quranm◉

Səhifə 370

Range
from 26:61 to 26:83
Surahs covered
Tərcümə
23 Tərcümə

◉

26:61

فَلَمَّا تَرَـٰٓءَا ٱلۡجَمۡعَانِ قَالَ أَصۡحَٰبُ مُوسَىٰٓ إِنَّا لَمُدۡرَكُونَ ﴿61﴾

İki dəstə bir-birini gö­rün­cə Musa­nın səhabələri: “Biz ya­­xa­la­nacağıq!”– de­dilər.

26:62

قَالَ كَلَّآۖ إِنَّ مَعِيَ رَبِّي سَيَهۡدِينِ ﴿62﴾

Musa dedi: “Xeyr, Rəb­bim mə­nim­lədir. O mənə doğ­ru yol gös­tərə­cək­!”

26:63

فَأَوۡحَيۡنَآ إِلَىٰ مُوسَىٰٓ أَنِ ٱضۡرِب بِّعَصَاكَ ٱلۡبَحۡرَۖ فَٱنفَلَقَ فَكَانَ كُلُّ فِرۡقٖ كَٱلطَّوۡدِ ٱلۡعَظِيمِ ﴿63﴾

Biz Musaya: “Əsanla də­nizə vur!”– deyə vəhy etdik. Də­niz dər­hal ya­rıldı, on iki yol açıl­dı və hər biri nəhəng bir dağ ki­mi oldu.

26:64

وَأَزۡلَفۡنَا ثَمَّ ٱلۡأٓخَرِينَ ﴿64﴾

O birilərini də ora ya­xın­laşdır­dıq.

26:65

وَأَنجَيۡنَا مُوسَىٰ وَمَن مَّعَهُۥٓ أَجۡمَعِينَ ﴿65﴾

Musa və onunla birlikdə olan­la­rın hamısını xilas etdik.

26:66

ثُمَّ أَغۡرَقۡنَا ٱلۡأٓخَرِينَ ﴿66﴾

O birilərini isə suya qərq etdik.

26:67

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ ﴿67﴾

Şübhəsiz ki, bu heka­yətdə bir ibrət vardır. Lakin onların çoxu iman gə­tir­mə­di.

26:68

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ ﴿68﴾

Həqiqətən, sənin Rəbbin Qüdrət­lidir, Rəhmlidir.

26:69

وَٱتۡلُ عَلَيۡهِمۡ نَبَأَ إِبۡرَٰهِيمَ ﴿69﴾

Onlara İbrahimin əh­va­latını da oxu.

26:70

إِذۡ قَالَ لِأَبِيهِ وَقَوۡمِهِۦ مَا تَعۡبُدُونَ ﴿70﴾

Bir zaman o öz atasına və tayfa­sına: “Nəyə ibadət edir­si­niz?”– demiş­di.

26:71

قَالُواْ نَعۡبُدُ أَصۡنَامٗا فَنَظَلُّ لَهَا عَٰكِفِينَ ﴿71﴾

Onlar dedilər: “Biz büt­lə­rə iba­dət edir və onlara tapın­maq­da davam edi­rik”.

26:72

قَالَ هَلۡ يَسۡمَعُونَكُمۡ إِذۡ تَدۡعُونَ ﴿72﴾

O dedi: “Onlara yalvar­dığınız za­man sizi eşidirlərmi?

26:73

أَوۡ يَنفَعُونَكُمۡ أَوۡ يَضُرُّونَ ﴿73﴾

Yaxud sizə xeyir və ya zərər ve­rirlərmi?”

26:74

قَالُواْ بَلۡ وَجَدۡنَآ ءَابَآءَنَا كَذَٰلِكَ يَفۡعَلُونَ ﴿74﴾

Onlar dedilər: “Xeyr, am­ma biz öz atalarımızın belə et­dik­lə­ri­ni gör­dük”.

26:75

قَالَ أَفَرَءَيۡتُم مَّا كُنتُمۡ تَعۡبُدُونَ ﴿75﴾

O dedi: “Siz nəyə ibadət et­diyi­ni­zi görürsünüzmü –

26:76

أَنتُمۡ وَءَابَآؤُكُمُ ٱلۡأَقۡدَمُونَ ﴿76﴾

həm siz, həm də ulu ba­balarınız?

26:77

فَإِنَّهُمۡ عَدُوّٞ لِّيٓ إِلَّا رَبَّ ٱلۡعَٰلَمِينَ ﴿77﴾

Aləmlərin Rəbbindən baş­qa, on­ların hamısı mənim düş­mə­nim­dir.

26:78

ٱلَّذِي خَلَقَنِي فَهُوَ يَهۡدِينِ ﴿78﴾

O Rəbb ki, məni yarat­mış və mə­ni doğru yola yö­nəlt­miş­dir;

26:79

وَٱلَّذِي هُوَ يُطۡعِمُنِي وَيَسۡقِينِ ﴿79﴾

O Rəbb ki, məni yedirdir və içir­dir;

26:80

وَإِذَا مَرِضۡتُ فَهُوَ يَشۡفِينِ ﴿80﴾

O Rəbb ki, xəstələndi­yim zaman mənə şəfa verir;

26:81

وَٱلَّذِي يُمِيتُنِي ثُمَّ يُحۡيِينِ ﴿81﴾

O Rəbb ki, məni öldü­rə­cək, son­ra dirildəcəkdir;

26:82

وَٱلَّذِيٓ أَطۡمَعُ أَن يَغۡفِرَ لِي خَطِيٓـَٔتِي يَوۡمَ ٱلدِّينِ ﴿82﴾

O Rəbb ki, Haqq-hesab günü xə­talarımı bağışlayaca­ğı­nı On­dan umu­ram.

26:83

رَبِّ هَبۡ لِي حُكۡمٗا وَأَلۡحِقۡنِي بِٱلصَّـٰلِحِينَ ﴿83﴾

Ey Rəbbim! Mənə hik­mət ver və məni əməlisalehlə­rə qo­vuş­dur!