quranm◉

Səhifə 32

Range
from 2:203 to 2:210
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

2:203

وَٱذۡكُرُواْ ٱللَّهَ فِيٓ أَيَّامٖ مَّعۡدُودَٰتٖۚ فَمَن تَعَجَّلَ فِي يَوۡمَيۡنِ فَلَآ إِثۡمَ عَلَيۡهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثۡمَ عَلَيۡهِۖ لِمَنِ ٱتَّقَىٰۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ إِلَيۡهِ تُحۡشَرُونَ ﴿203﴾

Sayı müəyyən olan gün­lərdə Allahı yad edin. Kim iki gün ərzində ayinləri yerinə yetirib Minadan tez çıxarsa, ona heç bir gü­nah ol­maz. Kim yu­ba­nar­sa, ona da heç bir günah olmaz. Bu, Allah­­dan qor­xanlara aid­dir. Allah­dan qor­xun və bilin ki, Onun hü­zuru­na toplanacaq­sı­nız.

2:204

وَمِنَ ٱلنَّاسِ مَن يُعۡجِبُكَ قَوۡلُهُۥ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا وَيُشۡهِدُ ٱللَّهَ عَلَىٰ مَا فِي قَلۡبِهِۦ وَهُوَ أَلَدُّ ٱلۡخِصَامِ ﴿204﴾

İnsanlardan eləsi də var ki, onun bu dünya həyatında da­nış­dı­ğı sözlər səni heyran edər. O, qəlbində olana Allahı şahid gös­­tə­rər. Halbuki, o, ən qatı mübahi­səçi­dir.

2:205

وَإِذَا تَوَلَّىٰ سَعَىٰ فِي ٱلۡأَرۡضِ لِيُفۡسِدَ فِيهَا وَيُهۡلِكَ ٱلۡحَرۡثَ وَٱلنَّسۡلَۚ وَٱللَّهُ لَا يُحِبُّ ٱلۡفَسَادَ ﴿205﴾

O, dönüb getdikdə, yer üzün­də fitnə-fəsad törətməyə, əkinlə­ri və nəsil­ləri məhv et­mə­yə çalışar. Allah isə fit­nə-fə­sadı sevmir.

2:206

وَإِذَا قِيلَ لَهُ ٱتَّقِ ٱللَّهَ أَخَذَتۡهُ ٱلۡعِزَّةُ بِٱلۡإِثۡمِۚ فَحَسۡبُهُۥ جَهَنَّمُۖ وَلَبِئۡسَ ٱلۡمِهَادُ ﴿206﴾

Ona: “Allahdan qorx!”– de­yil­dikdə, lovğalıq onu gü­naha sürükləyər. Ona Cəhən­nəm kifayət edər. Ora nə pis ya­taq­dır!

2:207

وَمِنَ ٱلنَّاسِ مَن يَشۡرِي نَفۡسَهُ ٱبۡتِغَآءَ مَرۡضَاتِ ٱللَّهِۚ وَٱللَّهُ رَءُوفُۢ بِٱلۡعِبَادِ ﴿207﴾

İnsanlardan eləsi də var ki, Alla­hın razılığını qazanmaq üçün canını da ve­rər. Allah Öz qulla­rına qarşı çox şəfqətli­dir.

2:208

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ ٱدۡخُلُواْ فِي ٱلسِّلۡمِ كَآفَّةٗ وَلَا تَتَّبِعُواْ خُطُوَٰتِ ٱلشَّيۡطَٰنِۚ إِنَّهُۥ لَكُمۡ عَدُوّٞ مُّبِينٞ ﴿208﴾

Ey iman gətirənlər! İs­la­mı bü­tövlüklə qə­bul edin və şey­ta­nın addım izləri ilə getmə­yin. Şübhə­siz ki, o sizə açıq-aydın düş­mən­dir.

2:209

فَإِن زَلَلۡتُم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡكُمُ ٱلۡبَيِّنَٰتُ فَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ﴿209﴾

Sizə açıq-aydın dəlillər gəl­dik­dən sonra haqq yoldan çıxsa­nız, bilin ki, Allah qüd­rət­lidir, hikmət sahibidir.

2:210

هَلۡ يَنظُرُونَ إِلَّآ أَن يَأۡتِيَهُمُ ٱللَّهُ فِي ظُلَلٖ مِّنَ ٱلۡغَمَامِ وَٱلۡمَلَـٰٓئِكَةُ وَقُضِيَ ٱلۡأَمۡرُۚ وَإِلَى ٱللَّهِ تُرۡجَعُ ٱلۡأُمُورُ ﴿210﴾

Yoxsa onlar Allahın bulud köl­gələri içində, üstəlik, mələk­lərin də gəlməsini və işin bitmiş olmasını göz­lə­yir­lər?! Bü­tün işlər Alla­ha qaytarılacaqdır.