quranm◉

Səhifə 334

Range
from 22:16 to 22:23
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

22:16

وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ ءَايَٰتِۭ بَيِّنَٰتٖ وَأَنَّ ٱللَّهَ يَهۡدِي مَن يُرِيدُ ﴿16﴾

Beləcə, Biz Quranı açıq-aydın ayə­lər kimi nazil etdik. Allah is­tədiyi kəsi doğru yola yönəldir.

22:17

إِنَّ ٱلَّذِينَ ءَامَنُواْ وَٱلَّذِينَ هَادُواْ وَٱلصَّـٰبِـِٔينَ وَٱلنَّصَٰرَىٰ وَٱلۡمَجُوسَ وَٱلَّذِينَ أَشۡرَكُوٓاْ إِنَّ ٱللَّهَ يَفۡصِلُ بَيۡنَهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ شَهِيدٌ ﴿17﴾

Şübhəsiz ki, Qiyamət gü­nü Allah möminlər, yəhudi­lər, sa­bi­ilər, xaçpə­rəst­­lər, atəş­pə­rəst­lər və müşriklər ara­sında hökm ve­rə­cəkdir. Həqiqətən, Allah hər şeyə şahiddir.

22:18

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ يَسۡجُدُۤ لَهُۥۤ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَمَن فِي ٱلۡأَرۡضِ وَٱلشَّمۡسُ وَٱلۡقَمَرُ وَٱلنُّجُومُ وَٱلۡجِبَالُ وَٱلشَّجَرُ وَٱلدَّوَآبُّ وَكَثِيرٞ مِّنَ ٱلنَّاسِۖ وَكَثِيرٌ حَقَّ عَلَيۡهِ ٱلۡعَذَابُۗ وَمَن يُهِنِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّكۡرِمٍۚ إِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يَشَآءُ۩ ﴿18﴾

Məgər göylərdə və yer­də olan­la­rın, günəşin, ayın, ul­duz­la­rın, dağların, ağacların, hey­vanların və insanların xey­li hissəsinin Alla­ha səcdə etdi­yini görmürsənmi? Onların ək­səriyyəti isə əzab çək­məyə la­yiq olanlardır. Allahın alçalt­dı­ğı kimsəyə heç kəs hör­mət qoy­maz. Həqiqətən, Allah istə­di­yi­ni edər.

22:19

هَٰذَانِ خَصۡمَانِ ٱخۡتَصَمُواْ فِي رَبِّهِمۡۖ فَٱلَّذِينَ كَفَرُواْ قُطِّعَتۡ لَهُمۡ ثِيَابٞ مِّن نَّارٖ يُصَبُّ مِن فَوۡقِ رُءُوسِهِمُ ٱلۡحَمِيمُ ﴿19﴾

Onlar öz Rəbbi barə­sin­də hö­cət­ləşən iki dəstədir. Ka­firlər üçün oddan paltar bi­çi­lə­cək, başlarına da qaynar su tö­küləcəkdir.

22:20

يُصۡهَرُ بِهِۦ مَا فِي بُطُونِهِمۡ وَٱلۡجُلُودُ ﴿20﴾

Bununla, onların bətn­lə­rin­də­ki­ləri və dərisi əridilə­cək­dir.

22:21

وَلَهُم مَّقَٰمِعُ مِنۡ حَدِيدٖ ﴿21﴾

Onlar üçün dəmir top­puzlar da hazırlanmışdır.

22:22

كُلَّمَآ أَرَادُوٓاْ أَن يَخۡرُجُواْ مِنۡهَا مِنۡ غَمٍّ أُعِيدُواْ فِيهَا وَذُوقُواْ عَذَابَ ٱلۡحَرِيقِ ﴿22﴾

Onlar hər dəfə oradan çıx­maq, qəmdən qurtarmaq is­tə­dik­də yeni­dən oraya qayta­rı­la­caq və onlara: “Dadın odun əza­bını!”– de­yiləcəkdir.

22:23

إِنَّ ٱللَّهَ يُدۡخِلُ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ جَنَّـٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ يُحَلَّوۡنَ فِيهَا مِنۡ أَسَاوِرَ مِن ذَهَبٖ وَلُؤۡلُؤٗاۖ وَلِبَاسُهُمۡ فِيهَا حَرِيرٞ ﴿23﴾

Həqiqətən də, Allah iman gətirib yaxşı işlər görənləri ağac­ları altından çay­lar axan cən­nətlərə daxil edə­cək­dir. Onlar orada qızıl bilərzik­lərlə və incilərlə bəzədiləcək, li­bas­ları da ipək­dən olacaqdır.