quranm◉

Səhifə 380

Range
from 27:36 to 27:44
Surahs covered
Tərcümə
9 Tərcümə

◉

27:36

فَلَمَّا جَآءَ سُلَيۡمَٰنَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٖ فَمَآ ءَاتَىٰنِۦَ ٱللَّهُ خَيۡرٞ مِّمَّآ ءَاتَىٰكُمۚ بَلۡ أَنتُم بِهَدِيَّتِكُمۡ تَفۡرَحُونَ ﴿36﴾

Elçilər Süleymanın ya­nı­na gəldik­də o dedi: “Siz mənə mal-döv­lətləmi yardım edirsi­niz? Allahın mənə bəxş etdiyi sizin ver­di­yi­nizdən daha yax­şı­dır. Siz isə ancaq öz bəx­şiş­lə­rinizlə fə­rəh­lə­nir­si­niz.

27:37

ٱرۡجِعۡ إِلَيۡهِمۡ فَلَنَأۡتِيَنَّهُم بِجُنُودٖ لَّا قِبَلَ لَهُم بِهَا وَلَنُخۡرِجَنَّهُم مِّنۡهَآ أَذِلَّةٗ وَهُمۡ صَٰغِرُونَ ﴿37﴾

Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bil­məyə­cəkləri bir ordu ilə gəlib onları oradan zəlil və al­çalmış və­ziy­yətdə çıxardarıq!”

27:38

قَالَ يَـٰٓأَيُّهَا ٱلۡمَلَؤُاْ أَيُّكُمۡ يَأۡتِينِي بِعَرۡشِهَا قَبۡلَ أَن يَأۡتُونِي مُسۡلِمِينَ ﴿38﴾

Süleyman dedi: “Ey əyan­lar! Onlar müti olaraq yanıma gəl­mə­miş hansınız onun tax­tı­nı mənə gətirə bilər?”

27:39

قَالَ عِفۡرِيتٞ مِّنَ ٱلۡجِنِّ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن تَقُومَ مِن مَّقَامِكَۖ وَإِنِّي عَلَيۡهِ لَقَوِيٌّ أَمِينٞ ﴿39﴾

Cinlərdən çox qüvvətli birisi de­di: “Sən yerindən qalx­ma­mış mən onu sənə gə­ti­rə­rəm. Mən bu işi görməyə çox qüv­vət­li­yəm, etibarlı­yam!”

27:40

قَالَ ٱلَّذِي عِندَهُۥ عِلۡمٞ مِّنَ ٱلۡكِتَٰبِ أَنَا۠ ءَاتِيكَ بِهِۦ قَبۡلَ أَن يَرۡتَدَّ إِلَيۡكَ طَرۡفُكَۚ فَلَمَّا رَءَاهُ مُسۡتَقِرًّا عِندَهُۥ قَالَ هَٰذَا مِن فَضۡلِ رَبِّي لِيَبۡلُوَنِيٓ ءَأَشۡكُرُ أَمۡ أَكۡفُرُۖ وَمَن شَكَرَ فَإِنَّمَا يَشۡكُرُ لِنَفۡسِهِۦۖ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيّٞ كَرِيمٞ ﴿40﴾

Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi: “Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman o taxtı ya­nında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfün­dəndir ki, məni sınağa çəksin, görsün şükür edə­cə­yəm, yoxsa nankor olacağam! Kim şü­kür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nan­kor olsa, bilsin ki, hə­qi­qə­tən, Rəbbim onun şükrünə möhtac de­yil, Səxavətlidir!”

27:41

قَالَ نَكِّرُواْ لَهَا عَرۡشَهَا نَنظُرۡ أَتَهۡتَدِيٓ أَمۡ تَكُونُ مِنَ ٱلَّذِينَ لَا يَهۡتَدُونَ ﴿41﴾

Süleyman dedi: “Onun taxtını ta­nınmaz hala salın, gö­rək onu tanıyacaq, yoxsa tanı­ma­yanlardan olacaq?”

27:42

فَلَمَّا جَآءَتۡ قِيلَ أَهَٰكَذَا عَرۡشُكِۖ قَالَتۡ كَأَنَّهُۥ هُوَۚ وَأُوتِينَا ٱلۡعِلۡمَ مِن قَبۡلِهَا وَكُنَّا مُسۡلِمِينَ ﴿42﴾

Qadın gəldikdə ona: “Tax­tın bu cür­dürmü?”– deyildi. O de­di: “De­yəsən odur!” Süley­man dedi: “Bizə ondan əv­vəl elm ve­ril­miş və biz müsəlman ol­mu­şuq!”

27:43

وَصَدَّهَا مَا كَانَت تَّعۡبُدُ مِن دُونِ ٱللَّهِۖ إِنَّهَا كَانَتۡ مِن قَوۡمٖ كَٰفِرِينَ ﴿43﴾

Allahdan başqa tapındı­ğı şeylər o qadını tövhiddən ya­yın­dır­mışdır. Çünki o, kafir bir tayfadan idi.

27:44

قِيلَ لَهَا ٱدۡخُلِي ٱلصَّرۡحَۖ فَلَمَّا رَأَتۡهُ حَسِبَتۡهُ لُجَّةٗ وَكَشَفَتۡ عَن سَاقَيۡهَاۚ قَالَ إِنَّهُۥ صَرۡحٞ مُّمَرَّدٞ مِّن قَوَارِيرَۗ قَالَتۡ رَبِّ إِنِّي ظَلَمۡتُ نَفۡسِي وَأَسۡلَمۡتُ مَعَ سُلَيۡمَٰنَ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ ﴿44﴾

Qadına: “Saraya daxil ol!”– de­yildi. O, sarayı gör­dük­də onu də­rin bir gölməçə he­sab etdi və baldırlarını açdı. Sü­ley­man dedi: “Bu, büllurdan ha­mar­lanıb düzəldilmiş bir sa­ray­dır!” Qadın dedi: “Ey Rəb­bim! Mən özümə zülm etmiş­dim. İn­di isə Süleymana tabe olub aləm­lərin Rəbbi olan Allaha təslim ol­dum!”