quranm◉

Səhifə 379

Range
from 27:23 to 27:35
Surahs covered
Tərcümə
13 Tərcümə

◉

27:23

إِنِّي وَجَدتُّ ٱمۡرَأَةٗ تَمۡلِكُهُمۡ وَأُوتِيَتۡ مِن كُلِّ شَيۡءٖ وَلَهَا عَرۡشٌ عَظِيمٞ ﴿23﴾

Mən onlara padşahlıq edən, özü­nə hər şey verilmiş və çox bö­­yük taxtı olan bir qa­dın gördüm.

27:24

وَجَدتُّهَا وَقَوۡمَهَا يَسۡجُدُونَ لِلشَّمۡسِ مِن دُونِ ٱللَّهِ وَزَيَّنَ لَهُمُ ٱلشَّيۡطَٰنُ أَعۡمَٰلَهُمۡ فَصَدَّهُمۡ عَنِ ٱلسَّبِيلِ فَهُمۡ لَا يَهۡتَدُونَ ﴿24﴾

Mən onun və tayfasının Allahı qoyub günəşə səcdə et­dik­lə­ri­nin şahidi oldum. Şey­tan onların əməllərini öz­lə­rinə gözəl gös­tər­miş və onları haqq yol­dan çıxartdığına görə haq­qın yolunu tapa bil­mirlər.

27:25

أَلَّاۤ يَسۡجُدُواْۤ لِلَّهِ ٱلَّذِي يُخۡرِجُ ٱلۡخَبۡءَ فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَيَعۡلَمُ مَا تُخۡفُونَ وَمَا تُعۡلِنُونَ ﴿25﴾

Şeytan ona görə belə et­miş­dir ki, göylərdə və yerdə gizli olanı aş­kara çı­xardan, si­zin giz­lətdiklərinizi də, üzə çı­xart­dıq­larınızı da Bi­lən Allaha səcdə etməsinlər.

27:26

ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ رَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ۩ ﴿26﴾

Böyük Ərşin Rəbbi olan Allah­dan başqa ibadətə layiq olan mə­bud yoxdur”.

27:27

قَالَ سَنَنظُرُ أَصَدَقۡتَ أَمۡ كُنتَ مِنَ ٱلۡكَٰذِبِينَ ﴿27﴾

Süleyman dedi: “Baxaq gö­rək, sən doğru deyirsən, yoxsa ya­lan­çılar­dansan.

27:28

ٱذۡهَب بِّكِتَٰبِي هَٰذَا فَأَلۡقِهۡ إِلَيۡهِمۡ ثُمَّ تَوَلَّ عَنۡهُمۡ فَٱنظُرۡ مَاذَا يَرۡجِعُونَ ﴿28﴾

Mənim bu məktubumu apar on­ların yanına at. Sonra bir qə­dər uzaqda dur və bax gör nə cavab verəcəklər!”

27:29

قَالَتۡ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ إِنِّيٓ أُلۡقِيَ إِلَيَّ كِتَٰبٞ كَرِيمٌ ﴿29﴾

Qadın dedi: «Ey əyan­lar! Mənə çox əhəmiyyətli bir mək­tub atıl­dı.

27:30

إِنَّهُۥ مِن سُلَيۡمَٰنَ وَإِنَّهُۥ بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ ﴿30﴾

O məktub Süleymandan­dır və on­da deyilir: “Mərhə­mət­li və Rəhm­li Alla­hın adı ilə!

27:31

أَلَّا تَعۡلُواْ عَلَيَّ وَأۡتُونِي مُسۡلِمِينَ ﴿31﴾

Mənə qarşı təkəbbür gös­tərməyin və yanıma müsəl­man ola­raq gəlin!”»

27:32

قَالَتۡ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَفۡتُونِي فِيٓ أَمۡرِي مَا كُنتُ قَاطِعَةً أَمۡرًا حَتَّىٰ تَشۡهَدُونِ ﴿32﴾

Qadın dedi: “Ey əyanlar! Bu iş ba­rəsində mənə məsləhət ve­rin. Mən heç vaxt siz ya­nım­da olmayınca qəti qərar ver­­mə­mi­şəm.”

27:33

قَالُواْ نَحۡنُ أُوْلُواْ قُوَّةٖ وَأُوْلُواْ بَأۡسٖ شَدِيدٖ وَٱلۡأَمۡرُ إِلَيۡكِ فَٱنظُرِي مَاذَا تَأۡمُرِينَ ﴿33﴾

Onlar dedilər: “Biz bö­yük bir qüv­vət və qüdrət sahi­biyik. Bu­yu­ruq isə sənindir. Nə bu­yu­racağını özün düşün!”

27:34

قَالَتۡ إِنَّ ٱلۡمُلُوكَ إِذَا دَخَلُواْ قَرۡيَةً أَفۡسَدُوهَا وَجَعَلُوٓاْ أَعِزَّةَ أَهۡلِهَآ أَذِلَّةٗۚ وَكَذَٰلِكَ يَفۡعَلُونَ ﴿34﴾

Qadın dedi: Hökmdarlar hər han­sı bir məmləkətə so­xul­duq­la­rı za­man onu viran qo­yar, xalqının hörmətli adam­larını da zəlil edər­lər. Onlar bax belə edərlər.

27:35

وَإِنِّي مُرۡسِلَةٌ إِلَيۡهِم بِهَدِيَّةٖ فَنَاظِرَةُۢ بِمَ يَرۡجِعُ ٱلۡمُرۡسَلُونَ ﴿35﴾

Mən onlara bir hədiyyə göndə­rə­cəyəm və baxacağam gö­rüm elçilər nə ilə qayıda­caq­lar.