quranm◉

Səhifə 351

Range
from 24:11 to 24:20
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

24:11

إِنَّ ٱلَّذِينَ جَآءُو بِٱلۡإِفۡكِ عُصۡبَةٞ مِّنكُمۡۚ لَا تَحۡسَبُوهُ شَرّٗا لَّكُمۖ بَلۡ هُوَ خَيۡرٞ لَّكُمۡۚ لِكُلِّ ٱمۡرِيٕٖ مِّنۡهُم مَّا ٱكۡتَسَبَ مِنَ ٱلۡإِثۡمِۚ وَٱلَّذِي تَوَلَّىٰ كِبۡرَهُۥ مِنۡهُمۡ لَهُۥ عَذَابٌ عَظِيمٞ ﴿11﴾

Şübhəsiz ki, Aişə barə­sin­də yalan xəbər gəti­rənlər özü­nüz­dən olan bir dəs­tədir. Onu özü­nüz üçün pis bir şey hesab et­mə­yin. Ək­si­nə, bu sizin üçün xe­yirlidir. O dəstə­dən olan hər bir şəx­sin qa­zan­dığı günahın cəzası vardır. İçə­rilərindən gü­nahın böyü­yünü öz üstü­nə gö­türəni isə böyük bir əzab göz­ləyir.

24:12

لَّوۡلَآ إِذۡ سَمِعۡتُمُوهُ ظَنَّ ٱلۡمُؤۡمِنُونَ وَٱلۡمُؤۡمِنَٰتُ بِأَنفُسِهِمۡ خَيۡرٗا وَقَالُواْ هَٰذَآ إِفۡكٞ مُّبِينٞ ﴿12﴾

Nə üçün siz bunu eşitdi­yi­niz za­man mömin kişilər və qa­dın­lar bir-bi­ri­ləri haqda yax­şı fikirdə olub: “Bu, açıq-aydın bir böh­­tandır!”– demə­dilər?

24:13

لَّوۡلَا جَآءُو عَلَيۡهِ بِأَرۡبَعَةِ شُهَدَآءَۚ فَإِذۡ لَمۡ يَأۡتُواْ بِٱلشُّهَدَآءِ فَأُوْلَـٰٓئِكَ عِندَ ٱللَّهِ هُمُ ٱلۡكَٰذِبُونَ ﴿13﴾

Nəyə görə onlar buna dair dörd şahid gətirmədilər? Ma­dam ki, şa­hid gə­tirmədilər, deməli, on­lar Allah ya­nında əsl yalan­çı­­dırlar.

24:14

وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِ لَمَسَّكُمۡ فِي مَآ أَفَضۡتُمۡ فِيهِ عَذَابٌ عَظِيمٌ ﴿14﴾

Əgər Allahın dünyada və axirət­də sizə lütfü və mərhə­məti ol­ma­saydı, dedi-qodula­rı­nıza görə sizə böyük bir əzab toxu­nardı.

24:15

إِذۡ تَلَقَّوۡنَهُۥ بِأَلۡسِنَتِكُمۡ وَتَقُولُونَ بِأَفۡوَاهِكُم مَّا لَيۡسَ لَكُم بِهِۦ عِلۡمٞ وَتَحۡسَبُونَهُۥ هَيِّنٗا وَهُوَ عِندَ ٱللَّهِ عَظِيمٞ ﴿15﴾

O zaman siz bunu dili­ni­zə gəti­rir, bilmədiyiniz sözü da­nışır və onu əhə­miyyətsiz bir şey he­sab edirdiniz. Hal­buki bu, Allah ya­­nında çox böyük günahdır.

24:16

وَلَوۡلَآ إِذۡ سَمِعۡتُمُوهُ قُلۡتُم مَّا يَكُونُ لَنَآ أَن نَّتَكَلَّمَ بِهَٰذَا سُبۡحَٰنَكَ هَٰذَا بُهۡتَٰنٌ عَظِيمٞ ﴿16﴾

Nə üçün siz onu eşit­di­yiniz za­man: “Bizə bunu da­nış­maq ya­­raşmaz. Ey Allah! Sən pak və mü­qəddəssən! Bu, çox böyük bir böh­tandır!”– de­mə­diniz?

24:17

يَعِظُكُمُ ٱللَّهُ أَن تَعُودُواْ لِمِثۡلِهِۦٓ أَبَدًا إِن كُنتُم مُّؤۡمِنِينَ ﴿17﴾

Əgər möminsinizsə, bi­lin ki, Allah sizə bir daha buna bən­zər şeyləri tək­ra­rən etmə­mə­yi­nizi nəsihət edir.

24:18

وَيُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِۚ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ ﴿18﴾

Allah Öz ayələrini sizə belə izah edir. Allah hər şeyi biləndir, hik­mət sahibidir.

24:19

إِنَّ ٱلَّذِينَ يُحِبُّونَ أَن تَشِيعَ ٱلۡفَٰحِشَةُ فِي ٱلَّذِينَ ءَامَنُواْ لَهُمۡ عَذَابٌ أَلِيمٞ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۚ وَٱللَّهُ يَعۡلَمُ وَأَنتُمۡ لَا تَعۡلَمُونَ ﴿19﴾

Möminlər barəsində iy­rənc şayi­ələ­rin yayılmasını is­təyənlər üçün dün­ya­da və axi­rətdə acılı-ağrılı bir əzab var­­dır. Allah bilir, siz isə bil­mir­si­niz.

24:20

وَلَوۡلَا فَضۡلُ ٱللَّهِ عَلَيۡكُمۡ وَرَحۡمَتُهُۥ وَأَنَّ ٱللَّهَ رَءُوفٞ رَّحِيمٞ ﴿20﴾

Əgər Allahın sizə lütfü və mər­hə­məti olmasaydı, Allah şəf­qət­li və rəhm­li ol­masaydı, yaydı­ğınız şayiələrə görə sizi məhv edərdi.