quranm◉

Səhifə 325

Range
from 21:36 to 21:44
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

21:36

وَإِذَا رَءَاكَ ٱلَّذِينَ كَفَرُوٓاْ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي يَذۡكُرُ ءَالِهَتَكُمۡ وَهُم بِذِكۡرِ ٱلرَّحۡمَٰنِ هُمۡ كَٰفِرُونَ ﴿36﴾

Kafirlər səni gördükləri zaman sənə ancaq istehza edə­rək bir-birinə: “Si­zin tanrıları­nıza tənə vuran budur­mu?”– deyirlər. Məhz onlar Mər­hə­mət­li Allahın öyüd-nəsihətini in­kar edirlər.

21:37

خُلِقَ ٱلۡإِنسَٰنُ مِنۡ عَجَلٖۚ سَأُوْرِيكُمۡ ءَايَٰتِي فَلَا تَسۡتَعۡجِلُونِ ﴿37﴾

İnsan tələskən yara­dıl­mış­dır. Mən dəlillərimi sizə gös­tə­rə­cə­­yəm. Məni tə­ləsdirməyin.

21:38

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلۡوَعۡدُ إِن كُنتُمۡ صَٰدِقِينَ ﴿38﴾

Onlar: “Əgər doğru de­yir­sinizsə, bu vəd nə vaxt ola­caq?”– de­yirlər.

21:39

لَوۡ يَعۡلَمُ ٱلَّذِينَ كَفَرُواْ حِينَ لَا يَكُفُّونَ عَن وُجُوهِهِمُ ٱلنَّارَ وَلَا عَن ظُهُورِهِمۡ وَلَا هُمۡ يُنصَرُونَ ﴿39﴾

Kaş ki, kafirlər üzlərin­dən və kü­rəklərindən onları sa­racaq alovdan qa­ça bilməyə­cəkləri və onlara heç bir kö­məyin edil­mə­yə­cə­yi vaxtın gə­ləcəyini biləydilər!

21:40

بَلۡ تَأۡتِيهِم بَغۡتَةٗ فَتَبۡهَتُهُمۡ فَلَا يَسۡتَطِيعُونَ رَدَّهَا وَلَا هُمۡ يُنظَرُونَ ﴿40﴾

Yox, Qiyamət onlara göz­ləmədikləri bir halda gələ­cək və on­la­rı hey­rətə sa­lacaq­dır. On­lar onun qarşısını ala bil­mə­yə­cəklər və on­lara heç aman da ve­rilməyəcəkdir.

21:41

وَلَقَدِ ٱسۡتُهۡزِئَ بِرُسُلٖ مِّن قَبۡلِكَ فَحَاقَ بِٱلَّذِينَ سَخِرُواْ مِنۡهُم مَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ ﴿41﴾

Allahın səndən əvvəlki elçiləri də məsxərəyə qoyul­muşdu. On­lara riş­xənd edən­ləri həmin o istehza etdikləri şey məhv etdi.

21:42

قُلۡ مَن يَكۡلَؤُكُم بِٱلَّيۡلِ وَٱلنَّهَارِ مِنَ ٱلرَّحۡمَٰنِۚ بَلۡ هُمۡ عَن ذِكۡرِ رَبِّهِم مُّعۡرِضُونَ ﴿42﴾

De: “Gecə də, gün­düz də sizi Mərhəmətli Allahdan mü­dafiə et­məyə qadir olan kim­dir?” La­kin onlar öz Rəbbinin nəsi­hət­lə­rin­dən üz döndər­di­lər.

21:43

أَمۡ لَهُمۡ ءَالِهَةٞ تَمۡنَعُهُم مِّن دُونِنَاۚ لَا يَسۡتَطِيعُونَ نَصۡرَ أَنفُسِهِمۡ وَلَا هُم مِّنَّا يُصۡحَبُونَ ﴿43﴾

Yoxsa onları Bizdən qo­ruya bilə­cək məbudlarımı var­? On­lar heç öz­lə­rinə kömək et­məyə qadir deyillər. Biz­­dən də mü­da­fiə oluna bilməzlər.

21:44

بَلۡ مَتَّعۡنَا هَـٰٓؤُلَآءِ وَءَابَآءَهُمۡ حَتَّىٰ طَالَ عَلَيۡهِمُ ٱلۡعُمُرُۗ أَفَلَا يَرَوۡنَ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَآۚ أَفَهُمُ ٱلۡغَٰلِبُونَ ﴿44﴾

Bəli, Biz onlara və ata­la­rına ömür­ləri boyunca xoş gü­zə­ran ver­dik. Mə­gər on­lar Bi­zim gəlib müşriklərə aid əra­zini hər tərəfdən əs­kiltdiyimizi gör­mürlərmi? Doğru­dan­mı onlar qalib gə­lə­cəklər?!