quranm◉

Səhifə 328

Range
from 21:73 to 21:81
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

21:73

وَجَعَلۡنَٰهُمۡ أَئِمَّةٗ يَهۡدُونَ بِأَمۡرِنَا وَأَوۡحَيۡنَآ إِلَيۡهِمۡ فِعۡلَ ٱلۡخَيۡرَٰتِ وَإِقَامَ ٱلصَّلَوٰةِ وَإِيتَآءَ ٱلزَّكَوٰةِۖ وَكَانُواْ لَنَا عَٰبِدِينَ ﴿73﴾

Biz Öz hökmümüzlə on­ları doğru yolu göstərən rəh­bərlər et­dik. Onlara xeyirli iş­lər görməyi, namaz qılmağı və zəkat ver­mə­yi vəhy etdik. On­lar yalnız Bizə ibadət edirdilər.

21:74

وَلُوطًا ءَاتَيۡنَٰهُ حُكۡمٗا وَعِلۡمٗا وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡقَرۡيَةِ ٱلَّتِي كَانَت تَّعۡمَلُ ٱلۡخَبَـٰٓئِثَۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَٰسِقِينَ ﴿74﴾

Lutu da yada sal! Biz ona hökm­ranlıq və elm bəxş et­dik, onu çir­kin iş­lər görən bir məm­lə­kət­dən xilas etdik. Həqi­qə­tən, on­lar pis, fasiq bir qövm idi­lər.

21:75

وَأَدۡخَلۡنَٰهُ فِي رَحۡمَتِنَآۖ إِنَّهُۥ مِنَ ٱلصَّـٰلِحِينَ ﴿75﴾

Biz onu Öz mərhəməti­mizə qo­vuşdurduq. O, həqiqə­tən, əmə­lisa­leh­lər­­dən idi.

21:76

وَنُوحًا إِذۡ نَادَىٰ مِن قَبۡلُ فَٱسۡتَجَبۡنَا لَهُۥ فَنَجَّيۡنَٰهُ وَأَهۡلَهُۥ مِنَ ٱلۡكَرۡبِ ٱلۡعَظِيمِ ﴿76﴾

Nuhu da yada sal! Daha öncə o dua etmişdi. Biz onun du­ası­nı qəbul et­miş, onu və onun ailəsini böyük qəm-qüs­sədən qur­tar­mış­dıq!

21:77

وَنَصَرۡنَٰهُ مِنَ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَآۚ إِنَّهُمۡ كَانُواْ قَوۡمَ سَوۡءٖ فَأَغۡرَقۡنَٰهُمۡ أَجۡمَعِينَ ﴿77﴾

Biz onu ayələrimizi ya­lan hesab edən bir qövmdən mü­dafiə et­dik. Doğ­rudan da on­lar pis bir qövm idi. Odur ki, Biz onların ha­mı­sı­nı suda ba­tırdıq.

21:78

وَدَاوُۥدَ وَسُلَيۡمَٰنَ إِذۡ يَحۡكُمَانِ فِي ٱلۡحَرۡثِ إِذۡ نَفَشَتۡ فِيهِ غَنَمُ ٱلۡقَوۡمِ وَكُنَّا لِحُكۡمِهِمۡ شَٰهِدِينَ ﴿78﴾

Davudu və Süleymanı da yada sal! Bir zaman onlar özgə adam­ların qo­yunlarının girib zay elədiyi bir əkin sahəsi ba­rəsin­də hökm vermişdilər. Biz onların hökmünə şahid idik.

21:79

فَفَهَّمۡنَٰهَا سُلَيۡمَٰنَۚ وَكُلًّا ءَاتَيۡنَا حُكۡمٗا وَعِلۡمٗاۚ وَسَخَّرۡنَا مَعَ دَاوُۥدَ ٱلۡجِبَالَ يُسَبِّحۡنَ وَٱلطَّيۡرَۚ وَكُنَّا فَٰعِلِينَ ﴿79﴾

Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmran­lıq və elm bəxş et­dik. Biz dağ­ları və quşla­rı Davudla bir­lik­də Allahı tə­riflə­mələri üçün ona ram etdik. Bunları Biz etdik.

21:80

وَعَلَّمۡنَٰهُ صَنۡعَةَ لَبُوسٖ لَّكُمۡ لِتُحۡصِنَكُم مِّنۢ بَأۡسِكُمۡۖ فَهَلۡ أَنتُمۡ شَٰكِرُونَ ﴿80﴾

Biz Davuda sizi döyüşdə təhlü­kə­lər­dən mühafizə etmək üçün zi­reh­lər düzəltməyi öy­rət­dik. Heç siz şükür edirsi­niz­mi?

21:81

وَلِسُلَيۡمَٰنَ ٱلرِّيحَ عَاصِفَةٗ تَجۡرِي بِأَمۡرِهِۦٓ إِلَى ٱلۡأَرۡضِ ٱلَّتِي بَٰرَكۡنَا فِيهَاۚ وَكُنَّا بِكُلِّ شَيۡءٍ عَٰلِمِينَ ﴿81﴾

Güclü əsən küləyi Sü­ley­mana ram etdik. Küləklər onun əmri ilə bərəkət ver­diyi­miz ye­rə tərəf əsərdi. Biz hər şe­yi bi­lirik.