quranm◉

Səhifə 326

Range
from 21:45 to 21:57
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

21:45

قُلۡ إِنَّمَآ أُنذِرُكُم بِٱلۡوَحۡيِۚ وَلَا يَسۡمَعُ ٱلصُّمُّ ٱلدُّعَآءَ إِذَا مَا يُنذَرُونَ ﴿45﴾

De: “Mən sizi ancaq vəhy ilə qa­baq­cadan xəbərdar edi­rəm”. Kar­lar xəbər­dar edil­sə­lər də, çağırışı eşitməzlər.

21:46

وَلَئِن مَّسَّتۡهُمۡ نَفۡحَةٞ مِّنۡ عَذَابِ رَبِّكَ لَيَقُولُنَّ يَٰوَيۡلَنَآ إِنَّا كُنَّا ظَٰلِمِينَ ﴿46﴾

Əgər onlara Rəbbinin əza­bından bir yel belə toxunsa, on­lar müt­ləq: “Vay halımıza! Biz, həqiqətən də, zalım ol­mu­şuq”– de­yər­lər.

21:47

وَنَضَعُ ٱلۡمَوَٰزِينَ ٱلۡقِسۡطَ لِيَوۡمِ ٱلۡقِيَٰمَةِ فَلَا تُظۡلَمُ نَفۡسٞ شَيۡـٔٗاۖ وَإِن كَانَ مِثۡقَالَ حَبَّةٖ مِّنۡ خَرۡدَلٍ أَتَيۡنَا بِهَاۗ وَكَفَىٰ بِنَا حَٰسِبِينَ ﴿47﴾

Biz Qiyamət günü ədalət tərəzi­lə­ri ilə haqq-hesab çəkəcə­yik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edil­mə­yə­cək­dir. Gö­rül­müş iş bir xardal də­nəsi mis­lində olsa belə, onu gətirib tərəziyə qo­ya­­cağıq. Biz haqqı araşdırmağa bəs edərik.

21:48

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَىٰ وَهَٰرُونَ ٱلۡفُرۡقَانَ وَضِيَآءٗ وَذِكۡرٗا لِّلۡمُتَّقِينَ ﴿48﴾

Biz Furqanı müttəqilər­dən ötrü bir nur və öyüd-nəsi­hət ki­mi Musaya və Haruna ver­mişdik.

21:49

ٱلَّذِينَ يَخۡشَوۡنَ رَبَّهُم بِٱلۡغَيۡبِ وَهُم مِّنَ ٱلسَّاعَةِ مُشۡفِقُونَ ﴿49﴾

O müttəqilər ki, öz Rəb­bindən Onu görmədikləri hal­da qor­xur və gələ­cək o Saatdan lərzəyə gəlirlər.

21:50

وَهَٰذَا ذِكۡرٞ مُّبَارَكٌ أَنزَلۡنَٰهُۚ أَفَأَنتُمۡ لَهُۥ مُنكِرُونَ ﴿50﴾

Bu, nazil etdiyimiz mü­barək bir Zikrdir. Siz onu in­karmı edir­si­niz?

21:51

وَلَقَدۡ ءَاتَيۡنَآ إِبۡرَٰهِيمَ رُشۡدَهُۥ مِن قَبۡلُ وَكُنَّا بِهِۦ عَٰلِمِينَ ﴿51﴾

Biz daha öncə İbrahimə də özünə layiq doğru bir yol bəxş et­mişdik. Biz onu tanıyır­dıq.

21:52

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا هَٰذِهِ ٱلتَّمَاثِيلُ ٱلَّتِيٓ أَنتُمۡ لَهَا عَٰكِفُونَ ﴿52﴾

Bir zaman o öz atasına və tayfa­sına: “Bu nə heykəllər­dir ki, siz onlara sitayiş edir­siniz?”– demişdi.

21:53

قَالُواْ وَجَدۡنَآ ءَابَآءَنَا لَهَا عَٰبِدِينَ ﴿53﴾

Onlar: “Biz atalarımızı on­lara iba­dət edən görmü­şük!”– de­di­lər.

21:54

قَالَ لَقَدۡ كُنتُمۡ أَنتُمۡ وَءَابَآؤُكُمۡ فِي ضَلَٰلٖ مُّبِينٖ ﴿54﴾

İbrahim dedi: “Doğ­ru­su, siz də, atalarınız da, açıq-aydın bir azğın­lıq için­də­siniz”.

21:55

قَالُوٓاْ أَجِئۡتَنَا بِٱلۡحَقِّ أَمۡ أَنتَ مِنَ ٱللَّـٰعِبِينَ ﴿55﴾

Onlar dedilər: “Sən bizə haqq gətir­mi­sən, yoxsa oyunbaz­lardan­san?”

21:56

قَالَ بَل رَّبُّكُمۡ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ ٱلَّذِي فَطَرَهُنَّ وَأَنَا۠ عَلَىٰ ذَٰلِكُم مِّنَ ٱلشَّـٰهِدِينَ ﴿56﴾

İbrahim dedi: “Xeyr, sizin Rəb­biniz, yaratdığı göy­lərin də, yerin də Rəb­bidir. Mən də buna şahidlik edən­lər­­dənəm.

21:57

وَتَٱللَّهِ لَأَكِيدَنَّ أَصۡنَٰمَكُم بَعۡدَ أَن تُوَلُّواْ مُدۡبِرِينَ ﴿57﴾

Allaha and olsun ki, siz geriyə dönüb getdikdən sonra büt­lə­rinizə bir kələk gələcə­yəm!”