quranm◉

Səhifə 350

Range
from 24:1 to 24:10
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

24:1

سُورَةٌ أَنزَلۡنَٰهَا وَفَرَضۡنَٰهَا وَأَنزَلۡنَا فِيهَآ ءَايَٰتِۭ بَيِّنَٰتٖ لَّعَلَّكُمۡ تَذَكَّرُونَ ﴿1﴾

Bu, Bizim nazil edib sizə vacib bu­yurduğumuz bir surə­dir. Biz onda açıq-aydın ayələr nazil etdik ki, bəlkə, dü­şü­nüb ibrət ala­sı­nız.

24:2

ٱلزَّانِيَةُ وَٱلزَّانِي فَٱجۡلِدُواْ كُلَّ وَٰحِدٖ مِّنۡهُمَا مِاْئَةَ جَلۡدَةٖۖ وَلَا تَأۡخُذۡكُم بِهِمَا رَأۡفَةٞ فِي دِينِ ٱللَّهِ إِن كُنتُمۡ تُؤۡمِنُونَ بِٱللَّهِ وَٱلۡيَوۡمِ ٱلۡأٓخِرِۖ وَلۡيَشۡهَدۡ عَذَابَهُمَا طَآئِفَةٞ مِّنَ ٱلۡمُؤۡمِنِينَ ﴿2﴾

Zinakar qadının və zina­kar kişi­nin hər birinə yüz çu­buq vu­run. Əgər Allaha və axi­rət gü­­nü­nə inanırsınızsa, Alla­hın di­ninə gö­rə onlara yazığı­nız gəl­məsin. Qoy mö­minlər­dən bir dəstə on­la­rın əzabına şahid ol­sun.

24:3

ٱلزَّانِي لَا يَنكِحُ إِلَّا زَانِيَةً أَوۡ مُشۡرِكَةٗ وَٱلزَّانِيَةُ لَا يَنكِحُهَآ إِلَّا زَانٍ أَوۡ مُشۡرِكٞۚ وَحُرِّمَ ذَٰلِكَ عَلَى ٱلۡمُؤۡمِنِينَ ﴿3﴾

Zinakar kişi ancaq zina­kar və ya müşrik bir qadınla evlə­nə bilər. Zina­kar qadın da yal­nız zi­nakar və ya müş­rik bir kişiyə ərə ge­də bi­lər. Mömin­lərə isə bu, ha­ram edilmişdir.

24:4

وَٱلَّذِينَ يَرۡمُونَ ٱلۡمُحۡصَنَٰتِ ثُمَّ لَمۡ يَأۡتُواْ بِأَرۡبَعَةِ شُهَدَآءَ فَٱجۡلِدُوهُمۡ ثَمَٰنِينَ جَلۡدَةٗ وَلَا تَقۡبَلُواْ لَهُمۡ شَهَٰدَةً أَبَدٗاۚ وَأُوْلَـٰٓئِكَ هُمُ ٱلۡفَٰسِقُونَ ﴿4﴾

İsmətli qadınları zinada gü­nah­lan­dırıb, sonra dörd şa­hid gə­tir­­mə­yən kəs­lərə səksən çu­buq vurun və onların şa­hid­li­yini heç vaxt qəbul etməyin. Onlar əsl fasiqlərdir.

24:5

إِلَّا ٱلَّذِينَ تَابُواْ مِنۢ بَعۡدِ ذَٰلِكَ وَأَصۡلَحُواْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ ﴿5﴾

Bundan sonra tövbə edib özlərini islah edənlərdən baş­qa. Şüb­həsiz ki, Allah Bağış­la­yan­dır, Rəhmlidir.

24:6

وَٱلَّذِينَ يَرۡمُونَ أَزۡوَٰجَهُمۡ وَلَمۡ يَكُن لَّهُمۡ شُهَدَآءُ إِلَّآ أَنفُسُهُمۡ فَشَهَٰدَةُ أَحَدِهِمۡ أَرۡبَعُ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلصَّـٰدِقِينَ ﴿6﴾

Arvadlarını zinada gü­nah­landırıb öz­lərindən başqa şa­hid­ləri ol­mayanların hər biri­nin şahid­liyi, özünün doğru da­nı­şanlardan ol­masına dair dörd dəfə Allahı şahid tutması,

24:7

وَٱلۡخَٰمِسَةُ أَنَّ لَعۡنَتَ ٱللَّهِ عَلَيۡهِ إِن كَانَ مِنَ ٱلۡكَٰذِبِينَ ﴿7﴾

beşinci dəfə isə: “Əgər ya­lan da­nı­şanlardandırsa, Allah ona lə­nət eləsin!”– deməsidir.

24:8

وَيَدۡرَؤُاْ عَنۡهَا ٱلۡعَذَابَ أَن تَشۡهَدَ أَرۡبَعَ شَهَٰدَٰتِۭ بِٱللَّهِ إِنَّهُۥ لَمِنَ ٱلۡكَٰذِبِينَ ﴿8﴾

Qadının da ərinin yalan da­nışan­lardan olduğuna dair dörd də­fə Allahı şahid tutması cəzanı ondan dəf edər.

24:9

وَٱلۡخَٰمِسَةَ أَنَّ غَضَبَ ٱللَّهِ عَلَيۡهَآ إِن كَانَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿9﴾

Beşinci dəfə: “Əgər ər doğ­ru danı­şanlardandırsa, Allah o qa­dı­na lənət elə­sin!”– demə­li­dir.

24:10

وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ وَأَنَّ ٱللَّهَ تَوَّابٌ حَكِيمٌ ﴿10﴾

Əgər Allahın sizə lütfü və mər­hə­məti olmasaydı, Allah töv­bə­ləri qəbul edən və Müd­rik olma­saydı, yalan danı­şanlar Allahın lə­nə­tinə gələr­dilər.