quranm◉

Səhifə 340

Range
from 22:65 to 22:72
Surahs covered
Tərcümə
8 Tərcümə

◉

22:65

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ سَخَّرَ لَكُم مَّا فِي ٱلۡأَرۡضِ وَٱلۡفُلۡكَ تَجۡرِي فِي ٱلۡبَحۡرِ بِأَمۡرِهِۦ وَيُمۡسِكُ ٱلسَّمَآءَ أَن تَقَعَ عَلَى ٱلۡأَرۡضِ إِلَّا بِإِذۡنِهِۦٓۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ ﴿65﴾

Məgər Allahın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram et­di­yi­ni görmürsənmi? Göyü də Öz izni ol­ma­dan yerə düşməsin deyə O tu­tub saxlayır. Həqi­qətən, Allah in­san­la­ra qarşı çox şəfqətli­dir, rəhmlidir.

22:66

وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ ﴿66﴾

Sizə həyat verən, sonra öldürə­cək, daha sonra diril­də­cək məhz Odur. İnsan, hə­qi­qə­tən də, nankordur.

22:67

لِّكُلِّ أُمَّةٖ جَعَلۡنَا مَنسَكًا هُمۡ نَاسِكُوهُۖ فَلَا يُنَٰزِعُنَّكَ فِي ٱلۡأَمۡرِۚ وَٱدۡعُ إِلَىٰ رَبِّكَۖ إِنَّكَ لَعَلَىٰ هُدٗى مُّسۡتَقِيمٖ ﴿67﴾

Biz hər ümmət üçün onun yerinə yetirə biləcəyi bir şəriət mü­əyyən etdik. Qoy on­lar bu işdə səninlə höcətləşmə­sinlər. Sən on­ları Rəbbinə iba­dət etmə­yə dəvət et. Həqiqətən, sən ən doğru bir yol­da­san.

22:68

وَإِن جَٰدَلُوكَ فَقُلِ ٱللَّهُ أَعۡلَمُ بِمَا تَعۡمَلُونَ ﴿68﴾

Əgər səninlə mübahisə etsələr, de: “Allah sizin nə et­di­yinizi da­ha yax­şı bilir.

22:69

ٱللَّهُ يَحۡكُمُ بَيۡنَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ فِيمَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ ﴿69﴾

İxtilaf etdiyiniz məsə­lə­lər barə­sində Allah sizə Öz hök­mü­nü Qiyamət günü verə­cək­dir”.

22:70

أَلَمۡ تَعۡلَمۡ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِي ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ إِنَّ ذَٰلِكَ فِي كِتَٰبٍۚ إِنَّ ذَٰلِكَ عَلَى ٱللَّهِ يَسِيرٞ ﴿70﴾

Məgər bilmirsən ki, Allah göy­də və yerdə olanları bilir? Hə­qi­qə­tən, bu, Yazıda möv­cud­dur. Şübhəsiz ki, bu, Allah üçün asan­dır.

22:71

وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَمۡ يُنَزِّلۡ بِهِۦ سُلۡطَٰنٗا وَمَا لَيۡسَ لَهُم بِهِۦ عِلۡمٞۗ وَمَا لِلظَّـٰلِمِينَ مِن نَّصِيرٖ ﴿71﴾

Onlar Allahı qoyub, haq­qında heç bir dəlil nazil edil­məyən və üstəlik öz­lərinin də bilmədikləri bir şeyə ibadət edirlər. Za­lım­la­ra kömək edən olmaz.

22:72

وَإِذَا تُتۡلَىٰ عَلَيۡهِمۡ ءَايَٰتُنَا بَيِّنَٰتٖ تَعۡرِفُ فِي وُجُوهِ ٱلَّذِينَ كَفَرُواْ ٱلۡمُنكَرَۖ يَكَادُونَ يَسۡطُونَ بِٱلَّذِينَ يَتۡلُونَ عَلَيۡهِمۡ ءَايَٰتِنَاۗ قُلۡ أَفَأُنَبِّئُكُم بِشَرّٖ مِّن ذَٰلِكُمُۚ ٱلنَّارُ وَعَدَهَا ٱللَّهُ ٱلَّذِينَ كَفَرُواْۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ ﴿72﴾

Kafirlərə açıq-aydın ayə­lərimiz oxun­duqda sən onla­rın üzün­də nifrət görərsən. Onlar az qalırlar ki, ayələ­ri­mi­zi on­la­ra oxu­yanların üstünə cum­sun­lar. De: “Sizə bundan daha pi­sini xə­bər verim­mi? Bu, Cə­hən­nəmdir! Allah onu kafirlərə vəd etmişdir. Ora nə pis qayı­dış ye­ridir!”