quranm◉

Səhifə 331

Range
from 21:102 to 21:112
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

21:102

لَا يَسۡمَعُونَ حَسِيسَهَاۖ وَهُمۡ فِي مَا ٱشۡتَهَتۡ أَنفُسُهُمۡ خَٰلِدُونَ ﴿102﴾

Onlar onun xışıltısını belə eşit­məyəcəklər. Onlar ürək­lə­ri­nin istə­di­yi şeylər arasında əbədi qalacaqlar.

21:103

لَا يَحۡزُنُهُمُ ٱلۡفَزَعُ ٱلۡأَكۡبَرُ وَتَتَلَقَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ هَٰذَا يَوۡمُكُمُ ٱلَّذِي كُنتُمۡ تُوعَدُونَ ﴿103﴾

Ən böyük dəhşət on­la­rı kədər­ləndirməyəcək. Mələk­lər on­la­rı qarşı­layıb: “Bu sizə vəd olunmuş gü­nünüz­dür!”– deyəcəklər.

21:104

يَوۡمَ نَطۡوِي ٱلسَّمَآءَ كَطَيِّ ٱلسِّجِلِّ لِلۡكُتُبِۚ كَمَا بَدَأۡنَآ أَوَّلَ خَلۡقٖ نُّعِيدُهُۥۚ وَعۡدًا عَلَيۡنَآۚ إِنَّا كُنَّا فَٰعِلِينَ ﴿104﴾

O gün göyü yazılı sə­hi­fələrin büküldüyü kimi bü­kə­cəyik. Məx­luqatı ilk dəfə yarat­dığımız kimi yenə əv­vəl­ki ha­lına qay­ta­ra­ca­ğıq. Biz vəd ver­mi­şik. Sözsüz ki, Biz onu ye­ri­nə yeti­rə­cə­yik.

21:105

وَلَقَدۡ كَتَبۡنَا فِي ٱلزَّبُورِ مِنۢ بَعۡدِ ٱلذِّكۡرِ أَنَّ ٱلۡأَرۡضَ يَرِثُهَا عِبَادِيَ ٱلصَّـٰلِحُونَ ﴿105﴾

Biz Zikrdən (Lövhi-məh­fuz­da­kı yazıdan) sonra nazil et­di­yi­miz ki­tab­larda da yazmış­dıq ki, yer üzünə Mə­­nim əməli­sa­leh qul­la­rım varis ola­caqlar.

21:106

إِنَّ فِي هَٰذَا لَبَلَٰغٗا لِّقَوۡمٍ عَٰبِدِينَ ﴿106﴾

Həqiqətən, bunda iba­dət edən­lər üçün bir bildiriş vardır.

21:107

وَمَآ أَرۡسَلۡنَٰكَ إِلَّا رَحۡمَةٗ لِّلۡعَٰلَمِينَ ﴿107﴾

Səni də aləmlərə ancaq bir rəh­mət olaraq göndərdik.

21:108

قُلۡ إِنَّمَا يُوحَىٰٓ إِلَيَّ أَنَّمَآ إِلَٰهُكُمۡ إِلَٰهٞ وَٰحِدٞۖ فَهَلۡ أَنتُم مُّسۡلِمُونَ ﴿108﴾

De: “Mənə belə vəhy olu­nur ki, sizin məbudunuz Tək olan İlahdır. Siz mü­səlman ol­acaqsınızmı?”

21:109

فَإِن تَوَلَّوۡاْ فَقُلۡ ءَاذَنتُكُمۡ عَلَىٰ سَوَآءٖۖ وَإِنۡ أَدۡرِيٓ أَقَرِيبٌ أَم بَعِيدٞ مَّا تُوعَدُونَ ﴿109﴾

Əgər onlar üz döndər­sələr, de: “Mən bu dini sizə ol­duğu ki­mi təbliğ et­dim. Sizə vəd olunan şeyin yaxın və ya uzaq ol­du­ğu­nu bilmirəm.

21:110

إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ مِنَ ٱلۡقَوۡلِ وَيَعۡلَمُ مَا تَكۡتُمُونَ ﴿110﴾

Söz yoxdur ki, Allah açıq de­yi­lən sözü də, sizin giz­lədib sax­la­dıqla­rı­nızı da bilir.

21:111

وَإِنۡ أَدۡرِي لَعَلَّهُۥ فِتۡنَةٞ لَّكُمۡ وَمَتَٰعٌ إِلَىٰ حِينٖ ﴿111﴾

Mən isə bilmirəm, bəl­kə də, bu sizi sınaqdan keçirt­mək və mü­əyyən müddət ər­zində bu dün­yada faydalan­ma­ğınız üçündür”.

21:112

قَٰلَ رَبِّ ٱحۡكُم بِٱلۡحَقِّۗ وَرَبُّنَا ٱلرَّحۡمَٰنُ ٱلۡمُسۡتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ ﴿112﴾

Peyğəmbər dedi: “Ey Rəb­bim! Mənimlə kafirlər ara­sında əda­lət­lə hökm ver! Sizin aid et­diyiniz sifətlərə qarşı an­caq Mərhəmətli olan Rəbbi­miz­dən kömək diləmək lazımdır”.