quranm◉

Səhifə 332

Range
from 22:1 to 22:5
Surahs covered
Tərcümə
5 Tərcümə

◉

22:1

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ ٱتَّقُواْ رَبَّكُمۡۚ إِنَّ زَلۡزَلَةَ ٱلسَّاعَةِ شَيۡءٌ عَظِيمٞ ﴿1﴾

Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sar­sın­tı­sı müdhiş bir şey ola­caq­.

22:2

يَوۡمَ تَرَوۡنَهَا تَذۡهَلُ كُلُّ مُرۡضِعَةٍ عَمَّآ أَرۡضَعَتۡ وَتَضَعُ كُلُّ ذَاتِ حَمۡلٍ حَمۡلَهَا وَتَرَى ٱلنَّاسَ سُكَٰرَىٰ وَمَا هُم بِسُكَٰرَىٰ وَلَٰكِنَّ عَذَابَ ٱللَّهِ شَدِيدٞ ﴿2﴾

Onu görəcəyiniz gün hər bir əm­zikli qadın əmiz­dirdi­yi­ni unu­da­caq, hər bir hamilə qa­dın bət­nin­dəkini sala­caqdır. İnsan­ları sər­xoş gö­rə­­cəksən, hal­buki onlar sərxoş olmaya­caqlar. La­kin Alla­hın əzabı hədsiz şid­dət­li­dir.

22:3

وَمِنَ ٱلنَّاسِ مَن يُجَٰدِلُ فِي ٱللَّهِ بِغَيۡرِ عِلۡمٖ وَيَتَّبِعُ كُلَّ شَيۡطَٰنٖ مَّرِيدٖ ﴿3﴾

İnsanlardan eləsi də var ki, heç nə bilmədiyi halda Allah haq­qında müba­hi­sə edir və hər bir asi şeytana itaət edir.

22:4

كُتِبَ عَلَيۡهِ أَنَّهُۥ مَن تَوَلَّاهُ فَأَنَّهُۥ يُضِلُّهُۥ وَيَهۡدِيهِ إِلَىٰ عَذَابِ ٱلسَّعِيرِ ﴿4﴾

Onun haqqında belə ya­zılmışdır; kim şeytanla dostluq etsə, şey­tan onu doğru yoldan çıxardıb alovlu Odun əza­bına sürükləyər.

22:5

يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمۡ فِي رَيۡبٖ مِّنَ ٱلۡبَعۡثِ فَإِنَّا خَلَقۡنَٰكُم مِّن تُرَابٖ ثُمَّ مِن نُّطۡفَةٖ ثُمَّ مِنۡ عَلَقَةٖ ثُمَّ مِن مُّضۡغَةٖ مُّخَلَّقَةٖ وَغَيۡرِ مُخَلَّقَةٖ لِّنُبَيِّنَ لَكُمۡۚ وَنُقِرُّ فِي ٱلۡأَرۡحَامِ مَا نَشَآءُ إِلَىٰٓ أَجَلٖ مُّسَمّٗى ثُمَّ نُخۡرِجُكُمۡ طِفۡلٗا ثُمَّ لِتَبۡلُغُوٓاْ أَشُدَّكُمۡۖ وَمِنكُم مَّن يُتَوَفَّىٰ وَمِنكُم مَّن يُرَدُّ إِلَىٰٓ أَرۡذَلِ ٱلۡعُمُرِ لِكَيۡلَا يَعۡلَمَ مِنۢ بَعۡدِ عِلۡمٖ شَيۡـٔٗاۚ وَتَرَى ٱلۡأَرۡضَ هَامِدَةٗ فَإِذَآ أَنزَلۡنَا عَلَيۡهَا ٱلۡمَآءَ ٱهۡتَزَّتۡ وَرَبَتۡ وَأَنۢبَتَتۡ مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ ﴿5﴾

Ey insanlar! Yenidən di­ri­ləcə­yini­zə şübhə edirsinizsə, bi­lin ki, hə­qiqətən də, Biz sizi tor­paqdan, sonra nütfədən, sonra lax­ta­lan­mış qandan, da­ha son­ra tam bir şəklə salınmış və ya salın­ma­mış bir parça ətdən ya­ratdıq ki, qüd­rə­ti­mizi sizə bə­yan edək. Bətnlərdə is­­tədi­yi­mizi müəyyən bir vaxt ərzində sax­layırıq. Sonra sizi oradan uşaq kimi çı­xardırıq ki, yetkinlik ça­ğına yetişəsiniz. Sizdən kimisi yet­­kinlik yaşına çatmamış vəfat edir, kimisi də ömrünün ən rə­za­lətli dövrünə çatdırılır ki, vax­tilə bildiyi şey­ləri unutsun. Sən yer üzünü cansız gö­rürsən. Biz ona yağ­mur endirdiyimiz za­man o, hə­rəkətə gə­lib qaba­rır və cür­bə­cür gözəl bitkilər biti­rir.