quranm◉

Səhifə 368

Range
from 26:20 to 26:39
Surahs covered
Tərcümə
20 Tərcümə

◉

26:20

قَالَ فَعَلۡتُهَآ إِذٗا وَأَنَا۠ مِنَ ٱلضَّآلِّينَ ﴿20﴾

Musa dedi: “Mən onu edəndə na­dan olmuşam.

26:21

فَفَرَرۡتُ مِنكُمۡ لَمَّا خِفۡتُكُمۡ فَوَهَبَ لِي رَبِّي حُكۡمٗا وَجَعَلَنِي مِنَ ٱلۡمُرۡسَلِينَ ﴿21﴾

Mən sizdən qorxduğum üçün ya­nı­nızdan qaçıb get­dim. Am­ma son­ra­dan Rəbbim mə­nə hökmranlıq verdi və məni el­çi­lər­dən et­di.

26:22

وَتِلۡكَ نِعۡمَةٞ تَمُنُّهَا عَلَيَّ أَنۡ عَبَّدتَّ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ ﴿22﴾

Başıma qaxdığın o ne­mə­tin də İs­rail oğullarını özünə kölə et­məyindir”.

26:23

قَالَ فِرۡعَوۡنُ وَمَا رَبُّ ٱلۡعَٰلَمِينَ ﴿23﴾

Firon dedi: “Aləmlərin Rəbbi nə­dir?”

26:24

قَالَ رَبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُم مُّوقِنِينَ ﴿24﴾

Musa dedi: “Əgər yə­qin­liklə ina­nırsınızsa, bilin ki, O, göylə­rin, yerin və onların ara­sında olanların Rəbbidir!”

26:25

قَالَ لِمَنۡ حَوۡلَهُۥٓ أَلَا تَسۡتَمِعُونَ ﴿25﴾

Firon ətrafındakılara de­di: “Onun nə danışdığını eşit­mir­si­niz­mi?”

26:26

قَالَ رَبُّكُمۡ وَرَبُّ ءَابَآئِكُمُ ٱلۡأَوَّلِينَ ﴿26﴾

Musa dedi: “O sizin də, ulu baba­larınızın da Rəbbi­dir!”

26:27

قَالَ إِنَّ رَسُولَكُمُ ٱلَّذِيٓ أُرۡسِلَ إِلَيۡكُمۡ لَمَجۡنُونٞ ﴿27﴾

Firon dedi: “Sizə gön­də­rilmiş bu elçi, sözsüz ki, dəli­dir!”

26:28

قَالَ رَبُّ ٱلۡمَشۡرِقِ وَٱلۡمَغۡرِبِ وَمَا بَيۡنَهُمَآۖ إِن كُنتُمۡ تَعۡقِلُونَ ﴿28﴾

Musa dedi: “Əgər anla­yır­sınızsa, bilin ki, O, şərqin, qər­bin və bunların arasında olan­ların Rəbbidir!”

26:29

قَالَ لَئِنِ ٱتَّخَذۡتَ إِلَٰهًا غَيۡرِي لَأَجۡعَلَنَّكَ مِنَ ٱلۡمَسۡجُونِينَ ﴿29﴾

Firon dedi: “Əgər mən­dən baş­qa­sına sitayiş etsən, sə­ni məh­busların ya­nına ata­ram!”

26:30

قَالَ أَوَلَوۡ جِئۡتُكَ بِشَيۡءٖ مُّبِينٖ ﴿30﴾

Musa dedi: “Bəs sənə açıq-aşkar bir şey göstərsəm necə?”

26:31

قَالَ فَأۡتِ بِهِۦٓ إِن كُنتَ مِنَ ٱلصَّـٰدِقِينَ ﴿31﴾

Firon dedi: “Əgər doğru danı­şan­lardansansa, göstər onu!”

26:32

فَأَلۡقَىٰ عَصَاهُ فَإِذَا هِيَ ثُعۡبَانٞ مُّبِينٞ ﴿32﴾

Musa əsasını yerə atınca, o dərhal dönüb açıq-aşkar bir ilana çev­rildi.

26:33

وَنَزَعَ يَدَهُۥ فَإِذَا هِيَ بَيۡضَآءُ لِلنَّـٰظِرِينَ ﴿33﴾

Əlini qoynundan çıxar­dan kimi o, baxanların gözü qa­ba­ğın­da ağap­paq nur saçan bir əl oldu.

26:34

قَالَ لِلۡمَلَإِ حَوۡلَهُۥٓ إِنَّ هَٰذَا لَسَٰحِرٌ عَلِيمٞ ﴿34﴾

Firon ətrafındakı zadə­ganlara de­di: “Həqiqətən də, bu, bi­lik­li bir sehr­bazdır!

26:35

يُرِيدُ أَن يُخۡرِجَكُم مِّنۡ أَرۡضِكُم بِسِحۡرِهِۦ فَمَاذَا تَأۡمُرُونَ ﴿35﴾

O öz sehri ilə sizi torpa­ğınızdan çıxartmaq istəyir. Nə təklif edir­siniz?”

26:36

قَالُوٓاْ أَرۡجِهۡ وَأَخَاهُ وَٱبۡعَثۡ فِي ٱلۡمَدَآئِنِ حَٰشِرِينَ ﴿36﴾

Onlar dedilər: “Onu qar­daşı ilə bir qədər gözlət və şə­hə­r­lə­rə adam yığanlar gön­dər ki,

26:37

يَأۡتُوكَ بِكُلِّ سَحَّارٍ عَلِيمٖ ﴿37﴾

bütün bilikli sehrbazları sənin yanına gətirsinlər”.

26:38

فَجُمِعَ ٱلسَّحَرَةُ لِمِيقَٰتِ يَوۡمٖ مَّعۡلُومٖ ﴿38﴾

Beləliklə, sehrbazlar bəl­li bir gü­nün müəyyən edilmiş vax­tın­da toplan­dı­lar.

26:39

وَقِيلَ لِلنَّاسِ هَلۡ أَنتُم مُّجۡتَمِعُونَ ﴿39﴾

Camaata deyildi: “Siz də yığışırsı­nızmı?