quranm◉

Səhifə 378

Range
from 27:14 to 27:22
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

27:14

وَجَحَدُواْ بِهَا وَٱسۡتَيۡقَنَتۡهَآ أَنفُسُهُمۡ ظُلۡمٗا وَعُلُوّٗاۚ فَٱنظُرۡ كَيۡفَ كَانَ عَٰقِبَةُ ٱلۡمُفۡسِدِينَ ﴿14﴾

Buna qəti inandıqları hal­da, haq­sızcasına və təşəx­xüslə on­la­rı inkar et­dilər. Gör fəsad törədənlərin aqibəti ne­cə oldu!

27:15

وَلَقَدۡ ءَاتَيۡنَا دَاوُۥدَ وَسُلَيۡمَٰنَ عِلۡمٗاۖ وَقَالَا ٱلۡحَمۡدُ لِلَّهِ ٱلَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٖ مِّنۡ عِبَادِهِ ٱلۡمُؤۡمِنِينَ ﴿15﴾

Biz Davuda və Süleyma­na elm verdik. Onlar dedi­lər: “Bizi Öz mömin qullarının ço­xundan üstün tutan Alla­ha həmd olsun!”

27:16

وَوَرِثَ سُلَيۡمَٰنُ دَاوُۥدَۖ وَقَالَ يَـٰٓأَيُّهَا ٱلنَّاسُ عُلِّمۡنَا مَنطِقَ ٱلطَّيۡرِ وَأُوتِينَا مِن كُلِّ شَيۡءٍۖ إِنَّ هَٰذَا لَهُوَ ٱلۡفَضۡلُ ٱلۡمُبِينُ ﴿16﴾

Süleyman Davuda pey­ğəmbərlikdə varis oldu və dedi: “Ey in­san­lar! Bizə quş dili öy­rədildi və bizə hər şeydən ve­­rildi. Həqi­qə­tən, bu, bizə gös­tə­rilən açıq-aşkar üstünlükdür”.

27:17

وَحُشِرَ لِسُلَيۡمَٰنَ جُنُودُهُۥ مِنَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ وَٱلطَّيۡرِ فَهُمۡ يُوزَعُونَ ﴿17﴾

Süleymanın cinlərdən, in­sanlar­dan və quşlardan iba­rət qo­şu­nu top­la­ndı. Onlar mün­tə­zəm şəkildə yerbəyer edil­dilər.

27:18

حَتَّىٰٓ إِذَآ أَتَوۡاْ عَلَىٰ وَادِ ٱلنَّمۡلِ قَالَتۡ نَمۡلَةٞ يَـٰٓأَيُّهَا ٱلنَّمۡلُ ٱدۡخُلُواْ مَسَٰكِنَكُمۡ لَا يَحۡطِمَنَّكُمۡ سُلَيۡمَٰنُ وَجُنُودُهُۥ وَهُمۡ لَا يَشۡعُرُونَ ﴿18﴾

Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir qa­rışqa de­­di: “Ey qa­rışqalar! Yu­valarınıza girin ki, Süley­man və onun qo­şu­nu özləri də hiss et­mə­dən si­zi tapdayıb məhv etmə­sinlər”.

27:19

فَتَبَسَّمَ ضَاحِكٗا مِّن قَوۡلِهَا وَقَالَ رَبِّ أَوۡزِعۡنِيٓ أَنۡ أَشۡكُرَ نِعۡمَتَكَ ٱلَّتِيٓ أَنۡعَمۡتَ عَلَيَّ وَعَلَىٰ وَٰلِدَيَّ وَأَنۡ أَعۡمَلَ صَٰلِحٗا تَرۡضَىٰهُ وَأَدۡخِلۡنِي بِرَحۡمَتِكَ فِي عِبَادِكَ ٱلصَّـٰلِحِينَ ﴿19﴾

Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəb­bim! Mə­nə həm mənim özü­mə, həm də vali­deyn­lə­ri­mə əta et­di­yin nemətə şükür et­mək üçün, Sənin razı qala­ca­ğın yax­şı əməli et­mək üçün il­ham ver və məni Öz mər­hə­mə­tinlə əməli­saleh qul­la­rı­na qo­vuş­dur!”

27:20

وَتَفَقَّدَ ٱلطَّيۡرَ فَقَالَ مَالِيَ لَآ أَرَى ٱلۡهُدۡهُدَ أَمۡ كَانَ مِنَ ٱلۡغَآئِبِينَ ﴿20﴾

Süleyman quşları nəzər­dən keçi­rib dedi: “Hüdhüdü nə üçün gör­mü­rəm? Yoxsa o bu­rada yoxdur?

27:21

لَأُعَذِّبَنَّهُۥ عَذَابٗا شَدِيدًا أَوۡ لَأَاْذۡبَحَنَّهُۥٓ أَوۡ لَيَأۡتِيَنِّي بِسُلۡطَٰنٖ مُّبِينٖ ﴿21﴾

O, ya mənə aşkar bir də­lil gə­tir­məlidir, ya da mən ona şid­dət­li bir əzab vermə­liyəm və yaxud da tutub bo­ğa­zını üz­mə­li­yəm”.

27:22

فَمَكَثَ غَيۡرَ بَعِيدٖ فَقَالَ أَحَطتُ بِمَا لَمۡ تُحِطۡ بِهِۦ وَجِئۡتُكَ مِن سَبَإِۭ بِنَبَإٖ يَقِينٍ ﴿22﴾

Çox keçmədən hüdhüd gəlib de­di: “Mən sənin bilmə­diyin bir şeyi öy­rəndim. Sənə Səbadan doğru bir xəbər gətir­mişəm.