quranm◉

Səhifə 289

Range
from 17:67 to 17:75
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

17:67

وَإِذَا مَسَّكُمُ ٱلضُّرُّ فِي ٱلۡبَحۡرِ ضَلَّ مَن تَدۡعُونَ إِلَّآ إِيَّاهُۖ فَلَمَّا نَجَّىٰكُمۡ إِلَى ٱلۡبَرِّ أَعۡرَضۡتُمۡۚ وَكَانَ ٱلۡإِنسَٰنُ كَفُورًا ﴿67﴾

Sizə dənizdə bir fəlakət üz ver­di­yi zaman Ondan baş­qa ta­pın­dıq­larınız sizdən uzaq­la­şar. O sizi xilas edib qu­ru­ya çıxartdıqda isə üz döndərir­si­niz. Hə­qiqətən, insan nankor­dur!

17:68

أَفَأَمِنتُمۡ أَن يَخۡسِفَ بِكُمۡ جَانِبَ ٱلۡبَرِّ أَوۡ يُرۡسِلَ عَلَيۡكُمۡ حَاصِبٗا ثُمَّ لَا تَجِدُواْ لَكُمۡ وَكِيلًا ﴿68﴾

Allahın sizi quruda yerə batır­ma­yacağına, yaxud üstü­nü­zə daş-kəsəkli tufan gön­dər­məyə­cə­yinə əminsinizmi? Son­ra sizi qo­ru­yan da tapa bilməz­siniz.

17:69

أَمۡ أَمِنتُمۡ أَن يُعِيدَكُمۡ فِيهِ تَارَةً أُخۡرَىٰ فَيُرۡسِلَ عَلَيۡكُمۡ قَاصِفٗا مِّنَ ٱلرِّيحِ فَيُغۡرِقَكُم بِمَا كَفَرۡتُمۡ ثُمَّ لَا تَجِدُواْ لَكُمۡ عَلَيۡنَا بِهِۦ تَبِيعٗا ﴿69﴾

Yoxsa sizi bir daha də­ni­zə qay­ta­rıb üstünüzə qasırğa gön­dər­məyə­cə­yinə və kafir ol­duğunuza görə dənizdə sizi ba­tır­ma­ya­ca­ğı­na əminsiniz? Son­ra buna görə Biz­dən inti­qam alan bir nə­fər be­lə tapa bil­məz­siniz.

17:70

وَلَقَدۡ كَرَّمۡنَا بَنِيٓ ءَادَمَ وَحَمَلۡنَٰهُمۡ فِي ٱلۡبَرِّ وَٱلۡبَحۡرِ وَرَزَقۡنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ وَفَضَّلۡنَٰهُمۡ عَلَىٰ كَثِيرٖ مِّمَّنۡ خَلَقۡنَا تَفۡضِيلٗا ﴿70﴾

Biz Adəm oğullarını hör­mətli etdik, onları quruda və də­niz­də minik üstündə da­şıdıq, on­lara pak ruzilər ver­dik və onları ya­rat­dıq­larımızın ço­xun­dan xeyli üstün elədik.

17:71

يَوۡمَ نَدۡعُواْ كُلَّ أُنَاسِۭ بِإِمَٰمِهِمۡۖ فَمَنۡ أُوتِيَ كِتَٰبَهُۥ بِيَمِينِهِۦ فَأُوْلَـٰٓئِكَ يَقۡرَءُونَ كِتَٰبَهُمۡ وَلَا يُظۡلَمُونَ فَتِيلٗا ﴿71﴾

O gün bütün insanları öz baş­çı­la­rı ilə birlikdə çağıra­cağıq. O zaman kita­bı sağ əlinə verilən kimsələr öz kitab­la­rını sevinclə oxu­yacaq və onlara xur­ma çəyirdə­yindəki lif qədər zülm edilmə­yə­cəkdir.

17:72

وَمَن كَانَ فِي هَٰذِهِۦٓ أَعۡمَىٰ فَهُوَ فِي ٱلۡأٓخِرَةِ أَعۡمَىٰ وَأَضَلُّ سَبِيلٗا ﴿72﴾

Bu dünyada kor olan kəs axi­rət­də də kor olacaq və üs­tə­lik haqq yol­dan daha çox aza­caqdır.

17:73

وَإِن كَادُواْ لَيَفۡتِنُونَكَ عَنِ ٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ لِتَفۡتَرِيَ عَلَيۡنَا غَيۡرَهُۥۖ وَإِذٗا لَّٱتَّخَذُوكَ خَلِيلٗا ﴿73﴾

Müşriklər səni, sənə vəhy etdi­yi­mizdən az qala döndərə­cək­di­lər ki, Qu­randan başqa bir şeyi Bizə aid edəsən. Belə ol­duğu hal­da onlar səni özlərinə dost tutacaqdılar.

17:74

وَلَوۡلَآ أَن ثَبَّتۡنَٰكَ لَقَدۡ كِدتَّ تَرۡكَنُ إِلَيۡهِمۡ شَيۡـٔٗا قَلِيلًا ﴿74﴾

Əgər Biz səni dinində sa­bit sax­la­masaydıq, əlbəttə, az­ca da ol­sa onlara meyl edə­cək­din.

17:75

إِذٗا لَّأَذَقۡنَٰكَ ضِعۡفَ ٱلۡحَيَوٰةِ وَضِعۡفَ ٱلۡمَمَاتِ ثُمَّ لَا تَجِدُ لَكَ عَلَيۡنَا نَصِيرٗا ﴿75﴾

Belə olacağı təqdirdə sə­nə hə­ya­tın və ölümün əza­bını ikiqat daddı­rar­dıq. Sonra Bizə qarşı özünə bir köməkçi də ta­pa bilməz­din.