quranm◉

Səhifə 394

Range
from 28:71 to 28:77
Surahs covered
Tərcümə
7 Tərcümə

◉

28:71

قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلَّيۡلَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِضِيَآءٍۚ أَفَلَا تَسۡمَعُونَ ﴿71﴾

De: “Bir deyin görək, əgər Allah gecəni üzərinizdə Qi­ya­mə­tə qə­dər uzat­sa, Allah­dan başqa hansı məbud sizə bir işıq gətirə bi­lər? Məgər eşit­mir­si­niz?”

28:72

قُلۡ أَرَءَيۡتُمۡ إِن جَعَلَ ٱللَّهُ عَلَيۡكُمُ ٱلنَّهَارَ سَرۡمَدًا إِلَىٰ يَوۡمِ ٱلۡقِيَٰمَةِ مَنۡ إِلَٰهٌ غَيۡرُ ٱللَّهِ يَأۡتِيكُم بِلَيۡلٖ تَسۡكُنُونَ فِيهِۚ أَفَلَا تُبۡصِرُونَ ﴿72﴾

De: “Bir deyin görək, əgər Allah gündüzü üzərinizdə qi­ya­mə­tə qədər uzatsa, Allah­dan başqa hansı məbud din­cəl­di­yi­niz ge­cə­ni sizə gətirə bilər? Mə­gər görmürsünüz?”

28:73

وَمِن رَّحۡمَتِهِۦ جَعَلَ لَكُمُ ٱلَّيۡلَ وَٱلنَّهَارَ لِتَسۡكُنُواْ فِيهِ وَلِتَبۡتَغُواْ مِن فَضۡلِهِۦ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ ﴿73﴾

O, Öz mərhəməti ilə si­zin üçün gecəni və gündüzü yaratdı ki, gecəni dincə­lə­si­niz və gündüzü Onun lütfündən ruzi axta­rası­nız. Bəl­kə, şükür edə­siniz.

28:74

وَيَوۡمَ يُنَادِيهِمۡ فَيَقُولُ أَيۡنَ شُرَكَآءِيَ ٱلَّذِينَ كُنتُمۡ تَزۡعُمُونَ ﴿74﴾

O gün Allah onları ça­ğı­rıb: “İd­dia etdiyiniz şəriklə­rim ha­ra­da­dır­lar?”– deyəcək­dir.

28:75

وَنَزَعۡنَا مِن كُلِّ أُمَّةٖ شَهِيدٗا فَقُلۡنَا هَاتُواْ بُرۡهَٰنَكُمۡ فَعَلِمُوٓاْ أَنَّ ٱلۡحَقَّ لِلَّهِ وَضَلَّ عَنۡهُم مَّا كَانُواْ يَفۡتَرُونَ ﴿75﴾

Biz hər ümmətdən bir şa­hid çı­xar­dacaq və: “Dəlili­ni­zi gə­ti­rin!”– deyə­cəyik. Onlar bi­lə­cəklər ki, haqq yalnız Alla­ha məxsus­dur. Uydur­duqları büt­lər isə onları qoyub gedə­cək­lər.

28:76

إِنَّ قَٰرُونَ كَانَ مِن قَوۡمِ مُوسَىٰ فَبَغَىٰ عَلَيۡهِمۡۖ وَءَاتَيۡنَٰهُ مِنَ ٱلۡكُنُوزِ مَآ إِنَّ مَفَاتِحَهُۥ لَتَنُوٓأُ بِٱلۡعُصۡبَةِ أُوْلِي ٱلۡقُوَّةِ إِذۡ قَالَ لَهُۥ قَوۡمُهُۥ لَا تَفۡرَحۡۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡفَرِحِينَ ﴿76﴾

Həqiqətən, Qarun Musa ilə həm­tayfa idi. Amma onlara qar­şı yamanlıq edirdi. Biz ona elə xəzinələr vermişdik ki, on­ların açar­larını daşımaq bir dəs­tə qüv­vətli adama ağır gəlirdi. Qövmü ona dedi: “Öyünmə! Həqiqətən, Allah öyünənləri sevmir.

28:77

وَٱبۡتَغِ فِيمَآ ءَاتَىٰكَ ٱللَّهُ ٱلدَّارَ ٱلۡأٓخِرَةَۖ وَلَا تَنسَ نَصِيبَكَ مِنَ ٱلدُّنۡيَاۖ وَأَحۡسِن كَمَآ أَحۡسَنَ ٱللَّهُ إِلَيۡكَۖ وَلَا تَبۡغِ ٱلۡفَسَادَ فِي ٱلۡأَرۡضِۖ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ ٱلۡمُفۡسِدِينَ ﴿77﴾

Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünya­dakı nə­sibini də unutma. Allah sənə yaxşılıq etdiyi ki­mi, sən də baş­qa­la­rı­na yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şüb­hə­siz ki, Allah fit­nə-fəsad törədən­ləri sevmir”.