quranm◉

Səhifə 311

Range
from 19:77 to 19:95
Surahs covered
Tərcümə
19 Tərcümə

◉

19:77

أَفَرَءَيۡتَ ٱلَّذِي كَفَرَ بِـَٔايَٰتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالٗا وَوَلَدًا ﴿77﴾

Ayələrimizi inkar edib: “Mənə hök­mən var-dövlət və öv­lad ve­ri­lə­cək­!”– deyən ada­mı gördünmü?

19:78

أَطَّلَعَ ٱلۡغَيۡبَ أَمِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا ﴿78﴾

Olmaya, o, qeybdən xə­bər­dardır, yoxsa Mərhəmətli Allah­dan vəd almış­dır?

19:79

كَلَّاۚ سَنَكۡتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُۥ مِنَ ٱلۡعَذَابِ مَدّٗا ﴿79﴾

Xeyr! Biz onun dedik­lə­rini yaza­caq və əzabını qat-qat artı­ra­ca­ğıq.

19:80

وَنَرِثُهُۥ مَا يَقُولُ وَيَأۡتِينَا فَرۡدٗا ﴿80﴾

Onun dediyi şeylər Bizə qalacaq və o, hüzurumuza tək-tən­ha gələ­cək­dir.

19:81

وَٱتَّخَذُواْ مِن دُونِ ٱللَّهِ ءَالِهَةٗ لِّيَكُونُواْ لَهُمۡ عِزّٗا ﴿81﴾

Müşriklər Allahdan baş­qa məbud­lar qəbul etdilər ki, on­lara kö­mək ol­sunlar.

19:82

كَلَّاۚ سَيَكۡفُرُونَ بِعِبَادَتِهِمۡ وَيَكُونُونَ عَلَيۡهِمۡ ضِدًّا ﴿82﴾

Xeyr! Qiyamət günü o məbudlar onla­rın ibadətini inkar edə­cək və onların əleyhinə çı­xa­caq­lar.

19:83

أَلَمۡ تَرَ أَنَّآ أَرۡسَلۡنَا ٱلشَّيَٰطِينَ عَلَى ٱلۡكَٰفِرِينَ تَؤُزُّهُمۡ أَزّٗا ﴿83﴾

Məgər kafirlərin üstünə on­ları günaha sövq edən şey­tanları gön­dər­di­yimizi gör­mür­sənmi?

19:84

فَلَا تَعۡجَلۡ عَلَيۡهِمۡۖ إِنَّمَا نَعُدُّ لَهُمۡ عَدّٗا ﴿84﴾

Odur ki, onlardan ötrü əzab dilə­məyə tələsmə. Biz on­la­rın gün­lə­rini bir-bir sayırıq.

19:85

يَوۡمَ نَحۡشُرُ ٱلۡمُتَّقِينَ إِلَى ٱلرَّحۡمَٰنِ وَفۡدٗا ﴿85﴾

O gün Biz müttəqiləri Mərhəmətli Allahın hüzuruna hör­mət­li nü­mayən­dələr kimi toplayarıq.

19:86

وَنَسُوقُ ٱلۡمُجۡرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرۡدٗا ﴿86﴾

Günahkarları isə Cəhən­nə­mə su­samış olduqları halda qo­vub apa­rarıq.

19:87

لَّا يَمۡلِكُونَ ٱلشَّفَٰعَةَ إِلَّا مَنِ ٱتَّخَذَ عِندَ ٱلرَّحۡمَٰنِ عَهۡدٗا ﴿87﴾

Mərhəmətli Allahdan əhd almış kəslər­dən başqaları şə­fa­ət et­­məyə qadir ol­mazlar.

19:88

وَقَالُواْ ٱتَّخَذَ ٱلرَّحۡمَٰنُ وَلَدٗا ﴿88﴾

Kafirlər: “Mərhəmətli Allah özü­nə öv­lad götürmüşdür!”– de­dilər.

19:89

لَّقَدۡ جِئۡتُمۡ شَيۡـًٔا إِدّٗا ﴿89﴾

Siz olduqca pis bir iş tut­dunuz.

19:90

تَكَادُ ٱلسَّمَٰوَٰتُ يَتَفَطَّرۡنَ مِنۡهُ وَتَنشَقُّ ٱلۡأَرۡضُ وَتَخِرُّ ٱلۡجِبَالُ هَدًّا ﴿90﴾

Bundan az qaldı göylər par­ça­lan­sın, yer yarılsın və dağ­lar ye­rin­dən qo­pub uçsun –

19:91

أَن دَعَوۡاْ لِلرَّحۡمَٰنِ وَلَدٗا ﴿91﴾

Mərhəmətli Allaha övlad isnad etdik­lə­rinə görə.

19:92

وَمَا يَنۢبَغِي لِلرَّحۡمَٰنِ أَن يَتَّخِذَ وَلَدًا ﴿92﴾

Mərhəmətli Allaha özü­nə övlad götür­mək yaraşmaz.

19:93

إِن كُلُّ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ إِلَّآ ءَاتِي ٱلرَّحۡمَٰنِ عَبۡدٗا ﴿93﴾

Göylərdə və yerdə olan­la­rın ha­mısı Mərhəmətli Alla­hın hü­zu­runa an­caq bir qul ki­mi gə­ləcək.

19:94

لَّقَدۡ أَحۡصَىٰهُمۡ وَعَدَّهُمۡ عَدّٗا ﴿94﴾

Allah onları hesablamış və bir-bir saymış­dır.

19:95

وَكُلُّهُمۡ ءَاتِيهِ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فَرۡدًا ﴿95﴾

Onların hər biri Qiya­mət günü Onun hüzuruna tək-tənha gə­lə­cək.