quranm◉

Səhifə 362

Range
from 25:21 to 25:32
Surahs covered
Tərcümə
12 Tərcümə

◉

25:21

وَقَالَ ٱلَّذِينَ لَا يَرۡجُونَ لِقَآءَنَا لَوۡلَآ أُنزِلَ عَلَيۡنَا ٱلۡمَلَـٰٓئِكَةُ أَوۡ نَرَىٰ رَبَّنَاۗ لَقَدِ ٱسۡتَكۡبَرُواْ فِيٓ أَنفُسِهِمۡ وَعَتَوۡ عُتُوّٗا كَبِيرٗا ﴿21﴾

Bizimlə qarşılaşacaqla­rı­nı güman etməyənlər dedilər: “Nə üçün bizə mə­ləklər gön­də­rilmədi? Niyə biz Rəbbi­mizi gör­mü­rük?” Onlar özləri haq­qın­da yüksək fikirdə oldular və böyük üs­yan­karlıq etdilər.

25:22

يَوۡمَ يَرَوۡنَ ٱلۡمَلَـٰٓئِكَةَ لَا بُشۡرَىٰ يَوۡمَئِذٖ لِّلۡمُجۡرِمِينَ وَيَقُولُونَ حِجۡرٗا مَّحۡجُورٗا ﴿22﴾

Məhz mələkləri görə­cək­ləri gün günahkarlara heç bir müj­də olma­ya­caq­. Mələklər deyəcəklər: “Cənnətə girmə­yi­niz qa­da­ğan­dır, qadağan!”

25:23

وَقَدِمۡنَآ إِلَىٰ مَا عَمِلُواْ مِنۡ عَمَلٖ فَجَعَلۡنَٰهُ هَبَآءٗ مَّنثُورًا ﴿23﴾

Biz onların etdikləri əməl­lərə bax­dıqdan sonra onları sov­rul­muş toz dənə­ciklərinə çevi­rərik.

25:24

أَصۡحَٰبُ ٱلۡجَنَّةِ يَوۡمَئِذٍ خَيۡرٞ مُّسۡتَقَرّٗا وَأَحۡسَنُ مَقِيلٗا ﴿24﴾

Həmin gün Cənnət sa­kin­lərinin qalacağı yer daha lə­ta­fət­li və istirahət edəcəyi yer da­ha gözəl olacaq.

25:25

وَيَوۡمَ تَشَقَّقُ ٱلسَّمَآءُ بِٱلۡغَمَٰمِ وَنُزِّلَ ٱلۡمَلَـٰٓئِكَةُ تَنزِيلًا ﴿25﴾

Həmin gün göy buludla par­ça­la­nacaq və mələklər yerə en­di­riləcək­.

25:26

ٱلۡمُلۡكُ يَوۡمَئِذٍ ٱلۡحَقُّ لِلرَّحۡمَٰنِۚ وَكَانَ يَوۡمًا عَلَى ٱلۡكَٰفِرِينَ عَسِيرٗا ﴿26﴾

Həmin gün gerçək hökm vermək ancaq Mərhəmətli Alla­ha məx­susdur. O, kafir­lər üçün çətin bir gün olacaq.

25:27

وَيَوۡمَ يَعَضُّ ٱلظَّالِمُ عَلَىٰ يَدَيۡهِ يَقُولُ يَٰلَيۡتَنِي ٱتَّخَذۡتُ مَعَ ٱلرَّسُولِ سَبِيلٗا ﴿27﴾

Həmin gün zalım kimsə bar­maq­larını dişləyərək deyə­cək­: “Kaş ki, mən Peyğəm­bərin yolunu tutub gedəy­dim!

25:28

يَٰوَيۡلَتَىٰ لَيۡتَنِي لَمۡ أَتَّخِذۡ فُلَانًا خَلِيلٗا ﴿28﴾

Vay halıma! Kaş ki, fi­lan­kəslə dost olmayaydım!

25:29

لَّقَدۡ أَضَلَّنِي عَنِ ٱلذِّكۡرِ بَعۡدَ إِذۡ جَآءَنِيۗ وَكَانَ ٱلشَّيۡطَٰنُ لِلۡإِنسَٰنِ خَذُولٗا ﴿29﴾

Çünki Zikr mənə çat­dıq­dan son­ra o məni ondan uzaq­laş­dır­dı”. Hə­qi­qətən, şeytan in­sanı tənha qoyub qaçan­dır.

25:30

وَقَالَ ٱلرَّسُولُ يَٰرَبِّ إِنَّ قَوۡمِي ٱتَّخَذُواْ هَٰذَا ٱلۡقُرۡءَانَ مَهۡجُورٗا ﴿30﴾

Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk et­di!”– de­yəcək.

25:31

وَكَذَٰلِكَ جَعَلۡنَا لِكُلِّ نَبِيٍّ عَدُوّٗا مِّنَ ٱلۡمُجۡرِمِينَۗ وَكَفَىٰ بِرَبِّكَ هَادِيٗا وَنَصِيرٗا ﴿31﴾

Beləcə, Biz hər peyğəm­bər üçün günahkarlardan bir düş­mən etdik. Doğ­ru yol gös­təricisi və yardımçı olaraq Rəb­bin sənə ye­tər.

25:32

وَقَالَ ٱلَّذِينَ كَفَرُواْ لَوۡلَا نُزِّلَ عَلَيۡهِ ٱلۡقُرۡءَانُ جُمۡلَةٗ وَٰحِدَةٗۚ كَذَٰلِكَ لِنُثَبِّتَ بِهِۦ فُؤَادَكَۖ وَرَتَّلۡنَٰهُ تَرۡتِيلٗا ﴿32﴾

Kafirlər dedilər: “Nə üçün Quran ona bir dəfəyə bütöv na­zil olmadı?” Biz onu sənin qəl­bini möhkəmləndir­mək üçün tədri­cən nazil etdik və onu ən gö­zəl şəkildə ayəbəayə izah et­dik.