quranm◉

Səhifə 329

Range
from 21:82 to 21:90
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

21:82

وَمِنَ ٱلشَّيَٰطِينِ مَن يَغُوصُونَ لَهُۥ وَيَعۡمَلُونَ عَمَلٗا دُونَ ذَٰلِكَۖ وَكُنَّا لَهُمۡ حَٰفِظِينَ ﴿82﴾

Şeytanlar arasından onun üçün dəniz sularına dalıb dal­ğıc­lıq edən və bun­dan başqa di­gər işlər görənlər də var idi. Biz on­ları nə­zarətimiz altında saxla­yırdıq.

21:83

وَأَيُّوبَ إِذۡ نَادَىٰ رَبَّهُۥٓ أَنِّي مَسَّنِيَ ٱلضُّرُّ وَأَنتَ أَرۡحَمُ ٱلرَّـٰحِمِينَ ﴿83﴾

Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb de­mişdi: “Mənə, hə­qi­qətən də, bəla düçar olubdur. Sən rəhm­lilərin ən rəhm­lisisən!”

21:84

فَٱسۡتَجَبۡنَا لَهُۥ فَكَشَفۡنَا مَا بِهِۦ مِن ضُرّٖۖ وَءَاتَيۡنَٰهُ أَهۡلَهُۥ وَمِثۡلَهُم مَّعَهُمۡ رَحۡمَةٗ مِّنۡ عِندِنَا وَذِكۡرَىٰ لِلۡعَٰبِدِينَ ﴿84﴾

Biz onun duasını qəbul etdik və ona düçar olmuş bə­la­nı ara­dan qal­dır­dıq. Öz tərə­fi­mizdən bir mərhə­mət və iba­dət edən­lə­rə bir ibrət olsun deyə, ailə­sini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.

21:85

وَإِسۡمَٰعِيلَ وَإِدۡرِيسَ وَذَا ٱلۡكِفۡلِۖ كُلّٞ مِّنَ ٱلصَّـٰبِرِينَ ﴿85﴾

İsmaili, İdrisi və Zülkifli də yada sal! Hamısı səbir edən­lər­dən idilər.

21:86

وَأَدۡخَلۡنَٰهُمۡ فِي رَحۡمَتِنَآۖ إِنَّهُم مِّنَ ٱلصَّـٰلِحِينَ ﴿86﴾

Biz onları mərhəməti­mi­zə qovuş­durduq. Onlar, hə­qi­qətən, əməli­saleh­lər­dən idilər.

21:87

وَذَا ٱلنُّونِ إِذ ذَّهَبَ مُغَٰضِبٗا فَظَنَّ أَن لَّن نَّقۡدِرَ عَلَيۡهِ فَنَادَىٰ فِي ٱلظُّلُمَٰتِ أَن لَّآ إِلَٰهَ إِلَّآ أَنتَ سُبۡحَٰنَكَ إِنِّي كُنتُ مِنَ ٱلظَّـٰلِمِينَ ﴿87﴾

Zün-Nunu da yada sal! Bir za­man o qəzəbli halda qövmün­dən ay­rı­lıb getmiş və onu sıxıntıya salmayacağımızı güman et­mişdi. Sonra da zülmətlər içində yal­va­rıb demişdi: “Sən­dən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəd­dəssən! Mən isə, hə­qiqətən, za­lımlardan ol­muşam!”

21:88

فَٱسۡتَجَبۡنَا لَهُۥ وَنَجَّيۡنَٰهُ مِنَ ٱلۡغَمِّۚ وَكَذَٰلِكَ نُـۨجِي ٱلۡمُؤۡمِنِينَ ﴿88﴾

Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qur­tar­dıq. Biz mö­minləri belə xi­las edirik!

21:89

وَزَكَرِيَّآ إِذۡ نَادَىٰ رَبَّهُۥ رَبِّ لَا تَذَرۡنِي فَرۡدٗا وَأَنتَ خَيۡرُ ٱلۡوَٰرِثِينَ ﴿89﴾

Zəkəriyyanı da yada sal! Bir za­man o yalvarıb demişdi: “Ey Rəb­bim! Məni tənha bu­raxma. Sən varislərin ən xeyirxahısan!”

21:90

فَٱسۡتَجَبۡنَا لَهُۥ وَوَهَبۡنَا لَهُۥ يَحۡيَىٰ وَأَصۡلَحۡنَا لَهُۥ زَوۡجَهُۥٓۚ إِنَّهُمۡ كَانُواْ يُسَٰرِعُونَ فِي ٱلۡخَيۡرَٰتِ وَيَدۡعُونَنَا رَغَبٗا وَرَهَبٗاۖ وَكَانُواْ لَنَا خَٰشِعِينَ ﴿90﴾

Biz onun duasını qəbul et­dik, ona Yəhyanı bəxş etdik və zöv­cəsini ona uşaq doğ­mağa qa­dir etdik. Həqiqətən, onlar yax­şı iş­lər görməyə tə­ləsər, ümid və qorxu ilə Bizə yalvarardılar. Onlar Bi­zə müti qullar idilər.