quranm◉

Səhifə 343

Range
from 23:18 to 23:27
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

23:18

وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءَۢ بِقَدَرٖ فَأَسۡكَنَّـٰهُ فِي ٱلۡأَرۡضِۖ وَإِنَّا عَلَىٰ ذَهَابِۭ بِهِۦ لَقَٰدِرُونَ ﴿18﴾

Biz göydən lazımi qədər su endi­rib onu yerdə saxladıq. Şüb­həsiz ki, Biz onu yox edə də bilərik.

23:19

فَأَنشَأۡنَا لَكُم بِهِۦ جَنَّـٰتٖ مِّن نَّخِيلٖ وَأَعۡنَٰبٖ لَّكُمۡ فِيهَا فَوَٰكِهُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ ﴿19﴾

Sonra həmin su ilə xur­ma ağac­la­rı­nı və üzüm bağ­la­rını si­zin üçün yetişdir­dik. Si­zin üçün ora­da yediyiniz çox­lu meyvə­lər var­­dır.

23:20

وَشَجَرَةٗ تَخۡرُجُ مِن طُورِ سَيۡنَآءَ تَنۢبُتُ بِٱلدُّهۡنِ وَصِبۡغٖ لِّلۡأٓكِلِينَ ﴿20﴾

Biz Sina dağında bir ağac bitirdik ki, barından yeyənlərə həm yağ, həm də şirə verir.

23:21

وَإِنَّ لَكُمۡ فِي ٱلۡأَنۡعَٰمِ لَعِبۡرَةٗۖ نُّسۡقِيكُم مِّمَّا فِي بُطُونِهَا وَلَكُمۡ فِيهَا مَنَٰفِعُ كَثِيرَةٞ وَمِنۡهَا تَأۡكُلُونَ ﴿21﴾

Həqiqətən, ev heyvanla­rın­da da sizin üçün ibrət var. Biz on­la­rın bət­nin­də olandan sizlərə içirdirik. Sizin üçün on­larda baş­qa faydalar da var. Üs­təlik on­lardan yeyirsiniz də.

23:22

وَعَلَيۡهَا وَعَلَى ٱلۡفُلۡكِ تُحۡمَلُونَ ﴿22﴾

Siz həm o heyvanlarla, həm də gə­milər ilə daşınır­sı­nız.

23:23

وَلَقَدۡ أَرۡسَلۡنَا نُوحًا إِلَىٰ قَوۡمِهِۦ فَقَالَ يَٰقَوۡمِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ﴿23﴾

Həqiqətən, Biz Nuhu öz qövmü­nə elçi göndərdik. O de­di: “Ey qöv­müm! Allaha iba­dət edin! Sizin Ondan başqa heç bir mə­bu­dunuz yox­dur. Mə­gər qorx­mur­­su­nuz?”

23:24

فَقَالَ ٱلۡمَلَؤُاْ ٱلَّذِينَ كَفَرُواْ مِن قَوۡمِهِۦ مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يُرِيدُ أَن يَتَفَضَّلَ عَلَيۡكُمۡ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَنزَلَ مَلَـٰٓئِكَةٗ مَّا سَمِعۡنَا بِهَٰذَا فِيٓ ءَابَآئِنَا ٱلۡأَوَّلِينَ ﴿24﴾

Qövmünün kafir zadə­gan­ları de­dilər: “O da sizin ki­mi sa­də­cə bir in­san­dır. Sizə bö­yük­lük etmək istəyir. Əgər Allah elçi gön­dər­mək istəsəydi, mə­lək­lər göndə­rərdi. Biz bunu ulu babalarımız­dan eşitmə­mişik.

23:25

إِنۡ هُوَ إِلَّا رَجُلُۢ بِهِۦ جِنَّةٞ فَتَرَبَّصُواْ بِهِۦ حَتَّىٰ حِينٖ ﴿25﴾

Bu ancaq cinli bir adam­dır. Odur ki, ona münasibətdə bir müd­dət göz­lə­yin!”

23:26

قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ ﴿26﴾

O dedi: “Ey Rəbbim! On­la­rın məni yalançı sayma­sına qarşı mə­­nə kömək et!”

23:27

فَأَوۡحَيۡنَآ إِلَيۡهِ أَنِ ٱصۡنَعِ ٱلۡفُلۡكَ بِأَعۡيُنِنَا وَوَحۡيِنَا فَإِذَا جَآءَ أَمۡرُنَا وَفَارَ ٱلتَّنُّورُ فَٱسۡلُكۡ فِيهَا مِن كُلّٖ زَوۡجَيۡنِ ٱثۡنَيۡنِ وَأَهۡلَكَ إِلَّا مَن سَبَقَ عَلَيۡهِ ٱلۡقَوۡلُ مِنۡهُمۡۖ وَلَا تُخَٰطِبۡنِي فِي ٱلَّذِينَ ظَلَمُوٓاْ إِنَّهُم مُّغۡرَقُونَ ﴿27﴾

Biz ona vəhy etdik: “Göz­lərimiz önündə və vəhyimizlə gə­mi­ni düzəlt. Əmrimiz gəl­di­yi və təndir qaynadığı zaman hər can­lı­­dan bir cüt erkək və di­şi, barə­sində söz keçmiş (əley­hinə hökm ve­ril­miş) kəslər is­tisna olmaqla, öz ailə­ni gə­mi­yə mindir. Zalımlar ba­rə­sində Mənə müraciət etmə. Çünki onlar suya qərq oluna­caq­lar.