quranm◉

Səhifə 363

Range
from 25:33 to 25:43
Surahs covered
Tərcümə
11 Tərcümə

◉

25:33

وَلَا يَأۡتُونَكَ بِمَثَلٍ إِلَّا جِئۡنَٰكَ بِٱلۡحَقِّ وَأَحۡسَنَ تَفۡسِيرًا ﴿33﴾

Onlar sənin yanına gəlib elə bir mə­səl çəkməzlər ki, ona ca­vab olaraq Biz sə­nə haqqı və ən yaxşı yozumu ver­mə­yək.

25:34

ٱلَّذِينَ يُحۡشَرُونَ عَلَىٰ وُجُوهِهِمۡ إِلَىٰ جَهَنَّمَ أُوْلَـٰٓئِكَ شَرّٞ مَّكَانٗا وَأَضَلُّ سَبِيلٗا ﴿34﴾

Üzüstə sürüklənib Cə­hən­nəmə top­lanacaq kimsələr – məhz onlar yerləri ən pis olan, haqq yoldan ən çox azan kim­sələrdir.

25:35

وَلَقَدۡ ءَاتَيۡنَا مُوسَى ٱلۡكِتَٰبَ وَجَعَلۡنَا مَعَهُۥٓ أَخَاهُ هَٰرُونَ وَزِيرٗا ﴿35﴾

Həqiqətən, Kitabı Mu­sa­ya Biz ver­dik və qardaşı Ha­ru­nu da ona köməkçi etdik.

25:36

فَقُلۡنَا ٱذۡهَبَآ إِلَى ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِنَا فَدَمَّرۡنَٰهُمۡ تَدۡمِيرٗا ﴿36﴾

Onlara: “Ayələrimizi ya­lan sa­yan bir tayfanın yanına ge­din!”– dedik. Sonra Biz o tay­fanı yerli-dibli yox et­dik.

25:37

وَقَوۡمَ نُوحٖ لَّمَّا كَذَّبُواْ ٱلرُّسُلَ أَغۡرَقۡنَٰهُمۡ وَجَعَلۡنَٰهُمۡ لِلنَّاسِ ءَايَةٗۖ وَأَعۡتَدۡنَا لِلظَّـٰلِمِينَ عَذَابًا أَلِيمٗا ﴿37﴾

Biz Nuh qövmünü elçi­ləri yalan­çı saydıqları zaman suda ba­tırdıq və onları insan­lar üçün bir ibrət etdik. Biz za­lım­lar üçün ağ­rılı-acılı bir əzab ha­zır­la­mışıq.

25:38

وَعَادٗا وَثَمُودَاْ وَأَصۡحَٰبَ ٱلرَّسِّ وَقُرُونَۢا بَيۡنَ ذَٰلِكَ كَثِيرٗا ﴿38﴾

Biz Adı, Səmudu, Rəss əhlini və onların arasında olan bir çox nəsilləri də məhv etdik.

25:39

وَكُلّٗا ضَرَبۡنَا لَهُ ٱلۡأَمۡثَٰلَۖ وَكُلّٗا تَبَّرۡنَا تَتۡبِيرٗا ﴿39﴾

Biz onların hamısına mə­səllər çək­­dik və onların ha­mı­sını büs­bütün məhv etdik.

25:40

وَلَقَدۡ أَتَوۡاْ عَلَى ٱلۡقَرۡيَةِ ٱلَّتِيٓ أُمۡطِرَتۡ مَطَرَ ٱلسَّوۡءِۚ أَفَلَمۡ يَكُونُواْ يَرَوۡنَهَاۚ بَلۡ كَانُواْ لَا يَرۡجُونَ نُشُورٗا ﴿40﴾

Məkkə müşrikləri bəla yağ­muru düşüb viran qalmış şəhə­rin ya­nından keç­mişdilər. Mə­gər onlar onu görmə­miş­­di­lər? Xeyr, on­lar öldükdən son­ra di­rilməyə inanmırlar.

25:41

وَإِذَا رَأَوۡكَ إِن يَتَّخِذُونَكَ إِلَّا هُزُوًا أَهَٰذَا ٱلَّذِي بَعَثَ ٱللَّهُ رَسُولًا ﴿41﴾

Onlar səni gördükdə an­caq sənə lağ edir və deyirlər: “Bu­dur­mu Allahın elçi göndər­diyi kəs?

25:42

إِن كَادَ لَيُضِلُّنَا عَنۡ ءَالِهَتِنَا لَوۡلَآ أَن صَبَرۡنَا عَلَيۡهَاۚ وَسَوۡفَ يَعۡلَمُونَ حِينَ يَرَوۡنَ ٱلۡعَذَابَ مَنۡ أَضَلُّ سَبِيلًا ﴿42﴾

Əgər biz məbudlarımıza tapın­maq­da səbirli olma­say­dıq, az qa­la o bizi on­lardan uzaq­laş­dıracaqdı”. Onlar əzabı gör­dük­ləri za­man kimin haqq yol­dan daha çox azdığını anlaya­caq­lar.

25:43

أَرَءَيۡتَ مَنِ ٱتَّخَذَ إِلَٰهَهُۥ هَوَىٰهُ أَفَأَنتَ تَكُونُ عَلَيۡهِ وَكِيلًا ﴿43﴾

Nəfsinin istəyini ilahi­ləş­dirən kim­səni gördünmü? Sən ona və­killikmi edəcəksən?