quranm◉

Səhifə 366

Range
from 25:68 to 25:77
Surahs covered
Tərcümə
10 Tərcümə

◉

25:68

وَٱلَّذِينَ لَا يَدۡعُونَ مَعَ ٱللَّهِ إِلَٰهًا ءَاخَرَ وَلَا يَقۡتُلُونَ ٱلنَّفۡسَ ٱلَّتِي حَرَّمَ ٱللَّهُ إِلَّا بِٱلۡحَقِّ وَلَا يَزۡنُونَۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ يَلۡقَ أَثَامٗا ﴿68﴾

Onlar Allahla yanaşı baş­qa mə­buda yalvarmaz, Alla­hın ha­ram etdiyi cana haqsız yerə qıymaz və zina etməz­lər. Bu­nu edən kim­sə cəzalandı­rılar.

25:69

يُضَٰعَفۡ لَهُ ٱلۡعَذَابُ يَوۡمَ ٱلۡقِيَٰمَةِ وَيَخۡلُدۡ فِيهِۦ مُهَانًا ﴿69﴾

Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zə­lil olub əbədi qalar.

25:70

إِلَّا مَن تَابَ وَءَامَنَ وَعَمِلَ عَمَلٗا صَٰلِحٗا فَأُوْلَـٰٓئِكَ يُبَدِّلُ ٱللَّهُ سَيِّـَٔاتِهِمۡ حَسَنَٰتٖۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمٗا ﴿70﴾

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edən­lərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağış­layandır, Rəhm­­­lidir!

25:71

وَمَن تَابَ وَعَمِلَ صَٰلِحٗا فَإِنَّهُۥ يَتُوبُ إِلَى ٱللَّهِ مَتَابٗا ﴿71﴾

Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Alla­ha tə­rəf qayıtmış olar.

25:72

وَٱلَّذِينَ لَا يَشۡهَدُونَ ٱلزُّورَ وَإِذَا مَرُّواْ بِٱللَّغۡوِ مَرُّواْ كِرَامٗا ﴿72﴾

Onlar yalandan şahidlik etməz, lağlağı məclisinə rast gəl­dik­də oradan ləyaqətlə ötüb keçərlər.

25:73

وَٱلَّذِينَ إِذَا ذُكِّرُواْ بِـَٔايَٰتِ رَبِّهِمۡ لَمۡ يَخِرُّواْ عَلَيۡهَا صُمّٗا وَعُمۡيَانٗا ﴿73﴾

Onlara Rəbbinin ayələri xatır­lan­dı­ğı zaman o ayələrə qarşı kar və kor ki­mi davran­mazlar.

25:74

وَٱلَّذِينَ يَقُولُونَ رَبَّنَا هَبۡ لَنَا مِنۡ أَزۡوَٰجِنَا وَذُرِّيَّـٰتِنَا قُرَّةَ أَعۡيُنٖ وَٱجۡعَلۡنَا لِلۡمُتَّقِينَ إِمَامًا ﴿74﴾

Onlar deyərlər: “Ey Rəb­bimiz! Bi­zə gözümüzün ay­dın­lığı olan zövcələr və övladlar bəxş et və bizi müttə­qi­lə­rə imam et!”

25:75

أُوْلَـٰٓئِكَ يُجۡزَوۡنَ ٱلۡغُرۡفَةَ بِمَا صَبَرُواْ وَيُلَقَّوۡنَ فِيهَا تَحِيَّةٗ وَسَلَٰمًا ﴿75﴾

Onlar səbir etdiklərinə gö­rə Cən­nətdə olan yüksək mə­qam­la mü­kafatlan­dırılacaq, orada xeyir-dua ilə, salamla qarşıla­na­caqlar.

25:76

خَٰلِدِينَ فِيهَاۚ حَسُنَتۡ مُسۡتَقَرّٗا وَمُقَامٗا ﴿76﴾

Onlar orada əbədi qala­caqlar. Ora nə gözəl məskən, necə də gö­zəl iqa­mət­gahdır!

25:77

قُلۡ مَا يَعۡبَؤُاْ بِكُمۡ رَبِّي لَوۡلَا دُعَآؤُكُمۡۖ فَقَدۡ كَذَّبۡتُمۡ فَسَوۡفَ يَكُونُ لِزَامَۢا ﴿77﴾

De: “Əgər yalvarma­ğı­nız olma­saydı, Rəbbim sizə diqqət ye­tir­­məzdi. Siz haqqı yalan say­dınız. Ona görə də əzab sizi ra­hat bu­rax­mayacaq!”