quranm◉

Səhifə 339

Range
from 22:56 to 22:64
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

22:56

ٱلۡمُلۡكُ يَوۡمَئِذٖ لِّلَّهِ يَحۡكُمُ بَيۡنَهُمۡۚ فَٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّـٰلِحَٰتِ فِي جَنَّـٰتِ ٱلنَّعِيمِ ﴿56﴾

O gün hökm yalnız Alla­hındır. Allah onların ara­sında hökm ve­rə­cəkdir­. İman gətirib yaxşı işlər görənlər Nəim cən­nətlərində ola­caq­lar.

22:57

وَٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِـَٔايَٰتِنَا فَأُوْلَـٰٓئِكَ لَهُمۡ عَذَابٞ مُّهِينٞ ﴿57﴾

Kafir olub ayələrimizi ya­lan he­sab edənləri isə rüs­vaye­dici bir əzab gözləyir.

22:58

وَٱلَّذِينَ هَاجَرُواْ فِي سَبِيلِ ٱللَّهِ ثُمَّ قُتِلُوٓاْ أَوۡ مَاتُواْ لَيَرۡزُقَنَّهُمُ ٱللَّهُ رِزۡقًا حَسَنٗاۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ خَيۡرُ ٱلرَّـٰزِقِينَ ﴿58﴾

Allah yolunda hicrət edən­lərə, sonra öldürülənlərə və ya­xud ölən­lərə Allah hök­mən gö­zəl ruzi verəcəkdir. Hə­­qiqətən, Allah ru­zi verənlərin ən yax­şısıdır!

22:59

لَيُدۡخِلَنَّهُم مُّدۡخَلٗا يَرۡضَوۡنَهُۥۚ وَإِنَّ ٱللَّهَ لَعَلِيمٌ حَلِيمٞ ﴿59﴾

Allah onları razı qala­caq­ları yerə daxil edə­cəkdir. Hə­qi­qə­tən, Allah hər şeyi bi­lən­dir, həlimdir!

22:60

ذَٰلِكَۖ وَمَنۡ عَاقَبَ بِمِثۡلِ مَا عُوقِبَ بِهِۦ ثُمَّ بُغِيَ عَلَيۡهِ لَيَنصُرَنَّهُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ لَعَفُوٌّ غَفُورٞ ﴿60﴾

Bax belə! Hər kim özü­nə verilən cəza kimi cəza ver­sə, sonra ye­nə də haq­sızlığa mə­ruz qalsa, bilsin ki, Allah ona müt­ləq kömək edəcəkdir. Həqi­qə­tən, Allah əfv edəndir, Bağış­layandır!

22:61

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ يُولِجُ ٱلَّيۡلَ فِي ٱلنَّهَارِ وَيُولِجُ ٱلنَّهَارَ فِي ٱلَّيۡلِ وَأَنَّ ٱللَّهَ سَمِيعُۢ بَصِيرٞ ﴿61﴾

Bu belədir. Çünki Allah gecəni gündüzə, gündüzü də ge­cə­yə qatır. Allah Eşidəndir, Görəndir.

22:62

ذَٰلِكَ بِأَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ وَأَنَّ مَا يَدۡعُونَ مِن دُونِهِۦ هُوَ ٱلۡبَٰطِلُ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلۡعَلِيُّ ٱلۡكَبِيرُ ﴿62﴾

Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan baş­qa yal­var­dıq­ları isə batildir. Hə­qi­qətən, Allah Ucadır, Bö­yük­dür.

22:63

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ أَنزَلَ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَتُصۡبِحُ ٱلۡأَرۡضُ مُخۡضَرَّةًۚ إِنَّ ٱللَّهَ لَطِيفٌ خَبِيرٞ ﴿63﴾

Məgər Allahın göydən yağış yağ­dırdığını və onunla yer üzü­nü yaşıllığa bürüdü­yü­nü görmürsənmi? Həqiqə­tən, Allah Lütf­kardır, Xəbər­dardır.

22:64

لَّهُۥ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِۚ وَإِنَّ ٱللَّهَ لَهُوَ ٱلۡغَنِيُّ ٱلۡحَمِيدُ ﴿64﴾

Göylərdə və yerdə nə var­sa, Onun­­dur. Həqiqətən, Allah Zən­gin­dir, Tərifəla­yiqdir.