quranm◉

Səhifə 338

Range
from 22:47 to 22:55
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

22:47

وَيَسۡتَعۡجِلُونَكَ بِٱلۡعَذَابِ وَلَن يُخۡلِفَ ٱللَّهُ وَعۡدَهُۥۚ وَإِنَّ يَوۡمًا عِندَ رَبِّكَ كَأَلۡفِ سَنَةٖ مِّمَّا تَعُدُّونَ ﴿47﴾

Onlar səndən əzabın tez gəl­məsi­ni istəyirlər. Allah Öz və­di­nə əs­la xilaf çıxmaz. Rəb­bi­nin yanında olan bir gün sizin say­dı­ğı­nı­zın min ili kimidir!

22:48

وَكَأَيِّن مِّن قَرۡيَةٍ أَمۡلَيۡتُ لَهَا وَهِيَ ظَالِمَةٞ ثُمَّ أَخَذۡتُهَا وَإِلَيَّ ٱلۡمَصِيرُ ﴿48﴾

Neçə-neçə şəhərə, əha­­li­si zülm edərkən möhlət ver­dim, son­ra onları əzab­la yaxa­la­dım. Dönüş də ancaq Mə­nədir!

22:49

قُلۡ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَآ أَنَا۠ لَكُمۡ نَذِيرٞ مُّبِينٞ ﴿49﴾

De: “Ey insanlar! Mən si­zə yal­nız açıq-aydın xə­bər­dar­lıq edə­nəm.

22:50

فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ﴿50﴾

İman gətirib yaxşı işlər görənlər üçün bağışlanma və bol ru­zi hazır­lan­mışdır.

22:51

وَٱلَّذِينَ سَعَوۡاْ فِيٓ ءَايَٰتِنَا مُعَٰجِزِينَ أُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ ﴿51﴾

Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə Cəhən­nəm sakin­ləridirlər.

22:52

وَمَآ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ مِن رَّسُولٖ وَلَا نَبِيٍّ إِلَّآ إِذَا تَمَنَّىٰٓ أَلۡقَى ٱلشَّيۡطَٰنُ فِيٓ أُمۡنِيَّتِهِۦ فَيَنسَخُ ٱللَّهُ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ ثُمَّ يُحۡكِمُ ٱللَّهُ ءَايَٰتِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ﴿52﴾

Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər gön­dər­mə­mi­şik ki, o, ayə­­lərimizi oxu­maq istədikdə şeytan onun oxu­duğuna giz­licə vəsvəsə ver­mə­sin. La­kin Allah şeytanın giz­licə təlqin etdi­yi­ni yoxa çıxa­rar. Sonra da Allah Öz ayə­lə­rini möhkəmlədər. Allah hər şeyi bi­lən­dir, hikmət sahibidir.

22:53

لِّيَجۡعَلَ مَا يُلۡقِي ٱلشَّيۡطَٰنُ فِتۡنَةٗ لِّلَّذِينَ فِي قُلُوبِهِم مَّرَضٞ وَٱلۡقَاسِيَةِ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱلظَّـٰلِمِينَ لَفِي شِقَاقِۭ بَعِيدٖ ﴿53﴾

Belə edər ki, şeytanın giz­li təl­qi­ni­ qəlbində xəstəlik olan­lar və qəlbi sərt olan in­sanlar üçün bır sınaq vasitəsinə çev­rilsin. Həqiqə­tən, zalımlar uzaq bir ayrılıq içindədirlər.

22:54

وَلِيَعۡلَمَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّكَ فَيُؤۡمِنُواْ بِهِۦ فَتُخۡبِتَ لَهُۥ قُلُوبُهُمۡۗ وَإِنَّ ٱللَّهَ لَهَادِ ٱلَّذِينَ ءَامَنُوٓاْ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٖ ﴿54﴾

Qoy elm verilən kəslər, bu Ki­ta­bın Rəbbin tərəfindən gön­də­ril­miş həqi­qət olduğunu bilsinlər ki, ona inan­sın­lar və qəlbləri ona bağ­lansın. Şübhə­siz ki, Allah iman gətirənləri doğru yola yönəl­dər.

22:55

وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ فِي مِرۡيَةٖ مِّنۡهُ حَتَّىٰ تَأۡتِيَهُمُ ٱلسَّاعَةُ بَغۡتَةً أَوۡ يَأۡتِيَهُمۡ عَذَابُ يَوۡمٍ عَقِيمٍ ﴿55﴾

Kafir olanlar isə, o Saat qəflətən onların başlarının üs­tünü ala­nadək, ya­xud səmərə­siz bir günün əzabı onlara gə­lib yeti­şə­nə­dək, Quran barə­sin­də şəkk-şübhə içində qa­larlar.