quranm◉

Səhifə 310

Range
from 19:65 to 19:76
Surahs covered
Tərcümə
12 Tərcümə

◉

19:65

رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَا فَٱعۡبُدۡهُ وَٱصۡطَبِرۡ لِعِبَٰدَتِهِۦۚ هَلۡ تَعۡلَمُ لَهُۥ سَمِيّٗا ﴿65﴾

O, göylərin, yerin və on­la­rın ara­sında olanların Rəbbi­dir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona ox­şarını tanıyır­san­mı?!

19:66

وَيَقُولُ ٱلۡإِنسَٰنُ أَءِذَا مَا مِتُّ لَسَوۡفَ أُخۡرَجُ حَيًّا ﴿66﴾

İnsan soruşar: “Doğru­dan­mı mən öldükdən sonra qə­­birdən diri çıxar­dıla­cağam?”

19:67

أَوَلَا يَذۡكُرُ ٱلۡإِنسَٰنُ أَنَّا خَلَقۡنَٰهُ مِن قَبۡلُ وَلَمۡ يَكُ شَيۡـٔٗا ﴿67﴾

Məgər insan ilk əvvəl onu heç bir şey deyilkən ya­rat­dı­ğı­mı­zı xatırlamır­mı?

19:68

فَوَرَبِّكَ لَنَحۡشُرَنَّهُمۡ وَٱلشَّيَٰطِينَ ثُمَّ لَنُحۡضِرَنَّهُمۡ حَوۡلَ جَهَنَّمَ جِثِيّٗا ﴿68﴾

Rəbbinə and olsun ki, Biz onları şeytanlarla birlikdə bir ye­rə topla­ya­caq, sonra da on­la­rı diz üstə çökmüş halda Cə­hən­nəmin ət­rafına yerləşdi­rə­cə­yik.

19:69

ثُمَّ لَنَنزِعَنَّ مِن كُلِّ شِيعَةٍ أَيُّهُمۡ أَشَدُّ عَلَى ٱلرَّحۡمَٰنِ عِتِيّٗا ﴿69﴾

Sonra hər firqədən Mər­həmətli Allaha ən çox asi olanı çı­xar­da­­cağıq.

19:70

ثُمَّ لَنَحۡنُ أَعۡلَمُ بِٱلَّذِينَ هُمۡ أَوۡلَىٰ بِهَا صِلِيّٗا ﴿70﴾

Orada yanmağa daha çox layiq olanları, əlbəttə ki, Biz yaxşı tanıyırıq.

19:71

وَإِن مِّنكُمۡ إِلَّا وَارِدُهَاۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتۡمٗا مَّقۡضِيّٗا ﴿71﴾

İçinizdən hər kəs oraya va­rid ola­caqdır. Bu, Rəbbinin əzəl­dən müəyyən et­diyi qəti bir qərardır.

19:72

ثُمَّ نُنَجِّي ٱلَّذِينَ ٱتَّقَواْ وَّنَذَرُ ٱلظَّـٰلِمِينَ فِيهَا جِثِيّٗا ﴿72﴾

Sonra Biz müttəqiləri od­dan xilas edəcək, zalımları isə orada diz üstə çök­müş halda tərk edəcəyik.

19:73

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ قَالَ ٱلَّذِينَ كَفَرُواْ لِلَّذِينَ ءَامَنُوٓاْ أَيُّ ٱلۡفَرِيقَيۡنِ خَيۡرٞ مَّقَامٗا وَأَحۡسَنُ نَدِيّٗا ﴿73﴾

Onlara açıq-aydın ayə­ləri­miz oxun­­duğu zaman kafir­lər mö­min­lərə de­yərlər: “Bu iki firqədən hansının məqa­mı da­ha yaxşı, məc­lisi daha gö­zəl­dir?”

19:74

وَكَمۡ أَهۡلَكۡنَا قَبۡلَهُم مِّن قَرۡنٍ هُمۡ أَحۡسَنُ أَثَٰثٗا وَرِءۡيٗا ﴿74﴾

Biz onlardan əvvəl var-dövlət və zahiri görünüşcə on­lar­dan daha üstün olan neçə-neçə nəsilləri məhv etdik.

19:75

قُلۡ مَن كَانَ فِي ٱلضَّلَٰلَةِ فَلۡيَمۡدُدۡ لَهُ ٱلرَّحۡمَٰنُ مَدًّاۚ حَتَّىٰٓ إِذَا رَأَوۡاْ مَا يُوعَدُونَ إِمَّا ٱلۡعَذَابَ وَإِمَّا ٱلسَّاعَةَ فَسَيَعۡلَمُونَ مَنۡ هُوَ شَرّٞ مَّكَانٗا وَأَضۡعَفُ جُندٗا ﴿75﴾

De: “Qoy Mərhəmətli Allah az­ğın­lıqda olan hər kəsə uzun müd­dət möhlət ver­sin! Nəha­yət, özlərinə vəd olunan ya əza­bı, ya da o Saatı gör­dük­ləri zaman onlar kimin mə­qa­mının daha pis, ki­min ordu­su­nun daha zəif olduğunu bi­lə­cəklər”.

19:76

وَيَزِيدُ ٱللَّهُ ٱلَّذِينَ ٱهۡتَدَوۡاْ هُدٗىۗ وَٱلۡبَٰقِيَٰتُ ٱلصَّـٰلِحَٰتُ خَيۡرٌ عِندَ رَبِّكَ ثَوَابٗا وَخَيۡرٞ مَّرَدًّا ﴿76﴾

Allah doğru yolda olan­ların doğ­ru­luğunu artırar. Əbə­di qa­lan yaxşı əməl­lər isə Rəb­bi­nin ya­nında savab ba­xı­mın­dan daha xe­yirli, aqibətcə da­ha yax­şıdır.