۦٓ إِذۡ يَسۡتَمِعُونَ إِلَيۡكَ وَإِذۡ هُمۡ نَجۡوَىٰٓ إِذۡ يَقُولُ ٱلظَّـٰلِمُونَ إِن تَتَّبِعُونَ إِلَّا رَجُلٗا مَّسۡحُورًا ﴿47﴾

Onlar səni dinlədikləri za­man nəyə qulaq asdıqlarını və öz aralarında xəlvətcə söh­bət edər­kən o zalımların: “Siz ancaq sehr­lən­miş bir adama uyur­sunuz”– dediklərini Biz çox yaxşı bi­li­rik.

17:48

ٱنظُرۡ كَيۡفَ ضَرَبُواْ لَكَ ٱلۡأَمۡثَالَ فَضَلُّواْ فَلَا يَسۡتَطِيعُونَ سَبِيلٗا ﴿48﴾

Gör sənin üçün necə pis məsəllər çəkdilər. Onlar azdı­lar və ar­tıq doğru yolu tapa bil­mə­yəcəklər.

17:49

وَقَالُوٓاْ أَءِذَا كُنَّا عِظَٰمٗا وَرُفَٰتًا أَءِنَّا لَمَبۡعُوثُونَ خَلۡقٗا جَدِيدٗا ﴿49﴾

Onlar deyirlər: “Biz sür-sümük və toz halına düşdüyü­müz za­man yeni bir məxluq kimi diril­diləcəyikmi?”