quranm◉

Səhifə 344

Range
from 23:28 to 23:42
Surahs covered
Tərcümə
15 Tərcümə

◉

23:28

فَإِذَا ٱسۡتَوَيۡتَ أَنتَ وَمَن مَّعَكَ عَلَى ٱلۡفُلۡكِ فَقُلِ ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي نَجَّىٰنَا مِنَ ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿28﴾

Sən yanında olanlarla bir­likdə gəmiyə mindiyin za­man de: “Bizi za­lım qövmdən xilas edən Allaha həmd ol­sun!”

23:29

وَقُل رَّبِّ أَنزِلۡنِي مُنزَلٗا مُّبَارَكٗا وَأَنتَ خَيۡرُ ٱلۡمُنزِلِينَ ﴿29﴾

Həmçinin de: “Ey Rəb­bim! Məni mübarək bir yerə çıxart. Sən yer ve­rən­lərin ən yaxşı­sı­san!”

23:30

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ وَإِن كُنَّا لَمُبۡتَلِينَ ﴿30﴾

Şübhəsiz ki, bunda ib­rət­lər var­dır. Həqiqətən, Biz qul­la­rı­mı­zı beləcə sı­nağa çəkirik.

23:31

ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قَرۡنًا ءَاخَرِينَ ﴿31﴾

Onlardan sonra isə baş­qa bir nəsil yaratdıq.

23:32

فَأَرۡسَلۡنَا فِيهِمۡ رَسُولٗا مِّنۡهُمۡ أَنِ ٱعۡبُدُواْ ٱللَّهَ مَا لَكُم مِّنۡ إِلَٰهٍ غَيۡرُهُۥٓۚ أَفَلَا تَتَّقُونَ ﴿32﴾

Onlara da özlərindən bir elçi gön­dərdik. O dedi: “Alla­ha iba­dət edin! Si­zin ondan başqa heç bir məbudunuz yox­dur. Məgər qorx­mursunuz?”

23:33

وَقَالَ ٱلۡمَلَأُ مِن قَوۡمِهِ ٱلَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِلِقَآءِ ٱلۡأٓخِرَةِ وَأَتۡرَفۡنَٰهُمۡ فِي ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَا مَا هَٰذَآ إِلَّا بَشَرٞ مِّثۡلُكُمۡ يَأۡكُلُ مِمَّا تَأۡكُلُونَ مِنۡهُ وَيَشۡرَبُ مِمَّا تَشۡرَبُونَ ﴿33﴾

Qövmünün kafir olan, Axi­rətə qo­vuşacaqlarını yalan hesab edən və dün­ya hə­ya­tın­da firavan­lıq nəsib et­di­yimiz za­də­ganları de­dilər: “O sizin kimi sa­dəcə bir insandır. Yedi­yinizdən o da ye­yir, içdiyiniz­dən o da içir.

23:34

وَلَئِنۡ أَطَعۡتُم بَشَرٗا مِّثۡلَكُمۡ إِنَّكُمۡ إِذٗا لَّخَٰسِرُونَ ﴿34﴾

Əgər siz özünüz kimi adi bir in­sana itaət etsəniz, müt­ləq zi­ya­na uğra­yarsınız.

23:35

أَيَعِدُكُمۡ أَنَّكُمۡ إِذَا مِتُّمۡ وَكُنتُمۡ تُرَابٗا وَعِظَٰمًا أَنَّكُم مُّخۡرَجُونَ ﴿35﴾

O sizə ölüb torpağa və sür-sü­mü­yə çevrildikdən son­ra diril­di­lib yeni­dən çıxarılaca­ğı­nızımı vəd edir?

23:36

هَيۡهَاتَ هَيۡهَاتَ لِمَا تُوعَدُونَ ﴿36﴾

Sizə vəd olunan şey hə­qi­qətdən çox uzaqdır, çox uzaq!

23:37

إِنۡ هِيَ إِلَّا حَيَاتُنَا ٱلدُّنۡيَا نَمُوتُ وَنَحۡيَا وَمَا نَحۡنُ بِمَبۡعُوثِينَ ﴿37﴾

Dünya həyatımızdan baş­qa heç bir həyat yoxdur; ölüb di­ri­li­­rik (birimiz ölür, di­gə­ri­miz ana­dan olur) və biz di­ril­mə­yə­cəyik.

23:38

إِنۡ هُوَ إِلَّا رَجُلٌ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبٗا وَمَا نَحۡنُ لَهُۥ بِمُؤۡمِنِينَ ﴿38﴾

Bu, ancaq Allaha iftira ya­xan bir adamdır. Biz ona inanan de­yilik”.

23:39

قَالَ رَبِّ ٱنصُرۡنِي بِمَا كَذَّبُونِ ﴿39﴾

O dedi: “Ey Rəbbim! On­la­rın mə­ni yalançı sayma­sına qarşı mə­nə kö­mək et!”

23:40

قَالَ عَمَّا قَلِيلٖ لَّيُصۡبِحُنَّ نَٰدِمِينَ ﴿40﴾

Allah dedi: “Onlar tez­lik­lə peş­man olacaqlar!”

23:41

فَأَخَذَتۡهُمُ ٱلصَّيۡحَةُ بِٱلۡحَقِّ فَجَعَلۡنَٰهُمۡ غُثَآءٗۚ فَبُعۡدٗا لِّلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿41﴾

Onları qaçılması müm­kün olma­yan qorxunc bir səs yaxa­la­dı. Biz onları daşqının apardığı çör-çöpə döndərdik. Məhv olsun za­lım adamlar!

23:42

ثُمَّ أَنشَأۡنَا مِنۢ بَعۡدِهِمۡ قُرُونًا ءَاخَرِينَ ﴿42﴾

Onlardan sonra başqa-başqa nə­sil­lər yaratdıq.