quranm◉

Səhifə 335

Range
from 22:24 to 22:30
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

22:24

وَهُدُوٓاْ إِلَى ٱلطَّيِّبِ مِنَ ٱلۡقَوۡلِ وَهُدُوٓاْ إِلَىٰ صِرَٰطِ ٱلۡحَمِيدِ ﴿24﴾

Onlar gözəl kəlamlar öy­rənməyə nail olmuş və Tə­rifə­layiq Alla­hın yolu­na yönəldil­mişlər.

22:25

إِنَّ ٱلَّذِينَ كَفَرُواْ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ ٱلَّذِي جَعَلۡنَٰهُ لِلنَّاسِ سَوَآءً ٱلۡعَٰكِفُ فِيهِ وَٱلۡبَادِۚ وَمَن يُرِدۡ فِيهِ بِإِلۡحَادِۭ بِظُلۡمٖ نُّذِقۡهُ مِنۡ عَذَابٍ أَلِيمٖ ﴿25﴾

Kafir olanlara, insanları həm Allah yolundan, həm də bütün in­sanlar – is­tər yerlilər, istərsə də gəlmələr – üçün qur­duğumuz Məscidulharamdan sap­dı­ranlara və orada zülm et­məklə haq­dan dön­mək istə­yən­lərə ağrılı-acılı bir əzab daddı­racağıq.

22:26

وَإِذۡ بَوَّأۡنَا لِإِبۡرَٰهِيمَ مَكَانَ ٱلۡبَيۡتِ أَن لَّا تُشۡرِكۡ بِي شَيۡـٔٗا وَطَهِّرۡ بَيۡتِيَ لِلطَّآئِفِينَ وَٱلۡقَآئِمِينَ وَٱلرُّكَّعِ ٱلسُّجُودِ ﴿26﴾

Bir zaman Biz İbrahimə müqəddəs Evin yerini nişan ve­rib: “Mə­nə heç bir şeyi şərik qoşma, Evimi təvaf edənlər, na­maza du­ran­lar, rüku və səcdə edənlər üçün təmizlə!”– de­miş­dik.

22:27

وَأَذِّن فِي ٱلنَّاسِ بِٱلۡحَجِّ يَأۡتُوكَ رِجَالٗا وَعَلَىٰ كُلِّ ضَامِرٖ يَأۡتِينَ مِن كُلِّ فَجٍّ عَمِيقٖ ﴿27﴾

İnsanlar arasında həcci elan et ki, onlar sənin yanına piyada və ya hər bir uzaq yol­dan gələn qayışbaldır dəvələr üs­tündə gəl­sin­lər.

22:28

لِّيَشۡهَدُواْ مَنَٰفِعَ لَهُمۡ وَيَذۡكُرُواْ ٱسۡمَ ٱللَّهِ فِيٓ أَيَّامٖ مَّعۡلُومَٰتٍ عَلَىٰ مَا رَزَقَهُم مِّنۢ بَهِيمَةِ ٱلۡأَنۡعَٰمِۖ فَكُلُواْ مِنۡهَا وَأَطۡعِمُواْ ٱلۡبَآئِسَ ٱلۡفَقِيرَ ﴿28﴾

Qoy onlar öz mənfəətlə­rinin şa­hi­di olsunlar və məlum gün­lər­də Alla­hın onlara ver­di­yi heyvanları qurban kə­sər­kən Allahın adı­nı çəksinlər. Onlar­dan özü­nüz də yeyin, sıxıntı için­də olan yox­sul­lara da ye­dir­din!

22:29

ثُمَّ لۡيَقۡضُواْ تَفَثَهُمۡ وَلۡيُوفُواْ نُذُورَهُمۡ وَلۡيَطَّوَّفُواْ بِٱلۡبَيۡتِ ٱلۡعَتِيقِ ﴿29﴾

Sonra həcc ayinlərini ta­mamla­sın­lar, nəzirlərini ye­rinə çat­dır­sınlar və qə­dim Evi təvaf etsinlər.

22:30

ذَٰلِكَۖ وَمَن يُعَظِّمۡ حُرُمَٰتِ ٱللَّهِ فَهُوَ خَيۡرٞ لَّهُۥ عِندَ رَبِّهِۦۗ وَأُحِلَّتۡ لَكُمُ ٱلۡأَنۡعَٰمُ إِلَّا مَا يُتۡلَىٰ عَلَيۡكُمۡۖ فَٱجۡتَنِبُواْ ٱلرِّجۡسَ مِنَ ٱلۡأَوۡثَٰنِ وَٱجۡتَنِبُواْ قَوۡلَ ٱلزُّورِ ﴿30﴾

Bax belə! Hər kim Alla­hın haram buyurduqlarına hör­mət et­sə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxu­nanlardan baş­qa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə mur­dar büt­lərdən uzaq olun, yalan söz­­lər­dən də çəkinin;