quranm◉

Səhifə 290

Range
from 17:76 to 17:86
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

17:76

وَإِن كَادُواْ لَيَسۡتَفِزُّونَكَ مِنَ ٱلۡأَرۡضِ لِيُخۡرِجُوكَ مِنۡهَاۖ وَإِذٗا لَّا يَلۡبَثُونَ خِلَٰفَكَ إِلَّا قَلِيلٗا ﴿76﴾

Müşriklər az qala səni bu torpaq­dan sıxışdırıb çıxa­ra­caq­dı­lar. Lakin sə­ni qovduqdan sonra özləri də orada an­caq az bir müd­dət qala bilərdilər.

17:77

سُنَّةَ مَن قَدۡ أَرۡسَلۡنَا قَبۡلَكَ مِن رُّسُلِنَاۖ وَلَا تَجِدُ لِسُنَّتِنَا تَحۡوِيلًا ﴿77﴾

Səndən əvvəl göndərdi­yi­miz el­çi­lərə qarşı da belə dav­ran­mış­lar. Sən Bi­zim qayda-qa­nun­larımızda heç bir də­yi­şik­lik tapa bil­məzsən.

17:78

أَقِمِ ٱلصَّلَوٰةَ لِدُلُوكِ ٱلشَّمۡسِ إِلَىٰ غَسَقِ ٱلَّيۡلِ وَقُرۡءَانَ ٱلۡفَجۡرِۖ إِنَّ قُرۡءَانَ ٱلۡفَجۡرِ كَانَ مَشۡهُودٗا ﴿78﴾

Gün batmağa meyl edən­dən ge­cə­nin qaranlığına­dək bəl­li vaxt­­larda namaz qıl və sübh çağı Quran oxu (fəcr nama­zını da qıl)! Çün­ki sübh çağı oxu­nan Quranın şahidləri olur.

17:79

وَمِنَ ٱلَّيۡلِ فَتَهَجَّدۡ بِهِۦ نَافِلَةٗ لَّكَ عَسَىٰٓ أَن يَبۡعَثَكَ رَبُّكَ مَقَامٗا مَّحۡمُودٗا ﴿79﴾

Gecənin bir vaxtı oya­nıb sənə əlavə buyrulmuş təhəc­cüd na­ma­zında Qu­ran oxu. Ola bil­sin ki, buna görə Rəb­bin səni tə­ri­fə­la­yiq bir məqama yük­səlt­sin.

17:80

وَقُل رَّبِّ أَدۡخِلۡنِي مُدۡخَلَ صِدۡقٖ وَأَخۡرِجۡنِي مُخۡرَجَ صِدۡقٖ وَٱجۡعَل لِّي مِن لَّدُنكَ سُلۡطَٰنٗا نَّصِيرٗا ﴿80﴾

De: “Ey Rəbbim! Məni da­xil ola­cağım yerə yaxşılıqla daxil et; məni çı­xa­cağım yer­dən də yax­şılıqla çıxart. Öz tə­rə­fin­dən mə­nə yardım edən bir də­lil ver”.

17:81

وَقُلۡ جَآءَ ٱلۡحَقُّ وَزَهَقَ ٱلۡبَٰطِلُۚ إِنَّ ٱلۡبَٰطِلَ كَانَ زَهُوقٗا ﴿81﴾

De: “Haqq gəldi, batil puç olub getdi. Həqiqətən də, batil puç­luğa məh­kumdur!”

17:82

وَنُنَزِّلُ مِنَ ٱلۡقُرۡءَانِ مَا هُوَ شِفَآءٞ وَرَحۡمَةٞ لِّلۡمُؤۡمِنِينَ وَلَا يَزِيدُ ٱلظَّـٰلِمِينَ إِلَّا خَسَارٗا ﴿82﴾

Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayə­lər na­zil edirik. Bu ayələr za­lım­ların ancaq ziyanını artırır.

17:83

وَإِذَآ أَنۡعَمۡنَا عَلَى ٱلۡإِنسَٰنِ أَعۡرَضَ وَنَـَٔا بِجَانِبِهِۦ وَإِذَا مَسَّهُ ٱلشَّرُّ كَانَ يَـُٔوسٗا ﴿83﴾

İnsana nemət verdiyi­miz zaman anlamayaraq üz çevirib uzaq durar. Ona bir zərər to­xun­duqda isə məyus olar.

17:84

قُلۡ كُلّٞ يَعۡمَلُ عَلَىٰ شَاكِلَتِهِۦ فَرَبُّكُمۡ أَعۡلَمُ بِمَنۡ هُوَ أَهۡدَىٰ سَبِيلٗا ﴿84﴾

De: “Hər kəs öz xasiy­yə­tinə görə iş görər. Rəbbiniz isə ki­min doğru yol­da oldu­ğunu daha yaxşı bilir”.

17:85

وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلرُّوحِۖ قُلِ ٱلرُّوحُ مِنۡ أَمۡرِ رَبِّي وَمَآ أُوتِيتُم مِّنَ ٱلۡعِلۡمِ إِلَّا قَلِيلٗا ﴿85﴾

Səndən ruh haqqında so­ru­şurlar. De: “Ruh Rəbbimin əm­rin­dən­dir. Sizə yalnız az bir bilik verilmişdir”.

17:86

وَلَئِن شِئۡنَا لَنَذۡهَبَنَّ بِٱلَّذِيٓ أَوۡحَيۡنَآ إِلَيۡكَ ثُمَّ لَا تَجِدُ لَكَ بِهِۦ عَلَيۡنَا وَكِيلًا ﴿86﴾

Əgər istəsəydik, sənə vəhy etdi­yimizi qəlbindən silib aparar­dıq. Sonra bundan dola­yı Bizə qarşı özünə hi­ma­yəçi tapa bil­məz­din.