quranm◉

Səhifə 348

Range
from 23:90 to 23:104
Surahs covered
Tərcümə
15 Tərcümə

◉

23:90

بَلۡ أَتَيۡنَٰهُم بِٱلۡحَقِّ وَإِنَّهُمۡ لَكَٰذِبُونَ ﴿90﴾

Xeyr, Biz onlara haqqı gə­tirdik. Onlar isə yalançı­dır­lar!

23:91

مَا ٱتَّخَذَ ٱللَّهُ مِن وَلَدٖ وَمَا كَانَ مَعَهُۥ مِنۡ إِلَٰهٍۚ إِذٗا لَّذَهَبَ كُلُّ إِلَٰهِۭ بِمَا خَلَقَ وَلَعَلَا بَعۡضُهُمۡ عَلَىٰ بَعۡضٖۚ سُبۡحَٰنَ ٱللَّهِ عَمَّا يَصِفُونَ ﴿91﴾

Allah Özünə heç bir öv­lad gö­tür­məmişdir. Onunla ya­naşı iba­dətə layiq olan heç bir mə­bud yoxdur. Əks təqdirdə hər bir mə­bud öz yarat­dıq­la­rını özü idarə etmək istəyər və on­la­rın bir qismi di­gə­rinə üstün gəl­mə­yə can atardı. Allah on­ların Ona aid et­dik­ləri si­fət­lərdən uzaq­dır.

23:92

عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَتَعَٰلَىٰ عَمَّا يُشۡرِكُونَ ﴿92﴾

O, qeybi və aşkarı bi­lən­dir. Allah müşriklərin Ona qoş­duq­la­rı şərik­lər­dən çox ucadır.

23:93

قُل رَّبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ ﴿93﴾

De: “Ey Rəbbim! Əgər on­lara vəd olunanı mənə gös­tərə­cək­sən­sə,

23:94

رَبِّ فَلَا تَجۡعَلۡنِي فِي ٱلۡقَوۡمِ ٱلظَّـٰلِمِينَ ﴿94﴾

məni zalım adamların için­də qoy­ma, ey Rəbbim!”

23:95

وَإِنَّا عَلَىٰٓ أَن نُّرِيَكَ مَا نَعِدُهُمۡ لَقَٰدِرُونَ ﴿95﴾

Sözsüz ki, Biz onlara vəd etdi­yi­mizi sənə göstər­məyə qa­di­rik.

23:96

ٱدۡفَعۡ بِٱلَّتِي هِيَ أَحۡسَنُ ٱلسَّيِّئَةَۚ نَحۡنُ أَعۡلَمُ بِمَا يَصِفُونَ ﴿96﴾

Sən pisliyi yaxşılıqla dəf et. Biz onların aid etdikləri si­fətləri da­ha yaxşı bilirik.

23:97

وَقُل رَّبِّ أَعُوذُ بِكَ مِنۡ هَمَزَٰتِ ٱلشَّيَٰطِينِ ﴿97﴾

De: “Ey Rəbbim! Şey­tan­la­rın vəs­vəsələrindən Sənə sı­ğını­ram!

23:98

وَأَعُوذُ بِكَ رَبِّ أَن يَحۡضُرُونِ ﴿98﴾

Onların mənə yaxınlaş­ma­la­rın­dan Sənə sığınıram, ey Rəb­bim!”

23:99

حَتَّىٰٓ إِذَا جَآءَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ رَبِّ ٱرۡجِعُونِ ﴿99﴾

Nəhayət, onlardan biri­nə ölüm gəl­­diyi zaman deyər: “Ey Rəb­bim! Mə­ni geri qaytar.

23:100

لَعَلِّيٓ أَعۡمَلُ صَٰلِحٗا فِيمَا تَرَكۡتُۚ كَلَّآۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَآئِلُهَاۖ وَمِن وَرَآئِهِم بَرۡزَخٌ إِلَىٰ يَوۡمِ يُبۡعَثُونَ ﴿100﴾

Bəlkə, tərk etdiyim yax­şı əməlləri indi edəm”. Xeyr! Onun bu dedikləri an­caq boş bir sözdür. Onların arxa­sında diriləcək­ləri gü­nə qədər bər­zəx həyatı vardır.

23:101

فَإِذَا نُفِخَ فِي ٱلصُّورِ فَلَآ أَنسَابَ بَيۡنَهُمۡ يَوۡمَئِذٖ وَلَا يَتَسَآءَلُونَ ﴿101﴾

Sur üfürüləcəyi gün on­la­rın ara­larında qohumluq əla­qəsi ol­ma­yacaq və onlar bir-bi­rindən hal-əhval tutma­ya­caq­lar.

23:102

فَمَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡمُفۡلِحُونَ ﴿102﴾

O gün məhz tərəziləri ağır gə­lənlər nicat tapacaqlar.

23:103

وَمَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ فَأُوْلَـٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓاْ أَنفُسَهُمۡ فِي جَهَنَّمَ خَٰلِدُونَ ﴿103﴾

Tərəziləri yüngül gə­lən­lər isə öz­lərini ziyana uğra­dan­lar­dır. Onlar Cə­hənnəmdə əbə­di qala­caqlar.

23:104

تَلۡفَحُ وُجُوهَهُمُ ٱلنَّارُ وَهُمۡ فِيهَا كَٰلِحُونَ ﴿104﴾

Od onların üzünü yan­dı­racaq və onlar orada qıc ol­muş və­ziy­yətdə qala­caqlar.